Dünya

Neslihan dodağındakı döyməsindən danışdı

4 May 2017 19:10

Xəbər verdiyimiz kimi, Kənan və Kadir Doğuluların bacısı Asumanın xına gecəsi keçirilib. Məkandan çıxarkən Kadir və xanımı Neslihan Atagül jurnalistlərin suallarını cavablandırıblar. 

İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var

4 May 2017 19:08

İspaniyanın paytaxtı Madrid yaxılığında kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Partlayışdan sonra yanğın başlayıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Helikopter qəzaya uğradı - Ekipajın taleyi məlum deyil

4 May 2017 19:06

Başqırdıstanda meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqini həyata keçirən helikopter qəzaya uğrayıb. Helikopter yaşayış məntəqəsindən 30 km məsafədə qəzaya uğrayıb. Regionun Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, helikopterdə 3 heyət üzvü olub. İlkin məlumata görə, onların 3-ü də həlak olub. Hazırda heyət üzvlərinin axtarışları davam etdirilir. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Hadisə naməlum kişi ilə HOTELDƏ YAXALANDI

4 May 2017 19:05

Müğənni Hadisə sevgilisi ilə hoteldə görüşən zaman görüntülənib. Maldiv adaları və Dubaydan qayıdan müğənni VIP mikroavtobusuyla Nişantaşında bir restorana gedib. İfaçı restoranda yol boyu onu “Mercedes” markalı maşınla təqib edən bir bəylə görüşüb. Cütlük restoranın terrasında yemək yeyib. Yanlarında Hadisənin bacısı Hülya Açıkgöz də olub. Hadisə jurnalistlərin “ Sevgilizniz, yoxsa iş görüşməsidir?” sualına cavab verməyib.

Ruslar erməniləri işlədib, pulunu vermir - GÜMRÜDƏ TƏTİL BAŞLADI 

4 May 2017 16:59

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında tətil başlayıb. Bazada çalışan 100-ə qədər erməni əməkdaş maaşlarını ala bilmədiklərini bildirir. Etiraz edənlər fevral, mart və aprel ayların əmək haqlarını ala bilmir. Onlar vəsaitin Moskvadan göndərildiyini, lakin paylanmadığını iddia edir. Etirazçılar hərbi bazanın rəhbərliyi ilə görüşmək istəyir.

Ermənilər Ağdamda BQXK əməkdaşlarını və fəhlələri atəşə tutdu 

4 May 2017 16:10

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub. Hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

Ermənistanı hər il 30 min insan tərk edir

4 May 2017 15:49

2002-ci ildən bəri hər il 30 minə yaxın insan Ermənistandan köçür. Bunu hökumətin iclasında Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib. Onun sözlərinə görə, hazırda Ermənistandan köçün seçkilərlə bağlı olub-olmamasına dair statistika mövcud deyil.

İranda kömür mədənində partlayış: ölənlərin sayı 35 nəfərə çatdı

4 May 2017 15:15

İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii bildirib. Bundan əvvəl, hadisə nəticəsində 21 nəfərin öldüyü, 69 nəfərin xəsarət aldığı bildirilirdi.

Əfqanıstan prezidenti Paksitana səfər dəvətindən imtina etdi

4 May 2017 15:13

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay Pakistana səfər dəvətindən imtina edib. O bunu yerli televiziyalardan birinə müsahibəsində bildirib. “Məzari-Şərif, Amerikanın Kabul Universiteti, Qəndahardakı terrorları törədənləri bizə təhvil verməyənədək mən Pakistana səfər etməyəcəyəm”,- deyə Əfaqnıstan prezidenti vurğulayıb.

"İşte benim stilim"lə bağlı gözlənilməz qərar - Erkən final

4 May 2017 14:36

TV8-in dəb proqramı "İşte benim stilim" iki həftə sonra bitir. Bu mövsüm münsiflər arasında olan problemlər, Nur Yerlitaşın proqramdan ayrılması və Bahar Candanın qeyri-adi davranışı ilə gündəm olan layihə reytinqlərdə əvvəlki nəticəni göstərə bilmir.

Quran müəllimi azyaşlı qızları zorladı

4 May 2017 14:31

Ankarada Keçiören Anadolu İmam Nitq Liseyi Quran müəllimi Səfər Aktaş (55) haqqında 15 yaşından kiçik qız şagirdləri zorladığı iddiasıyla ümumilikdə 274.5 ilə qədər həbs istəyiylə açılan iddianın iclası ötən gün baş tutub.

Venesuela fəlakətə sürüklənir

4 May 2017 14:30

Venesuelada hakimiyyətə qarşı genişmiqyaslı etiraz aksiyaları davam edir. Prezident Nikolas Maduronun istefasını tələb edənlərin sayı azalmaq əvəzinə, daha da artır. Dünən Venesuelanın paytaxtı Karakasdakı nümayişdə polis motosikletinin benzin bakının alışması nəticəsində 28 yaşlı kişi diri-diri yanıb.

Türkiyədə mafiyanın toruna düşən azərbaycanlı qadınlar: adlarına kredit də götürüblər - VİDEO

4 May 2017 14:28

Türkiyə polisi Mərsində qadınları fahişəliyə cəlb edən beynəlxalq şəbəkə aşkarlayıb. Mərsin Jandarma Komandanlığının Erdemli, Silifke, Anamur ve Mut vilayətlərində keçirdiyi əməliyyatlar nəticəsində 23 nəfər saxlanılıb və 14 nəfər məcburi fahişəliyə cəlb edilən qadın isə azad olunub.

Bukingemdə fövqəladə iclas - II Elizabetin əri ictimai fəaliyyətini dayandırır

4 May 2017 14:26

Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, kral II Filipp ictimai fəaliyyətini və digər monarx öhdəliklərini dayandırdığını elan edib. Bu barədə Bukingem sarayında keçirilən fövqəladə iclasda qərar verilib. Bununla belə, 95 yaşlı hersoq təntənəli qəbullarda və görüşlərdə iştirak edəcək.