ABŞ-da nə baş verir?

ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns ona tabe olan və əvvəlki prezident Barak Obamanın dövründə təyin edilən 46 federal prokurorun istefasını tələb edib.

Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda bildirilir.

"Əvvəlki hakimiyyət ötürülməsi hallarında olduğu kimi, keçmiş administrasiya tərəfindən namizədliyi irəli sürülmüş bir çox federal prokurorlar, artıq Ədliyyə Nazirliyini tərk ediblər. Baş prokuror indi prezident Obama tərəfindən təyin edilmiş digər 46 prokurordan hakimiyyətin eyni vaxtda təhvil verilməsini təmin etmək üçün istefa barədə ərizə verməyi xahiş edib", - deyə məlumatda bildirilir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31