Dünya

Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı

26 May 2017 15:00

Moskvada toy kortejində atəş açan şəxs saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hadisənin ötən gün şəhərin cənubunda yerləşən "Tsaritsino" parkında baş verdiyi bildirilir.

Misirdə avtobusa silahlı hücum, 20-dən çox ölü

26 May 2017 14:26

Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən hücum nəticəsində azı 23 nəfər həlak olub. Bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hadisə nəticəsində 25 nəfər də xəsarət alıb. 

Qarabağda erməni əsgəri məhv edildi

26 May 2017 14:22

İşğaı altındakı Dağlıq Qarabağda erməni hərbçi məhv edilib.  Armen Arutunyan (1996-cı il) təmas xəttinin şimal istiqamətində baş verən atışmada ölüb.

Türkiyə ilə Rusiya arasındakı qadağalar ləğv edilir

26 May 2017 14:11

Səhər saatlarında Rusiyanın Baş Nazir müavini Arkadiy Dvorkoviç bəyan edib ki, Türkiyədən Rusiyaya bəzi kənd təsərufatı məhsullarının ixracat və idxalatına tətbiq edilən məhdudlaşdırmalar bir həftə içində ləğv oluna bilər. Dvorkoviç açıqlamasında qeyd edib ki: '' Zəruri olan səndlərin və təimatların hazırlığı artıq tamamlanmaq üzərədi . Bu sənədlərə əsasən Rusiyadan buğda idxalatına və Türkiyədən bəzi tərəvəz idxalatına şamil ediləcək qadağaların ləğv edilməsi istiqamətində hazırlanan sənədlərə aiddir''.

Antalyada zəlzələ

26 May 2017 14:09

Səhər saat 04:03 radələrində Türkiyənin Antalya şəhərinin  Qaş qəsəbəsində  4,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın episentri  Qaş qəsəbəsindən  230 km  uzaqlıqda,  dəniz səviyyəsindən 3,18 kilometr dərinlikdə olduğu müəyyən edilib. Yeraltı təkanlar Qaşda və Antalyanın digər sahil məntəqələrində də  hiss edildiyi bildirilir.

TƏCİLİ: Parisdə hava limanı boşaldılır

26 May 2017 14:02

Parisdə terror həyəcanı yaşanır.  Fransanın paytaxtında yerləşən Orly hava limanı əsgər və polislər tərəfindən nəzarətə götürülərək, boşaldılır. 

Ankarada axşam saatlarında aksiyalar  qadağan edildi

26 May 2017 14:01

Türkiyənin Ankara valiliyi axşam saatlarında aksiya keçirilməsini qadağan edən qərar qəbul edib. Qərara əsasən hava qaraldıqdan sonra bütün şəhər ərazisində yüksək səslə mahnılar və marşların oxunduğu, şüarların səsləndirildiyi aksiyalar keçirmək qadağan edilir. Qərarın qəbul edilməsi səbəblərindən kimi nümayişlər zamanı terror aktlarının törədilməsi ehtimalı göstərilir.

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

26 May 2017 13:27

Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib.  Bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib.  Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

Şok kadrlar: ayını vurmaq istədi, canını güclə qurtardı - VİDEO

26 May 2017 13:12

"Onun qəflətən peyda olması məni çaş-baş qoydu. Əsla gözləmirdim. Üstəlik, hücuma da keçdi". Kanadanın Ontario vilyətindəki Hörst şəhərində yaşayan Riçard Uesli Fayr River çayının sahilində əlində kaman və ox dolaşırdı. O, kiçik quş ovuna çıxmışdı.

Daha bir türk hərbçi həlak olub

26 May 2017 13:11

Türkiyənin Hakkari vilayətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub. Çukurca rayonunda kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində daha iki hərbçi yaralanıb. Partlayışdan sonra bölgədə əməliyyata başlanıb.

Türkiyə-NATO münasibətlərində yeni dönəm

26 May 2017 12:59

Son vaxtlar Türkiyənin xarici siyasət sahəsində atdığı bəzi addımlar normallaşmaqda olan Ankara-Moskva münasibətlərinə təsirsiz ötüşməməkdədir. Belə ki, Türkiyənin xüsusilə NATO ilə əlaqələri inkişaf etdirməsi, ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlaması Moskvanı ciddi şəkildə narahat etməkdədir.

Qızın ona təcavüz edən oğlana məktubu: "Məni torpağa yıxdınız, paltarımı cırdınız..."

26 May 2017 12:29

Oksford Universitetinin tələbəsi yazdığı bir məktubla sosial şəbəkələrdə böyük səs-küy yaradıb.  20 yaşlı İona Uells bir müddət əvvəl təcavüzdən son anda xilas olub. Belə ki, 17 yaşlı oğlan ona təcavüz etmək istəyib. İona baş verən hadisədən sonra qorxduğu üçün böyük sarsıntı keçirib.

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 12:26

Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb. Məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar. Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.

Suriyada hava zərbələri nəticəsində 35 dinc sakin həlak oldu

26 May 2017 12:21

ABŞ-ın rəhbərlik etdiyi terrorçuluq əleyhinə beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularının nəzarəti altına olan şəhərə endirdiyi hava zərbəsi nəticəsində azı 35 dinc sakin həlak olub.  Suriyada İnsan Haqlarının Monitorinq Mərkəzinin yaydığı məlumata görə, hava zərbəsi Deyr-ez-Zorun Məyadin şəhərinə endirilib. Yaralılar barəsində məlumat verilmir.

Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR

26 May 2017 12:12

Rusiya Federasiyası prezidenti yanında insan hüquqları üzrə şuranın başçısı Mixail Fedotov Rusiya hakimiyyətini ölkə tarixində ilk inzibati amnistiyanı keçirməyə çağırıb.  “Kommersant” nəşrinə istinadən xəbər verir ki, M.Fedotov anmistiyanın Oktyabr inqilabının 100 illiyinə uyğunlaşdırmağı təklif edib. Amnistiya sürücülər, iqtisadi və ya miqrasiya qanunvericiliyini, həmçinin kütləvi aksiyaların keçirilməsi qaydalarını pozanlara şamil edilə bilər.