Terrorçu “Reina” terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib
“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. Bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”. Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb. Apa.az
17 Yanvar 2017 15:55 Dünya"Yaxalanmış terrorçu Yeni il gecəsi "Reina" gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır". Bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: "O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib". Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb. Apa.az