Dünya

Niderlandın Baş naziri: "Üzr istəyən deyilik"

13 Mart 2017 11:37

"Münasibətlərin yumşaldılmasının tərəfdarıyıq, ancaq üzr istəyən deyilik. Dəlisiniz?!". Bu sözləri Niderland Baş naziri Mark Rutte Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun üzr tələbinə münasibət bildirərkən deyib. O, əslində Ərdoğanın üzr istəməli olduğunu qeyd edib: "Hollandiyadan türk nazirlərin girişinə qadağa qoyduğu üçün üzr tələb edilməkdənsə, Türkiyənin prezidenti Hollandiyanı faşistlərlə müqayisə etdiyi üçün üzr istəməlidir".

Qarsda Ermənistan bayrağı

13 Mart 2017 11:20

Türkiyənin Qars viləyətində fəaliyyət göstərən otellərdə artıq Ermənistan bayrağı dalğalandırılır. Bu barədə məlumatı “OLAYLAR”-a Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy verib.

ABŞ-da nə baş verir?

11 Mart 2017 09:44

İranda partlayış

11 Mart 2017 09:19

"Kiralık aşk"ın çəkən şirkətdən şayiələrə cavab

10 Mart 2017 20:15

Bu gün Türkiyə mediasında "Kiralık aşk"ın ssenari müəliifi ilə aktyor Barış Arduç arasındakı gizli sevginin olduğu və bu səbəbdən də serialın bitirildiyi iddiası yayılıb.

Rayan və Eva ayrıldılar

10 Mart 2017 20:03

6 illik münasibətdən sonra aktrisa Eva Mendes və aktyor Rayan Qoslinqin ayrıldığı iddia olunur. Buna səbəb Evanın Rayanı “La la Land” filmində çəkilən Emma Stouna qısqanmasıdır.  Mendesin, hətta, “Oskar” mükafatlandırma mərasimində də Qoslinqi tək qoyması buna bir daha sübutdur. Aktyor gecəyə bacısı ilə qatılmışdı.

Daha bir məşhur cütlüyün evliliyi bitdi

10 Mart 2017 19:55

Rusiyanın məşhur cütlüyü müğənni Viktoriya Dayneko və musiqiçi Dmitriy Kleyman iki illik münasibətdən sonra ayrılıblar. Ötən ildən ayrılıq xəbərləri yayılsa da, cütlük bunu təkzib edirdi. Bu ay isə onlar ciddi qərar qəbul edərək ayrılıblar.

Uçan avtomobil konsepti nümayiş olunub

10 Mart 2017 19:50

“Airbus” təyyarə istehsalçısı Cenevrə avtosalonunda “Italdesign” dizayn bürosunun iştirakı ilə hazırlanan aerotaksi konseptini nümayiş etdirib. Modullu konstruksiyaya malik uçan avtomobil həm havada, həm də adi maşın kimi yollarda hərəkət edə bilir.