Dünya
Hava limanında TERRORÇU saxlanıldı: uçuşlar dayandırıldı
İngiltərənin paytaxtı Londondakı Heasrov hava limanının üç nömrəli terminalında, Türkiyədən gələn bir terror şübhəlisi yaxalanıb. Uçuşlar qısa müddətə dayandırılıb. Heasrov hava limanının sözçüsü etdiyi açıqlamada "Terminal 3-dəki uçuşlarımız təhlükəsizlik problemi səbəbiylə qısa müddətlik təxirə salınıb. Bütün sərnişinlərdən üzr istəyirik" deyib.
Ərəblər Merkelin başına "oyun açdı"
Bir neçə gün öncə Səudiyyə Ərəbistanına səfər edən Almaniya kansleri Angela Merkel senzura ilə qarşılaşıb. Kanslerin açıq başı qeyri-adi şəkildə bağlanıb. Bu foto sosial şəbəkələrdə sürətlə yayılıb.
Erməni general vəzifəsindən istefa verdi
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidmətinin direktor müavini, general-mayor Nikolay Qriqoryan vəzifəsindən azad edilib. General-mayor öz istəyi ilə vəzifəsindən gedib. Nikolay Qriqoryan istefasının səbəbini açıqlamayıb.
Rianna filmə çəkilir
Məşhur amerikalı müğənni Rianna dünən Nyu-Yorkun Bruklin səmtində idi. 29 yaşlı pop-hahzadə "Ocean Eight" ("Ouşenin səkkiz rəfiqəsi") filminin çəkilişlərinə qatılmışdı.
Zərbələrin səsi 100 metrdən eşidilirdi - Nəhənglərin davası - VİDEO
İki nəhəg erkək zürafə yaşam arealı uğrunda mübarizə aparıblar. Onların davası amansız olub. Olay Cənubi Afrika Respublikasındakı "Hluhluwe Imfolozi Park"da yaşanıb.
Hindistanın "oxuyan vicdanı": ondan nazirlər və generallar da çəkinirlər - VİDEO
Onlar məni susdura biləcəklərini düşünməsinlər. Xam xəyaldır, susan deyiləm. Məni ancaq öldürmək olar. Hindistanın cənubundakı Tamil Nadu ştatında ən populyar müğənni Kovan belə deyir. Kovan adi müğənni deyil. Xalq mahnılarını orxumaqla populyarlaşmış Kovan 4 il əvvəl mahnılarını siyasi məzmunlu etirazlara döndərib.
Kirayə verdiyi evdən 6 cəsəd tapıldı - "Evi satacağıq" - VİDEO
Türkiyənin Adana şəhərində Denizhan Derenin kirayə yaşadığı evdə 5 qohumunu öldürdükdən sonra intihar etdiyi haqda xəbər vermişdik. Dəhşətli cinayəti eşitdikdən sonra hadisə yerinə gələn Denizhan Denerin yaşadığı mənzilin sahibəsi Filiz Biricik bu qorxunc olayı xəbərlərdən öyrəndiyini və şok olduğunu söyləyib.
Nazir: "İran yayda Azərbaycandan əlavə həcmdə elektrik enerjisi alacaq"
"Yay aylarında İranın əlavə həcmdə elektrik enerjisinə tələbatı yaranarsa, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bu tələbatı müəyyən miqdarda ödəyəcək". Bunu Tehran müxbirinə eksklüziv açıqlamasında İranın energetika naziri Həmid Çitçiyan deyib. Onun sözlərinə görə, İranın elektrik enerjisinə tələbatı əsasən yay aylarında artır: "Əldə etdiyimiz razılığa əsasən, İranın elektrik enerjisinə tələbatı yarandığı halda, Azərbaycandan idxal hesabına bu tələbatın bir qismi ödəniləcək. Azərbaycan tərəfi bununla bağlı bizə müsbət cavab verib. İranda əsasən yay aylarında elektrik enerjisinə tələbat artır. Söhbət 130 meqavat həcmində olan elektrik enerjisindən gedir. Elektrik enerjisi mübadiləsi üçün zəruri infrastruktur yaradılıb".
Sarkisyanın partiyası daşnaklarla koalisiya yaradacaq
Ermənistan Respublika partiyası Daşnaksütyun partiyası ilə koalisiya quracaq. Bu barədə Respublika partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov məlumat verib. “2017-2022-ci il koalisiyası barədə müqaviləni yaxın vaxtlarda imzalayacağıq”, – deyə Şarmazanov bildirib. O həmçinin deputat sayının 131-dən 105-ə qədər azaldılacağını da vurğulayıb
Esra Erol Zuhal Topalı təkrarlamadı: "Bunu etməyəcəyik"
Evlilik proqramları ilə bağlı qanunun sərtləşdirilməsindən sonra Zuhal Topal formatı dəyişərək imkansız cütlükləri evləndirəcəyini açıqlamışdı. Esra Erol isə heç bir dəyişiklik etməyəcəyini sərt şəkildə ifadə edərək yayıma olduğu kimi davam edəcəyini bildirib.
Əri ona 1 milyonluq üzük bağışladı
Şagird sinifin ortasında sevdiyi qızı öldürdü - Son WhatsApp mesajı üzə çıxdı - VİDEO
Türkiyənin Bursa şəhərinin mərkəzi Osmangazi mahalında lisey şagirdi eyni sinifdə oxuğu sevgilisini silahla öldürdükdən sonra öz başına atəş edərək intihara cəhd edib. H.Ç. (16) səhər erkən saatlarında gəldiyi məktəbdə, aralarında problem olduğu öyrənilən sevgilisi Nilüfer Acarı (16) yanında gətirdiyi silahla hər kəsin gözləri qarşısında güllələyib. H.C daha sonra eyni silahı başına diriyərək özünü öldürmək istəyib.
"Ərəb qadınları türk kişiləri görüb ərəblərə xəyanət edirdilər"
Qədim tarixə malik olan Azərbaycan xalqının, antroploji özəllikləri, bir tip olaraq fərqlilikləri hamıya maraqlıdır. Qədim daş dövründən başlayaraq, tarixin, demək olar ki, bütün dövrlərinə şahidlik etmiş əcdadlarımızdan qalan antropoloji qalıqlar öyrənilən zaman azərbaycanlıların özünəxas antropoloji xüsusiyyətlərinin olduğu üzə çıxıb. Bu haqda az sonra...
Məktəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü
İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb. Şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb. İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib. Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.
Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya qaçdı
Ermənistanın keçmiş müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan" parlament seçki blokunun liderlərindən biri olan Seyran Ohanyan Rusiyaya qaçıb. O, hazırda Moskvadadır. İnformasiyaya əsasən, keçmiş müdafiə naziri həbs ediləcəyindən ehtiyat edərək, Ermənistandan qaçaraq, Rusiyaya sığınıb. Məlumata görə, Seyran Ohanyan Ermənistana qayıtmayacağını bildirib.














