Dünya
Dünyada internetin paylanması üçün ilk peyklərin nə vaxt buraxılacağı açıqlanıb
ABŞ-ın “SpaceX” şirkəti xüsusi peyk qrupları vasitəsilə dünyada internetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxtı açıqlayıb. “The Verge” saytı şirkətin vitse-prezidenti Patrisiya Kuperə istinadən məlumat verib ki, Yer orbitində şəbəkənin qurulmasına 2019-cu ildə başlanılacaq.
Minlərlə “Android” əlavəsi “Wi-Fi” ilə məlumatları mühafizəsiz şəkildə ötürür
ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçılar qrupu “Google Play” mağazasında “AirDroid” (Android əməliyyat sistemi üçün qurğunu kompüterə simsiz şəbəkə vasitəsilə qoşmağa imkan verən proqram) ilə oxşar funksiyaları yerinə yetirən minlərlə əlavənin məlumatların ötürülməsi zamanı lazımi səviyyədə mühafizə olunmamasını aşkarlayıb.
Alimlərdən qəribə MƏSLƏHƏT: SÖYÜŞ SÖYÜN Kİ...
Britaniya və Amerika alimlərinin fikrincə, aktiv şəkildə idman və ya fitneslə məşğul olanlar fiziki gərginlik zamanı söyüş söysələr, daha yaxşı nəticə verər.
Binadan yıxılan 2 yaşlı qızı havada tutdular: o anlar kameraya düşdü - VİDEO
Türkiyənin Şanlıurfa rayonunda möcüzə kimi olay baş verib. 3 mərtəbəli binanın birinci mərtəbəsindəki eyvandan yıxılan 2 yaşlı Elif Çakmakı həmin an o ərazidən keçən iki biznesmen havada tutmağı bacarıb.
Monika Belluçinin 8 yaş kiçik sevgilisi
2013-cü ildə aktyor Vensan Kasseldən boşanan aktrisa Monika Belluççinin yeni sevgilisi var. 53 yaşlı aktrisanın yeni sevgilisi olduğu iddia edilir. İtaliyalı ulduzun yeni sevgilisi fransız aktyor Jil Lelluşdur. J.Lelluş Monikadan 8 yaş kiçikdir.
“Bu, güc ssenarisini nəzərdə tutur” - ABŞ-dan Rusiyaya MÜHARİBƏ ELANI
“Uzaq Şərqdə Rusiya limanları üzərində ABŞ-ın nəzarəti haqqında qanun layihəsinin reallaşdırılması güc ssenarisini nəzərdə tutur və bu, müharibə elanına bərabərdir”.
Rusiya-ABŞ müharibəsi? - Qərarı Çin verəcək
“Şimali Koreyanın dəniz blokadası onun limanlarına daxil olan bütün gəmilərin yoxlanılması deməkdir. Belə ölçülərə Kremlin reaksiyasını proqnozlaşdırmaq çətindir”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya hərbi eksperti və jurnalisti Pavel Felqenqauer Ukraynanın “Obozrevatel” nəşrinə deyib.
Ermənistandakı baza İŞİD-lə mübarizədə istifadə olunacaq?
Rusiyanın xarici işlər naziri Serqey Lavrov İŞİD qruplaşmasının axırına çıxmağa söz verib, baxmayaraq ki, terrorçular təslim olmaq istəmirlər. Bu haqda o "Dünya 24" telekanalına müsahibəsində danışıb. Lavrovun sözlərinə görə, İŞİD Yaxın Şərqdə, Afrikanın şimalında, həmçinin Əfqanıstanın şimal rayonlarında, hansılar ki, Rusiyanın qonşuları və müttəfiqlərinin əraziləri ilə həmsərhəddirlər, məskən salıb.
Qadın ölümündən 12 saat sonra polisə zəng etdi?
ABŞ-da maraqlı olay baş verib. 911 operatoru olaraq çalışan adı açıqlanmayan polis məmurunun başına gələnlər eşidənləri şoka salıb.
ABŞ Şimali Koreya liderinə sui-qəsd hazırlayıb
Şimali Koreya ABŞ və Cənubi Koreyanı dövlət başçısı Kim Yonq Ina qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib. Şimali Koreyanın rəsmi xəbər agentliyi ABŞ və Cənubi Koreya xüsusi xidmət orqanlarının Pxenyandakı tədbirlər zamanı Kim Yonq Unu öldürmək istədiyini yazıb. Qeyd edilib ki, hələlik məlum olmayan kimyəvi maddə ilə Şimali Koreya liderinin zəhərlənməsinə çalışan qüvvələr bununla bağlı plan qurub.
Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən daha 12 nəfər tutuldu
Türkiyənin Adana əyalətində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 12 nəfər tutulub. Bu barədə yerli hüquq-mühafizə orqanları bildirib. Onların 2-si İraq, 5-i Suriya və 5-i Türkiyə vətəndaşıdır.
Beyninə qan sızan müğənnidən xəbər var: həkim ümidsiz danışdı
Türkiyə, İordaniya və ABŞ Suriyada əməkdaşlıq edə biləcəklərmi?
Rusiya və İranın Suriyada apardıqları siyasət bölgənin əsas dövlətləri olan Türkiyə və İordaniya kimi ölkələri cavab addımları atmağa məcbur etməkdədir. Tükriyə öz Cənub sərhədlərinin müdafiəsi və təhlükəsizliyi üçün “ Frat Qalxanı” əməliyyatını həyata keçirərək qismən də olsa öz sərhədlərini və bölgənin asayişini bərpa etməyə nail ola bildi. Bu halda Suriyanın Cənub qonşusu olan və bu ölkədəki münaqişədən çox zərər görmüş olan İordaniyanın mövqeyi necə olacaq?
“Bütün gəmilər məhv ediləcək” - ABŞ Rusiya limanlarının işğalına hazırlaşır
“Rusiya limanlarının ABŞ-ın nəzarətinə verilməsi beynəlxalq təhlükəsizliyin saxlanılmasının ümumi konsepsiyasında yazılmayıb”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Krasov bildirib.
Bermud üçbucağının sirri çözüldü
ABŞ alimlərinin peyk vasitəsilə əldə etdikləri şəkilləri öyrənməsi ilə Bermud üçbucağının sirrini açacaq bir fakt ortaya çıxıb. Üçbucaqda yerləşən buludların forması ilk olaraq alimlərin diqqətini çəkib. Məsələ burasındadır ki, adətən buludların kənarı nahamar olur. Amma Bermud səmasının buludları istisnadır. Bunun səbəbi araşdırılarkən ortaya güclü küləklərin mövcudluğu çıxıb. Belə ki, Bermud üçbucağında saatda 274 km sürətində külək əsir. Bu cür küləyin təsiri ilə okeanın üzərində 14 metrə çatan dalğalar yaranır. Belə fırtınaya və qasırğaya heç bir gəmi və ya təyyarə dözə bilməz – dərhal havaya sovrular.














