Dünya

Sevgilsi haqda dedikləri SÖZLƏRƏ görə ailə üzvlərini qətlə yetirdi - VİDEO

5 May 2017 11:48

Türkiyənin Adana şəhərində sevdiyi qıza görə doğmalarını qətlə yetirən Denizhan Denerin cinayəti ilə bağlı şok detallar ortaya çıxıb. Adanada 36 yaşlı Denizhan Denerin sevgilisi ilə bir gün əvvəl dalaşdığı, qətliamın yaşandığı gün barışdığı ortaya çıxıb.

Komodo əjdahası turistə hücum etdi

5 May 2017 11:41

İndoneziyanın şərqində turist varanlar fəsiləsindən nəhəng kərtənkələ olan Komodo əjdahasının hücumuna məruz qalıb. Komodo Milli Parkının nəzarətçilərinin sözlərinə görə, bu, son 5 ildə baş verən ilk insidentdir.

Tramp İslam dünyasının liderləri ilə görüşmək niyyətindədir

5 May 2017 11:32

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı İslam dünyasının liderləri ilə görüşmək niyyətində olduğunu bəyan edib. 

İordaniyada Suriya qaçqınlarının düşərgəsində partlayış: 4 ölü

5 May 2017 11:25

İordaniyada Suriya qaçqınlarının düşərgəsində partlayıcı ilə doldurulmuş avtomobil patlayıb. Prtlayış nəticəsində 4 nəfər həlak olub.

Britaniya polisi hava limanında terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb

5 May 2017 11:22

Britaniya polisi İstanbulda Londana gələn terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb.  30 yaşlı kişi təyyarədən çıxan kimi Hitrou hava limanında polislər tərəfindən saxlanılıb.

Səudiyyə Ərəbistanı Suriyada "təhlükəsizlik zonalarının" yaradılmasını dəstəkləyib

5 May 2017 11:21

Ər-Riyad Suriyada "təhlükəsizlik zonalarının" yaradılması ideyasını dəstəkləyir.  Bunu Səudiyyə Ərəbistanı XİN rəhbəri Adel əl-Cubeyr deyib. Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Astana görüşündə qəbul olunmuş plan barədə gələcək detalları gözləyir.

Venesuelada etiraz aksiyaları zamanı 35 nəfər həlak olub

5 May 2017 11:19

Venesuelada etiraz aksiyalarının ilk günündən (aprelin 4-ü) bu günə qədər 35 nəfər həlak olub, 717 nəfər xəsarət alıb.  Paytaxt Karakasda -18 nəfər, Karabobo ştatında - 6 nəfər, Larada - 5 nəfər, Merida ştatında - 2 nəfər, Miranda ştatında - 2 nəfər, Barinas ştatında - 1 nəfər, Taçira ştatında - 1 nəfər həlak olub.

“Messenger Lite” proqramı istifadəyə verilib

4 May 2017 19:55

“Facebook” şirkəti 150 yeni ölkədə “Messenger” əlavəsinin sadələşdirilmiş versiyasını istifadəyə verib. “Messenger Lite” adlanan versiya servisin mətnli məlumat, foto mübadiləsi, emodzi və stikerlər göndərmək, eləcə də qrup iştirakçılarının siyahısının redaktəsi kimi bütün digər imkanlardan yararlanmağa imkan verir. Proqramın tutumu 10 meqabayt təşkil edir. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulan əlavəni buradan yükləmək mümkündür.

“Microsoft” yeni “Windows” sistemində standart brauzeri dəyişdirməyə imkan vermir

4 May 2017 19:50

“Microsoft” şirkəti istifadəçilərə “Windows 10 S” əməliyyat sistemində (ƏS) standart brauzeri dəyişdirməyi qadağan edib. Bu haqda yeni ƏS ilə bağlı FAQ bölməsində məlumat verilib.

Hamımız uşaqlara bunu edirik: sən demə, ƏSLA OLMAZMIŞ

4 May 2017 19:43

Analar bəzən ağlayan uşağı susdurmaq və ya qorxutmaq üçün onu silkələyirlər. Həmçinin uşağı yatırmaq üçün də ayağın üstünə qoyub silkələyənlər var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bunu qətiyyən etmək olmaz.

2017-ci ildə qlobal süni intellekt sistemləri bazarının həcmi 1,5 dəfə yüksələcək

4 May 2017 19:39

“IDC” analitiklərinin proqnozuna görə, cari ildə dünyada koqnitiv sistemlər və süni intellekt sistemlərinin satış həcmi 59,3% yüksələrək 12,5 milyard dollar təşkil edəcək. Yaxın illərdə bu texnologiyalara yatırılan korporativ investisiyaların həcmi yüksək olacaq və bunun sayəsində artım tempi yüksək səviyyədə (ildə orta hesabla 54,4%) qalacaq.

“Google” istifadəçiləri təhlükə haqda xəbərdar edib

4 May 2017 19:33

ABŞ-ın “Google” şirkəti “Gmail” elektron poçt istifadəçilərinə “Google Docs” “bulud” xidməti adından məktub göndərən fırıldaqçılar haqda məlumat verib. Belə məktublar zərərverici istinadlardan ibarətdir.

"WhatsApp”ın işində nasazlıq aradan qaldırılıb

4 May 2017 19:29

Populyar “WhatsApp” messencerinin fəaliyyəti baş verən fasilədən sonra bərpa olunub. Bu barədə ixtisaslaşmış internet servisləri məlumat verib.  Proqramın işində nasazlıq təxminən iki saat davam edib. Populyar internet resurslarını izləyən “Downdetector” xidmətinin məlumatına görə, nasazlığın qarşısı alınıb.

Rekord avtonom iş vaxtına malik noutbuk təqdim edilib

4 May 2017 19:24

“Toshiba” şirkəti “Portege X30 Ultraportable” adlı noutbukunu satışa çıxarıb. Kompüterin ən güclü modeli qabaqcıl “Intel Core i7-7600U” prosessoru, 13,3 düymlük sensor ekran, 2 133 MHs takt tezlikli 16 QB-lıq DDR4 əməli yaddaşı və 512 QB SSD daşıyıcı ilə təchiz edilib. Yeni “Portege X30” noutbuku sifətin tanınması sistemi, barmaq izinin skaneri, “BitLocker” disklərin şifrlənməsi, smart kartları oxuma qurğusu, “Intel Authenticate” və “Trusted Platform Module” texnologiyaları daxil olmaqla əlavə təhlükəsizlik elementləri təklif edir.