"Avropanın taleyi avropalıların öz əlindədir"

Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib. "Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq", - deyə A.Merkel bildirib.

O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: "Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, ötən gün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib. Bu barədə "İnterfaks" xəbər yayıb.virtualaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31