Acun İlıcalıya qadağa

TV8-in sahibi Acun İlıcalıya Kanal D-də qadağa qoyulub.  Acunla "Hürriyet Maqazin" arasında uzun zamandır davam edən münaqişənin nəticəsində "Kanal D Maqazin" məşhur aparıcı ilə bağlı hər bir görüntüyə qadağa qoyub.

Xatırladaq ki, "Hürriyet Maqazin"də uzun müddətdir sərt tənqid olunan Acun TV8-in görüntülərinin Kanal D tərəfindən alınmasını qadağan etmişdi. Bundan sonra telekanal analoji olaraq Acun və onun telekanalının hər hansı görüntülərinin efirdə verilməsini dayandırıb.

Qeyd edək ki, "Hürriyet Maqazin" və "Kanal D" "Doğan Yayım Holdinq"ə aiddir. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31