Dünya
Parisdə terror həyəcanı
Parisin mərkəzində yerləşən Respublika meydanında partlayış təhlükəsi elan olunub. Polis əməkdaşları meydanda olan insanları təxliyyə edib. Publika.az
Bzejinski vəfat etdi
anınmış ABŞ politoloqu Zbiqnev Bzejinski 89 yaşında vəfat edib. Bu barədə "Fox News" xəbər verib. Zbiqnev Bzejinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Məşhur müğənnini ilan sancdı
Hindistana veriliş çəkilişində iştirak etmək üçün gedən türk şou-biznesinin divası Bülənt Ərsoy yaşıllıqda dincələrkən ilan sancıb. Ağrıdan və qorxudan haray-həşir salan Ərsoyun dadına orada işləyənlər çatıb. 46 dərəcə istinin altında gerçəkləşən çəkimlərdən bir az dincəlmək istəyən divanın istirahəti burnundan gəlib. İlk müdaxilədən sonra o, xəstəxanaya yerləşdirilib.
Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?
2016-cı ildə müstəqil ekspertlərdən ibarət qrup iddia edirdi ki, 2017-ci ildə Yer Yupiterin ölçülərindən üç dəfə daha böyük ölçülərə malik Nibiru planeti ilə toqquşacaq və bəşəriyyər məhv olacaq.
Demə, insan başına gələcəkləri öncədən GÖRƏ BİLƏR - Gələcəkdə olanları belə öyrənin
Gələcək haqda öncədən xəbər vermək qabiliyyəti təkcə xüsusi bacarıqlı və ya xalq deyimi ilə desək “vergili” adamların hünəri deyil. Əslində hər bir insan “Üçüncü gözü”nü inkişaf etdirməklə gələcəyi görə bilər. Alimlər bildirirlər ki, istənilən insan baş verəcək hadisələri 13 saniyə öncə görmə qabliyyətinə sahibdir. Sadəcə bu zaman kəsiyi həddən artıq qısa olduğu üçün o, baş verənlərə müdaxilə edə və ya qarşısını ala bilmir.
Bu smartfon ilk dəfə tərəflər nisbəti 18:9 olan displeylə təchiz ediləcək
Yeni texnologiyaya keçid cəsarət tələb edir. Bu il böyükölçülü "OLED" displey yeni "iPhone" smartfonunda əsas özəllik olacaq. İlk dəfə olaraq "Apple" şirkətinin istehsalı olan smartfonda displey bütün ön paneli zəbt edəcək.
“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək
“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir. Məlumata görə, iyundan etibarən “iCloud” servisinin istifadəçilərindən kənar proqramlardan istifadə üçün parolları dəyişmək tələb olunacaq. Bildirilir ki, “iCloud” istifadəçiləri “bulud” əlavəsinə daxil olmazdan əvvəl bir sıra əməliyyatları yerinə yetirməli olacaqlar. Hazırda “Apple” parolların göstərilməsini mütləq tələb kimi tətbiq etməyə başlamayıb. Ekspertlərin fikrincə, ABŞ istehsalçısı bu addımı Çində “Apple” əlavələrinin mühafizə səviyyəsinin zəif siyahıya daxil edilməsini bildirən hesabat dərc edildikdən sonra atmalı olub. Bundan əlavə, bu yaxınlarda dünyada milyonlarla kompüteri yoluxduran virus hücumu nəzərə alınıb.
Yeni dron jestlərlə idarə edilir
“DJI” şirkəti kompakt “Spark” kvadrokopterini təqdim edib. Başlanğıc qiyməti 499 dollar təşkil edən dron şirkətin istehsal xəttində ən ucuz pilotsuz uçan aparatı hesab edilir. Çəkisi 300 qr olan dronun yığılmış vəziyyətdə uzunluğu 14 sm-ə bərabərdir. Lakin yeni qurğunun başlıca fərqi onun jestlərlə idarə edilməsindədir. Belə ki, digər dronların idarə edilməsi üçün smartfon və ya ayrıca kontrollerdən istifadə tələb olunur.
İstanbulda Azərbaycan rəngi
Bu ölkə rus diplomatları qovdu - GƏRGİNLİK
Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqaev Estoniyadan çıxarılıb. Bunu Estoniya XİN-in rəsmi nümayəndəsi Sandra Kamilova bildirib.
21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub
Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlı qız İŞİD-ə qoşulub. Dağıstanın Xuçni rayonunda yaşayan milliyyətcə azərbaycanlı Sabrina Həbibova bir müddət əvvəl radikal qruplaşmalara qoşularaq kənddən qaçıb. Məlum olub ki, o, İŞİD sıralarına qoşulub. Bildirilir ki, S.Həbibovanın 21 yaşı var. O, 1996-cı ilin 15 iyulunda anadan olub.
Bacısının telefonunu başqası açdı: dediyi yerə çatanda ŞOK OLDU - VİDEO
Türkiyənin Bartın rayonunun Amasra mahalında 24 yaşlı Emine Çakmak dəniz sahilində qayalıqlardan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. Polislər Emine Çakmakın intihar ehtimalını araşdırır.
Bülənt Ərsoyu ilan vurub
Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu ilan vurub. Hadisə Hindistanda baş verib. B. Ərsoy bir qrup sənətçi ilə birlikdə “Dünya gözəllərim” adlı proqramın çəkilişləri üçün Hindistana yollanıb.
FTB Trampın kürəkəni ilə bağlı araşdırmalara başlayıb
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır. Təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır. Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma sadəcə C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.
Rüşvət alan gömrük məntəqəsinin rəisi həbs olundu - Ermənistanda
Ermənistanla Gürcüstan arasındakı "Bavra" gömrük məntəqəsinin rəisi rüşvət almaq ittihamı ilə həbs olunub. Məlumatı Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Onun barəsində Cinayət Məcəlləsinin rüşvət alma və vermə, rüşvət almaqda vasitəçilik etmə, ticarət məqsədi ilə rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.














