Dünya

Tuba "Cəsur və Güzəl"i tərk etdi - Məşhur serial bitir?

8 May 2017 11:17

Tuba Büyüküstünlə Kıvanç Tatlıtuğ arasında "Cəsur və Güzəl"in çəkilişinə gecikmək üstə mübahisə yaşanıb. Tatlıtuğu serial çəkilişi meydançasında 3 saat gözləyən gözəl aktrisa hirsindən dəliyə dönüb.

Öldürülən iş adamının ərəb şeyxləri ilə bağlılığı ortaya çıxdı - ŞİFRƏLİ MESAJLAR

8 May 2017 11:16

İstanbulda öldürülən iranlı iş adamı və küveytli ortağının cinayətiylə əlaqədar ilginc detalın üstü açılıb. Cinayətlə əlaqədar "casus" olmaqda günahlandırılan şirkətin keçmiş alqı-satqı müdiri Sarah Rahbari Dubayda ortaya çıxıb. Rahbari yazdığı məktubda təəccüblü iddialar irəli sürüb.

Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...

5 May 2017 20:30

Yaxın gələcəkdə insanların ahıl çağında belə saçları ağarmayacaq. Kaliforniyalı tədqiqatçılar insanları ağ saçlardan xilas etməyin yolunu tapıblar. Belə ki, şərti olaraq “wnt” adı verdikləri zülal insanın saçına rəng verən piqmentlərə təsir edir.

Alış-veriş mərkəzinin tualetində qızlar saçyolduya çıxdı - VİDEO

5 May 2017 20:10

Amerikada çəkildiyi deyilən bu görüntülər sosial şəbəkələrdə yayılıb. Bir alış-veriş mərkəzinin tualetində sözləri çəp gələn qızlar əlbəyaxa olublar. Başqa bir qadın həmin anları mobil telefonunun kamerasına çəkərək sosial şəbəkədə paylaşıb.

Prinsipcə yeni tip qrafen dinamik yaradılıb

5 May 2017 19:55

Böyük Britaniyanın Ekseter Universitetinin alimləri qrafen materialından mexaniki vibrasiyasız, prinsipcə, yeni tip dinamik icad ediblər.  

IDC: “Apple” planşetlər bazarında liderliyini davam etdirir”

5 May 2017 19:50

“IDC” tədqiqat şirkəti hesablama apararaq planşet kompüterlər bazarının son 5 ildə ən pis nəticə göstərməsini, cari ilin birinci rübündə dünyada müxtəlif istehsalçılara məxsus 36,2 milyon qurğunun satılmasını və bunun bir il əvvəlin göstəricisindən 8,5 faiz az olmasını açıqlayıb.

Yeni “ağıllı” saat idarəetmə interfeysi yaradılıb

5 May 2017 19:35

Almaniyanın Maks Plank adına İnformatika İnstitutunun, Danimarkanın Kopenhagen Universitetinin və Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları barmaqları əl üzərində hərəkət etdirməklə mobil qurğuları idarə etməyə imkan verən yeni “WatchSense” interfeysini təqdim ediblər.

Gələcəyin daşınan elektronikası sirkə turşusunda həll olunur

5 May 2017 19:30

Stenford Universitetinin alimləri sirkə turşusunda həll edilən daşınan elektronika yaratmağı öyrəniblər. Yeni nəsil cihazlarda korpusun materialı bitki liflərindən hazırlanmış nazik plyonkadan ibarət olacaq, elektrodlar isə alüminium və dəmirdən düzəldiləcək. Sınaqlar zamanı alimlər müəyyənləşdiriblər ki, qurğu 1 ay sonra sirkə turşusunda tamamilə həll edilir.

“Facebook” canlı yayımda özünəqəsdlərlə mübarizə üsulunu tapıb

5 May 2017 19:24

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq məlumat verib ki, adıçəkilən sosial şəbəkə aqressiya ilə dolu nəşrlər və zorakılıq səhnələrinin yayımı ilə mübarizə aparmaq üçün 3 min nəfər işə götürəcək.