Spirt dolu qatar relsdən çıxaraq alışdı

ABŞ-ın Ayova ştatında dəmir yolu qəzası baş verib.

Etanol spirti daşıyan yük qatarı relsdən çıxıb və dərhal yanğın baş verib.

Dəmir yoluna yaxın ərazilərdəki sakinlər təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilmir.

Qəzanın baş vermə səbəbləri araşdırılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31