Dünya
“Google” süni intellekti videoda obyektləri tanıyacaq
ABŞ-ın “Google” texnoloji şirkətinin tərtibatçıları videoyazıda ayrı-ayrı obyektləri tanımağa imkan verən yeni texnologiya icad ediblər.
“Samsung” şirkəti “Galaxy S8” və “S8+” smartfonlarında “Infinity Display” adlı yeni ekrandan istifadə edəcək
Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarına hazırlanmış yeni displeylər üçün patenti qeydiyyatdan keçirib. “Samsung”un qabaqcıl modelləri üçün hazırlanmış yeni displeylər “Infinity Display” adlandırılıb.
Beyin siqnalları robotların səhvlərini düzəldəcək
Massaçusets Texnologiya Universiteti və Boston Universitetinin alimləri tərəfindən bəzi əməliyyatların yerinə yetirilməsi vaxtı səhvlərə yol verən robotlara insan beyninin düzəldici siqnallarını göndərmək üsulu tapılıb. Belə imkan sayəsində gələcəkdə xüsusi interfeyslə təchiz edilmiş və robotun işini müşahidə edən insan robot səhv etdikdə ona düşüncənin gücü ilə nə etmək lazım olduğunu bildirəcək.
Putin: "Moskva terrorçular haqqında məlumatların Ankara ilə mübadiləsində maraqlıdır"
"Rusiya güc strukturları türkiyəli həmkarları ilə terrorla əlaqəsi olan şəxslərin mübadiləsində maraqlıdır". Bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
"Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.
Mesajlar ələ keçdi - İstanbulda terrorun qarşısı alındı
Terrorla Mübarizə İdarəsinin əməkdaşları İstanbulda terror əməliyyatı həyata keçiriblər. Əməliyyat qrupuna PKK-nın İstanbulda bombalı avtomobillə və ya "canlı bomba"yla hücum planı haqda məlumat daxil olub.
Ərdoğandan Rusiyaya çağırış: "Aviareysləri artıraq"
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya arasında aviareyslərin sayının artırılmasına çağırıb.
Putin Türkiyəyə səfər edəcək?
Rusiya Prezidentinin Türkiyəyə səfəri gözlənilir. Bu gün Moskvada Rusiya və Türkiyə prezidentləri arasında keçirilən görüş zamanı Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.
Almaniyada vağzalda hücum - Yaralılar var
Almaniyanın Düsseldorf şəhər vağzalında hücum baş verib. Naməlum şəxsin hücumu nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanların İtaliya vətəndaşları olduqları barədə məlumat verilib.
Bu da 7 nəfərin öldüyü helikopterin QƏZA ANI - VİDEO
İstanbul Büyükçekmecede teleqülləyə çırpılan helikopterin qəza anının görüntüləri ortaya çıxıb.
Ərdoğan: "Putinlə regional problemləri müzakirə edəcəyik" - YENİLƏNİB
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər.
"Ermənistana Saakaşvili kimi prezident lazımdır" - Ohanyan
"Gürcüstanda Mixail Saakaşvilinin etdiyi radikal dəyişiklikləri Ermənistanda da etmək lazımdır". Bunu Ermənistanda parlament seçkilərinin təşviqat-təbliğat kampaniyası çərçivəsində vətəndaşlarla görüşündə "Оhаnyan-Raffi-Oskanyan" blokundan deputatlığa namizəd, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Qadağalar aradan qalxdı
Rusiyanın baş naziri Medvedevlə türkiyəli həmkarı Binəli Yıldırım arasında ötən gün telefon görüşməsi olub. Danışıqlar zamanı Türkiyədən Rusiyaya idxal olunan bəzi tərəvəzlərin idxalının qadağısının aradan qalxması ilə bağlı olub. “Olaylar” “Huriyyət” - ə istinadən bildirir ki, bəzi tərəvəz bitkilərinə qoyulan qadağa yalnız 4 bitgi də aradan qalxdı. Pomidor və üzümün idxalına isə hələ də qadağa var.
Həmsədrlər martın 27-də Ermənistana və Dağlıq Qarabağa səfər edəcək
ATƏT-ın Minsk qrupunun həmsədrləri martın 27-də Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Konsul Lapşinlə görüşdü
Ukraynanın Azərbaycandakı konsulu Bakıda həbs olunan Aleksandr Lapşinlə görüşüb. Bunu A.Lapşinin vəkili Eduard Çernin deyib.














