İranda partlayış

İranın Ərdəbil şəhərində yaşayış evində partlayış baş verib.

Hadisə nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, partlayışa kimyəvi maddə səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31