Dünya
Sarkisyan seçkiləri saxtalaşdırmaq üçün 100 milyon xərcləyəcək
Ermənistan hakimiyyəti parlament seçkilərinə 100 milyon dollardan artıq vəsait ayırıb. Vəsaitin böyük bir hissəsi gizli şəkildə dövriyyəyə daxil edilir. Məlumata görə, Sarkisyan hakimiyyəti iqtidarın deputatlığa namizədləri üçün ən azı 10-15 min dram xərcləməyi düşünür.
Ərdoğanın Rusiyaya səfəri başladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarını qəbul edəcək. Tərəflər arasında enerji sahəsində birgə layihələr və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Kanal-24 5 yaşa çatdı
Bu gün Kanal-24 internet televiziyasının 5 yaşı tamam olur. 2012-ci ilin mart ayının 10-dan fəaliyyətə başlayan kanalın həmin il noyabrın 5-dən “Kanal24.az” saytı xidmət göstərir. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi, bir sözlə, dünyada baş verən yenilikləri müxtəlif formatda oxucularına çatdıran Kanal-24 qısa zamanda baxımlı kanala çevrilib.
7 nəfərin olduğu vertolyot televiziya qülləsinə çırpıldı: Sağ qalan olmayıb - YENİLƏNİB - VİDEO
Vertolyot havanın dumanlı olduğuna görə İstanbulun Büyükçekmece ərazisindəki TUYAP sərgi mərkəzinin yaxınlığındakı televiziya qülləsinə çırpılıb. Büyükçekmece bələdiyyə sədri Akgünün dediyinə görə, qəza nəticəsində 5 nəfər ölüb. Milli.az NTV-yə istinadla xəbər verir.
Təyyarədə DAVA DÜŞDÜ: bütün reyslər təxirə salındı
Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib. Təyyarədə kapitan və ikinci pilotla texniki heyət arasında baş vermiş mübahisə sonunda böyük bir davaya çevrilib.
Rusiyalı model Bəhreyndə yoxa çıxdı
Rusiyanın Bəhreyndəki səfirliyi rusiyalı model Mariya Sazanovanın itkin düşməsi faktını araşdırır. M.Sazanova bu ölkədə model fəaliyyəti ilə məşğul olmaq üçün bura səfər edib. Artıq 1 həftədir onunla əlaqə saxlamaq mümkün olmadığı üçün itkin düşməsi haqqında xəbərlər yayılıb.
Neslihanın ərini polis saxladı
Bir şirkətin dəvəti ilə Dubaya gedən aktyor Kadir Doğulu orada qaydaları pozduğu üçün polis tərəfindən saxlanılıb.
Qarabağ siyasəti üzərində qurulan aprel seçkisi
Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca daxili siyasi gərginlik də artan xətt üzrə inkişaf edir. Seçkilərdə hakim Respublika Partiyasının qələbəsini təmin etməyə çalışan president Serj Sərkisyan bunun üçün mümkün bütrün varinatları işə salıb. Son vaxtlar Rusiyadan artan təzyiqlərin fonunda seçkilərdə qələbə qazanacağına o qədər də əmin olmayan Serj Sərkisyan alternativ variant kimi Qərblə də münasibətləri bir qədər istiləşdirməyi qarşısına məqsəd qoyub.
ABŞ Əfqanistan vətəndaşlarına viza verməyi dayandırdı
ABŞ-ın Kabildəki səfirliyi Amerika vizasının verilməsi üçün Əfqanistan vətəndaşlarına müsahibəni dayandırıb.
WhatsApp-dan maraqlı YENİLİK
Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" maraqlı yenilik edir. Hazırda SMS-i "öldürən" mesajlaşma tətbiqləri artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır.
ABŞ-da erməniyə qətl İTTİHAMI
Erməni ABŞ-da qətl və sui-qəsddə ittiham olunur. 24 yaşlı Arutyun Stepanyan ittiham üzrə özünü günahkar hesab etmir.
“Sarkisyan mövqelərini möhkəmləndirmək barədə düşünür”
“Mart ayının 6-da Moskvada Rusiya və Azərbaycan Xarici işlər Nazirlərinin görüşündə Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllindən hələ uzaq olduqları bəyanatını verdi. O bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri əsas məsələlərdə ümumi razılığa gələ bilməyiblər. Münaqişənin həllini bir növ “öhdəsinə” götürən Rusiya tərəfinin bu bəyanat gözlənilən olsa da, bizim üçün arzuedilən deyil. Hesab edirəm ki, Sergey Lavrovun bu mövqeyi “Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatının davamıdır. Bununla da Rusiya tərəfi münaqişəni sonsuzluğa qədər dondurulmuş vəziyyətdə saxlamağı düşünür. Bu siyasət rus maraqlarına tam uyğundur”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
“Google” məhsullarında aşkarlanan boşluqlara görə mükafatların məbləği artırılıb
“Google” mütəmadi olaraq şirkətin məhsullarında boşluqların aşkarlanması üçün təqdim olunan mükafatların məbləğini artırır. Məsələn, bu günlərdə məlum olub ki, şirkət kodu məsafədən daxil etməyə və məlumat bazalarına girişi açmağa imkan verən səhvlərin aşkarlanması üçün pul mükafatını artırmaqla bağlı qərar qəbul edib.
Məşhur cütlük yenidən bir arada -boşanmayacaqlar
Aktyor Ben Afflek və aktrisa Cennifer Qarner boşanma qərarlarını dəyişiblər. Qərb mediası cütlüyün yenidən bir arada olduğunu və boşanmayacaqlarını yazıb. İki il əvvəl 10 illik münasibətlərini bitirdiklərini deyən cütlük ondan sonra birlikdə vaxt keçirsələr də, bunun uşaqlar üçün olduğunu deyirdilər.
"Rusiya ermənipərəst mövqeyini Azərbaycana tərəf çevirməyə başlayır"
"Rusiya dövlət gəmisini ermənipərəst mövqedən Azərbaycana tərəf çevirməyə başlayır. Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq Yerevana təzyiq vasitəsi olacaq".














