Dünya

Fransadakı seçkilərin Parisin xarici siyasəti və regional proseslərə mümkün təsirləri

10 May 2017 15:11

Ötən həftənin diqqət çəkən əsas məqamlarından biri Fransada keçirilən prezident seçkiləri oldu. Daha doğrusu seçkilərin ikinci mərhələsi. Birinci mərhələdə Yelisey sarayına rəhbərlik iddiasında olanlardan heç birinin fransızların mütləq əksəriyyətinin səsini qazana bilməməsi, səsvermənin növbəti mərhələsini qaçılmaz etmişdi. Beləliklə, may ayının 7-də fransız seçicilər səsvermə məntəqələrinə gedərək öz prezidentlərini seçdilər. Bu daha çox liberal dəyərləri özündə ehtiva edən Emmanuel Makron oldu. Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda əsas mübarizə radikal meyilli Le Penlə liberal əhval ruhiyyəli Emmanuel Makron arasında gedirdi. Seçkilərin ikinci turunun mümkün, proqnozlaşdırılan nəticələri barədə hesabatlar açıqlayan yerli analitik mərkəzlər, eyni zamanda beynəlxalq ekspretlər daha çox radikal Le Penin seçkilərdə qələbə qazanacağını iddia edirdilər. Və bunu bir neçə amillə əsaslandırırdılar. Birincisi, qeyd edilirdi ki, son bir neçə ildə Fransada yaşanan terror olayları fransızları kifayət qədər radikallaşdırıb. Bu səbəbdən 7 may seçkilərində fransız seçicilər məhz radikal meyilli Le Penə səs verəcəklər.

Axtarışda olan Fatimə, azərbaycanlıların nəhəng bazarı, "Şakro Molodoy" və generallar...

10 May 2017 14:59

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqdakı nəhəng meyvə-tərəvəz bazası "Sofiysk"in fəaliyyətini yoxlayır. Əsasən azərbaycanlıların nəzarətində olan, Rusiyaya xaricdən idxal edilən meyvə-tərəvəzin 70 faizinin cəmləşdiyi "Sofiysk" bazası xüsusi xidmət orqanlarının diqqətini onun sahiblərinə görə cəlb edib. Bunlar milliyətcə osetin olan Taymuraz Misikov və onun oğlu Ruslan Misikovdur.

Türkiyədən ABŞ-ın YPG-yə silah yardımına sərt REAKSİYA

10 May 2017 14:56

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.

Putin ABŞ-a görə Təhlükəsizlik Şurasını topladı

10 May 2017 14:31

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. Bu haqda Kremlin sözçüsü Dmitri Peskov bildirib. Müşavirədə baş nazir Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin və digər şəxslər iştirak ediblər.

Türkiyədə avtomobil qəzasında iki azərbaycanlı xəsarət alıb

10 May 2017 14:30

Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi “Mitsubihi” markalı avtomobil qəzaya düşüb. Azərbaycanda İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.

Məşhur DJ vəfat edib

10 May 2017 13:47

Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib.  Qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib. 

Lavrovun “İslam Dövləti” bəyanatı erməniləri yerindən oynadıb SİYASİ ANALİZ

10 May 2017 13:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov terrorçuların təslim olmamalarına rəğmən, “İslam Dövləti” qruplaşmasını məhv edəcəklərinə söz verib. Belə ki, rusiyalı nazir lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) ölkələri silahlı birləşmələrinin radikal islamçılarla mübarizədə yer alacağını bəyan edib. Lavrov KTMT-yə üzv ölkələrin hərbi birləşmələrinin sözügedən məsələdə hazır vəziyyətdə olduqlarını da deyib.

"Kara sevda"nın aktrisası Londonda

10 May 2017 13:21

"Kara sevda"nın ulduzu Zerrin Tekindor İngiltərə qadın Platformasının qonağı olub.  Londonda keçirilən söhbət klubuna qatılan Zerrin 25 nəfərlə bir araya gəlib. Üç saata yaxın davam edən söhbətdə aktrisa sənətə necə gəlməsindən danışıb: "Məni coğrafiya müəllimim kəşf etdi. Konservatoriyaya girməyim üçün israr etdi. Yaxşı müəllim bir uşağın həyatını necə istiqamətləndirib dəyişir - mən buna örnəkəm. Uşaqlarınızı qətiyyən çərçivələməyin, onları sənətə yönləndirin".

İnstaqramda yeni funksiya aktivləşdirildi

10 May 2017 12:19

"Facebook" sosial şəbəkəsinin aktivləşdirdiyi "Facebook Lite" "Messenger Lite" funksiyası ilə istifadəçilər proqramların içərisinə daxil olmadan mobil cihazlardan şəkillər paylaşa bilir.

Bahalı daş-qaşlarla dolu məzar tapıldı

10 May 2017 12:17

Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı. İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi hadisələrdən xəbər verir .

İŞİD 40 hərbçisini asdı - SƏBƏBLƏRİ

10 May 2017 12:15

İŞİD terror təşkilatı fərarilik edən 40 üzvünü edam edib. Kərkük şəhərinə bağlı olan Havice rayon İcra Hakimiyyətinin başçısı Sebhan el-Cubburinin sözlərinə görə, İŞİD xüsusilə Səlahəddin və Kərkük münaqişələrində uğursuz iştirak edən 40 nəfər hərbiçisini edam edib. Edam olunan əsgərlərin İraq və Səudiyyə Ərəbistanı vətəndaşlarından ibarət olduğu deyilib.

Rusiyaya məxsus gəmidən silahlar aşkarlanıb

10 May 2017 11:48

Aprelin 27 – də Türkiyənin Kilyos sahilində batan Rusiyaya məxsus  “Liman” gəmisinə məxsus avadanlıqlar və silahları dəniz sahilində tapılıb.

Faciənin qarşısı alındı

10 May 2017 11:46

Türkiyənin Bitlis vilayətində  aparılan antiterror əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı  hüquq mühafizə orqanları vilayətin Tatvan rayonunun Tokaclı kəndi yaxınlığında torpağa basdırılmış, partlayıcı qurğuların hazırlanmasında istifadə edilən 380 kiloqram nitrat tuşusu və  çoxlu sayda silah – sursat aşkarlayıb. Aşkarlanan silah və nitrat turşusu hadisə yerindəcə prakurorluğa təhvil verilib.

Putinlə Makron birləşib Qarabağda nə edə bilər?

10 May 2017 11:44

Kreml Fransadakı prezident seçkilərinin nəticələrindən və iki rusofil namizədin-Fransua Fiyonun və le Penin məğlubiyyətindən məyusdur. Lakin beynəlxalq təhlükəsizlik naminə seçkilərin qalibi, praqmatik siyasətçi Emmanuel Makronla işləməyə borcludur.

"Cesur ve Güzel"in finalı haqda açıqlama

10 May 2017 11:36

"Cesur ve Güzel" serialının erkən final edəcəyi barədə xəbərlərə yeni açıqlama gəlib. Baş rollarında Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün çəkildiyi ekran işinin hələ davam edəcəyi deyilib.