Dünya

Terrorçunun tutulması xəbərini canlı yayımda oxuyan aparıcıdan FƏRQLİ REAKSİYA - VİDEO

17 Yanvar 2017 11:36

İstanbul Ortaköydəki "Reina" klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov 17 gündən sonra Esenyurtda İŞİD-çinin evində tutulub. O, şəhər polisinin baş idarəsinə təhvil verilib. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.

Erməni əsgər Qarabağda özünü güllələdi

17 Yanvar 2017 11:32

Ermənistan ordusunun təmas xəttində xidmət edən hərbçisi yaralanıb. Yanvarın 16-sı saat 23:55 radələrində silahla ehtiyatsız davranma nəticəsində əsgər, 1997-ci il təvəllüdlü Sarkisyan Qurqen Arutonoviç güllə yarası alıb.  Hadisənin intihar olduğu istisna edilmir.  Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.  Azvision.az

Davos Forumu başlayır

17 Yanvar 2017 11:15

Bu gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu başlayır. Forum yanvarın 21-nə kimi davam edəcək. Sayca 49-cu forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər. Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Apa.az

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16 Yanvar 2017 20:15

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollaradək artacağını proqnozlaşdırır. Bu, 2016-cı ilin göstəricisindən 2,7 faiz çoxdur. Bundan əvvəl isə analitiklər bazarda 3 faiz artım olacağı ilə bağlı proqnoz vermişdilər.

"Ağıllı" saatlar xəstəlik haqda xəbərdarlıq edəcək

16 Yanvar 2017 19:55

ABŞ-ın Stenford Universitetində Maykl Snayderin rəhbərliyi altında çalışan alimlər komandasının qənaətinə görə, qan təzyiqi, nəbz, dərinin temperaturuna nəzarət edən və başqa "ağıllı" sensorlarla təchiz edilmiş daşınan cihaz öz sahibini təhdid edən xəstəliyin əlamətlərini əvvəlcədən aşkar etmək qabiliyyətinə malikdir.

“Ağıllı” çarpayı yuxunu maksimum rahat edəcək

16 Yanvar 2017 19:50

“CES 2017” istehlak elektronikası sərgisində təqdim edilən “ağıllı” “Sleep Number 360” çarpayısının vəzifəsi yuxuda maksimum rahatlıq yaratmaqdır.

İlk dondurulan insan 50 yaşında

16 Yanvar 2017 19:46

Dünyada ilk dondurulan insan Ceyms Bedfordun bədəni düz 50 ildir dondurulmuş vəziyyətdə saxlanılır. 1967-ci il yanvarın 12-də 73 yaşında olan ABŞ vətəndaşı C.Bedford özünü donduran ilk insan kimi tarixə keçib.

Eynəklə vidalaşmaq istəyənlər, bu yazını mütləq oxuyun!

16 Yanvar 2017 19:40

Son zamanlar texnologiyadan istifadənin çoxalması da gözün zəifləməsini sürətləndirən amilə çevrilib və insanları eynək taxmaq məcburiyyətində qoyub.

Maraqlı iddia: Hər 5 ingilis qadından biri ərə getdikdən sonra 10 kilo kökəlir

16 Yanvar 2017 19:33

Hər 5 qadından 1-i ərə getdikdən sonrakı 1 il ərzində təxminən 9 - 10 kiloqram kökəlir. “The Daily Mail” qəzeti yazır ki, bu, 3 min ərdə olan britaniyalı xanım arasında aparılmış araşdırma nəticəsinə üzə çıxıb. 

Amerika alimləri: Gündə 2-3 fincan qəhvə içən qadınlarda depressiyaya düşmək riski 20% azdır

16 Yanvar 2017 19:18

Tədqiqatlar göstərir ki, qadınlar kişilərə nisbətən 2 dəfə artıq depressiyaya düşürlər. Çünki qadınların həm özlərinə tələbatı çoxdur, həm də başqalarından daha çox diqqət, qayğı umurlar. Onu görmədikdə depressiyaya düşürlər. 

ŞOK iddia: Rəqs insanı ən çox xoşbəxt edən məşğuliyyətdir

16 Yanvar 2017 19:05

İngiltərədə aparılan bir araşdırmada xoşbəxtliyin maddi dəyəri ölçülüb. London İqtisad Məktəbinin tədqiqatçıları insanları daha çox hansı növ fəaliyyətin xoşbəxt etdiyini araşdırıblar. 

Diyarbakırda terror hücumu olub, 1 polis şəhid olub, 9-u yaralanıb

16 Yanvar 2017 18:31

Türkiyənin Diyarbakır bölgəsində çevik polis qüvvələrinə edilən silahlı hücum nəticəsində 1 polis şəhid olub, 9-u yaralanıb. Hadisə əyalətin Diclə Unversitetində olub. Hücumu terrorçu PKK silahlılarının törətdiyi ehtimal edilir.  Bu barədə “Report” "Habertürk"ə istinadən xəbər verir.

KTMT: Bordyujanın istefası Ermənistan-Azərbaycan sərhədindəki hadisə ilə bağlı deyil

16 Yanvar 2017 18:24

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyujanın istefasını dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı verdiyi şərhlərlə əlaqələndirmək yolverilməzdir”.

Belarusun Yerevandakı səfirliyi qarşısında aksiya keçirilib

16 Yanvar 2017 17:00

Belarusun Yerevandakı səfirliyinin qarşısında rəsmi Bakının tələbi əsasında Belarus hakimiyyəti tərəfindən Aleksandr Lapşinin həbs edilməsi ilə əlaqədar etiraz aksiyası keçirilib.