Dünya

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

23 May 2017 18:04

Alimlər son dövrün ən yeni texnologiyalarından istifadə edərək Da Vinçini yenidən həyata qaytarmaq niyyətindədirlər. Yaponiyalı mütəxəssislər bunun üçün şəkillərdə qalmış sonuncu biomaterialları incələmək istəyirlər. Saçlar və dəri toxumaları klonlaşdırmanın müvəffəqiyyətlə nəticələnməsinə kömək edə bilər.

Cinayətkar dəstə üzvü olan Türkiyə millisinin futbolçusu azadlığa buraxıldı

23 May 2017 17:53

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı saxlanılan 46 şəxs arasında "Fənəbağça" və Türkiyə millisinin futbolçusu Ozan Tufanın da olduğu barədə məlumat vermişdik.

Tansu Çillər məhkəməyə məcburi gətiriləcək

23 May 2017 16:24

Ankara Ağır Cinayətlər Məhkəməsi Türkiyənin keçmiş baş naziri Tansu Çillərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib. O, 1997-ci il fevralın 28-də dövlət çevirilişinə cəhd məsələsi üzrə dindiriləcək. Sabiq baş nazirin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-ə təyin olunub.

"İŞİD gəlinləri" Suriya və İraqdan dul kimi qayıdırlar

23 May 2017 16:22

"The Telegraph" qəzeti yazır ki, Suriya və İraqda döyüşən islamçılarla evlənmək üçün oralara getmiş Britaniya qadınları ata evinə, yəni vətənə qayıdrılar. Onlardan bəziləri dul qalıb, bəzilərini isə İslam Dövləti adlanan təşkilat üçün son döyüşə hazırlaşan ərləri göndərib.

Mançesterdə daha bir partlayış

23 May 2017 15:31

Dünən terror aktı ilə sarsılan Mançesterdə daha bir partlayış baş verib.“Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, insanlar “Arndale” ticarət mərkəzində partlayış səsini eşitdiyini bildiriblər.

14 yaşlı qızı 34 yaşlı kişiyə ərə verdilər - Məsciddə gizli çəkiliş - VİDEO

23 May 2017 14:21

Azyaşlı qızın özündən 20 yaş böyük kişiyə ərə verildiyi zaman çəkilən görüntülər izləyənləri dəhşətə gətirir. Kadrlar Avstraliyada Melbourne şəhərindəki məsciddə çəkilib. Videoda yaşıl rəngli paltar geyinən 14 yaşlı qızın yaşlı adama ərə verilməsi əks olunub. 

İnternatda YANĞIN: 27 yaralı

23 May 2017 14:00

Fransanın Renn şəhəri yaxınlığında internat məktəbdə baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması üçün 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Binadan 53 nəfər təxliyə olunub. Yaralılardan 3 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Yanğının baş vermə səbəbi məlum deyil.

Eyfel qülləsi yenə işıqları söndürəcək - Mançester terroru

23 May 2017 13:46

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar söndürüləcək. Bu barədə Fransa paytaxtının meri Ann İdalqo "Twitter" səhifəsində elan edib. O, hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək gecə yarısında qüllənin işıqlarının söndürüləcəyini deyib.

Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari

23 May 2017 13:41

Amerika Prezidentinin müxtəlif sərt bəyanatlar verdiyi bir zamanda Rusiya dövlət başçısı geosiyasi əhəmiyyətli iki ciddi addım atıb. Vladimir Putin Soçidə əvvəlcə Angela Merkel, bir neçə gün sonra isə Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Ərdoğan: "İngiltərənin yanındayıq"

23 May 2017 13:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İngiltərədə törədilən terrora münasibət bildirib. O, İstanbul Universitetinin tibb fakultəsinin məzuniyyət mərasimində İngiltərənin Mançester şəhərindəki konsert zamanı baş verən partlayışla bağlı "Mançesterdə baş verən terroru şiddətlə qınayırıq. 22 vətəndaşını itiriən, 59 vətəndaşı yaralanan İngiltərə dövlətinin və xalqının dərdinə şərik oluruq. Terror təşkilatları ilə mübarizə aparmaqda digər ölkələr kimi biz də İngiltərənin yanındayıq" deyib.

İŞİD Mançester faciəsini bayram edir - "Whatsapp" mesajları 

23 May 2017 12:47

Dünən axşam məşhur amerikalı müğənni Ariana Qrandenin İngiltərənin Mançester şəhərindəki konserti faciə ilə bitib. "Mançester Arena" stadionundakı konsert qurtaranda güclü partlayış olub. Partlayış nəticəsində 22  nəfər ölüb, 59 nəfər yaralanıb. Yaralananların çoxu yeniyetmədir.  Hadisənin terror olduğu təsdiqlənib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Suriyada partlayış: yaralılar var

23 May 2017 12:37

Suriyanın Hums şəhərində partlayış olub. Hadisə şəhərin əz-Zəhra məhəlləsində baş verib. Avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralıların olduğu bildirilir. 

İŞİD Mançesterdə terrora görə məsuliyyəti üzərinə götürüb

23 May 2017 11:32

İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.

Moskva: "Con Makkeyn əxlaq çərçivəsini aşır"

23 May 2017 11:23

"Amerikalı senator Con Makkeyn öz davranışları ilə əxlaq çərçivəsini aşır." Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.