Dünya
"Sataşdığı" qızdan müğənniyə sərt cavab: "Namussuzlar namusdan danışır"
Son günlər bir-birləri haqqında xoşagəlməz ifadələr işlədən Hənifə ilə Nihat Doğan qalmaqalında Hənifənin verdiyi son açıqlama hələ çox danışılacaq. Nihat Doğanın "Evlilik verlişində hicablı qadınların nə işi var" sözünə, Hənifə "Namussuzlar namusdan danışır" cavabını verib.
Elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı artmaqda davam edir
Elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.
Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşına AĞIR CƏZA
Üç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib. A.Filiz 2013-cü ilin sentyabrında Y.Radçikovanı və onun tanışı, Türkiyə vətəndaşı Göktuğ Demirarslanı qətlə yetirmişdi.
Tanınmış şəxs saxta içkidən öldü - TÜRKİYƏDƏ
Kadıköydə saxta içkidən zəhərlənərək xəstəxanaya çatdırılan Güray Tan Misir həyatını itirib. Döymə ustası olaraq işləyən Güray Tan Misirin (45), bazar günü qəfil halı pisləşərək Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Saxta içkidən zəhərləndiyi müəyyən edilən Misir, Göztepe Təhsil və Araşdırma Xəstəxanasına göndərilib. Güclü nəzarət altında müalicə olunan Misirin həyatını xilas etmək mümkün olmayıb.
Lukaşenko: "Rusiyada hansısa ağıllı bizi diz çökdürəcəyini düşünürsə, bilsin ki, bu, olmayacaq"
"Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır". Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib.
Vladimir Putin: “Rusiyada törədilən cinayətlərin təxminən yarısının üstü açılmır”
“Rusiyada törədilən cinayətlərin təxminən yarısının üstü açılmır”. Bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.
Türkiyə Prezident Administrasiyası Almaniya kanslerinə cavab verib
“Angela Merkel haqlıdır. Bəzi məsələlərdə, xüsusilə terrora qarşı mübarizədə Türkiyə ilə Almaniya arasında dərin fikir ayrılığı var”. bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
Rusiya prezidenti DİN-in 10 generalını vəzifədən azad edib
Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin müxtəlif strurkturlarına rəhbərlik edən 10 generalı tutduğu vəzifədən azad edib.
İŞİD Mosulun 85 faizini itirib
İŞİD terror qruplaşmasının yaraqlıları hazırda Mosulun yalnız 15 faizinə nəzarət edirlər. Bunu İraqın Rusiya Federasiyasındakı səfiri Heydər Mansur Hadi bildirib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, səfirin sözlərinə görə, iki il əvvəl İŞİD İraq ərazilərinin 40 faizini zəbt etmişdi. İndi isə onun əlində yalnız Mosulun 15 faizi qalıb. Qruplaşmanın İraqdakı paytaxtı hesab olunan bu şəhər tezliklə terrorçulardan tam azad ediləcək və beləliklə İŞİD-in bu ölkədə varlığına son qoyulacaq.
Putin Ərdoğanla Karlovun qətlini müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin martın 10-da Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Andrey Karlovun qətlinin istintaqını da müzakirə edəcək. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Lavrov: "Heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz"
"ABŞ-ın iştirakı olmadan həll edilə biləcək heç bir münaqişə yoxdur". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.
Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə
Son günlər cəbhə xəttində erməni təxribatlarının artmasına ekspertlər adi hal kimi baxmırlar. Onlar hesab edirlər ki, bu, Ermənistanın daxili və xarici siyasətinin uğursuzluğunun növbəti nəticələrindən biridir. Ölkə əhalisi ağır vəziyyətdə yaşayır. Hökumət dəyişikliyi heç bir müsbət nəticə verməyib. Həyat səviyyəsi daha da aşağı düşüb və insanlar Ermənistanı tərk edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur. Xarici siyasət daha bərbad vəziyyətdədir. Rəsmi İrəvan bütün istiqamətlərdə iflasa düçar olub. Xüsusilə Avropa İttifaqı məsələsi xeyli kəskinləşib. Qərb İrəvandan qəti seçim etməsini istəyir - ya Aİ, ya da Aİİ. Erməni rəhbərliyi isə müstəqil addım ata bilmədiyindən "gah nala vurur, gah da mıxa". Bu vəziyyətə düşənlərdən biri də Nalbandyandır.
Rusiyada erməni iş adamları güllələnib
Rusiyada iki nəfər Ermənistan vətəndaşı güllələnib. Hadisə Krasnodar vilayətinin Armavir şəhərində baş verib. Qətlə yetirilən şəxslər iş adamları olub.
Çin ilkə imza atacaq
2017-ci ilin sonunadək Çin rusiyalı mütəxəssislərin köməyi ilə dünyada ilk dəfə olaraq mülki məqsədlər üçün sualtı qayıq istehsal etməyi planlaşdırır. Sualtı qayıq göyərtəsinə 40-dək sərnişin götürə biləcək. "China Daily" qəzeti yazır ki, "Tianjin Ostar Underwater Vehicles Co" şirkəti gəminin hazırlanması üçün Rusiyanın bir neçə elmi tədqiqat institutu ilə birgə müəssisə yaradıb.














