Dünya

Alimlər şüşə qurbağa kəşf etdi: Daxili orqanları görünür

30 May 2017 20:30

San-Fransisko de Quito Universitetinin professoru Xuan Quayasamin Ekvadorun Amazon meşələrində 2013-2016-cı illər arasında apardıqları elmi tətqiqatlar nəticəsində müxtəlif növ qurbağalar aşkarladıqlarını deyib.

Aktrisa çəkildiyi serialdan ayrıldı

30 May 2017 20:06

Aktrisa Alqı Eke baş rollardan birini ifa etdiyi “İsimsizlər” serialından ayrılıb.  Aktrisa bunu sosial şəbəkədə yazıb. Ssenariyə əsasən “öldürülən” Eke bundan sonra serialda olmayacağını deyib: “Gənclər, mən tətilə çıxıram.

5 gün əvvəl boşanan müğənni yeni eşqə başladı

30 May 2017 19:53

Beş gün əvvəl həyat yoldaşından ayrılan müğənni Mustafa Ceceli yeni eşqə başlayıb. İfaçının Selin İmerlə sevgili olduğu iddia edilir. Cütlük bir-birini İnstaqram hesabından izləməyə belə başlayıb. 

Dartıla bilən ekranın işi nümayiş etdirilib VİDEO

30 May 2017 19:43

Ötən həftə Los-Ancelesdə keçirilmiş “Society for Information Display 2017” illik sərgisində istehsalçılar displeylər sahəsində öz qabaqcıl texnologiyalarını təqdim ediblər. “Samsung” şirkəti bir neçə innovativ həll təqdim edib. Məsələn, 4K təsvir ölçüsünü dəstəkləyən 1,96 düymlük LCD displey və xüsusi eynəkdən istifadə etmədən 3D dəstəkli 5,09 düymlük “OLED” ekran nümayiş etdirilib. Ən mühüm yenilik dartıla bilən ekran olub. İndi “Samsung Display” sözügedən ekranın işini nümayiş etdirib.

Yaraların daha tez sağalma üsulu tapıldı

30 May 2017 19:05

Kanadalı bioloqlar yaraları daha tez sağaltmağın yolunu tapıblar. Araşdırma zamanı müşahidə edilib ki, uzun müddət sağalmaq biməyən yaralarda səyyar hüceyrələrin zəifliyi əsas rol oynayır. Yeni kəşf edilmiş hormonun insanın qanına yeridilməsi ilə immun sistemi daha fəallaşacaq və zədələnmiş toxumaların tez zamanda bitişib sağalmasına kömək edəcək.

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb

30 May 2017 18:07

Almaniya polisi Berlində terror aktları törətməyə hazırlaşmaqda şübhəli bilinən 17 yaşlı suriyalını saxlayıb.  Bu barədə Brandenburq federal torpağının daxili işlər naziri Haynts Şröter bildirib. İstintaqın versiyasına görə, yeniyetmə özünü partlatmağa hazırlaşıb.

Sarkisyanın Qarabağla bağlı 1 il sonrakı ŞOK PLANI: hakimiyyət üçün Azərbaycanla...

30 May 2017 18:03

“Serj Sarkisyan 2018-ci ildə hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək”. Bu barədə qondarma “DQR” “parlamentinin” “deputatı” Ayk Hanumyan deyib. O, Sarkisyanın nə edəcəyini qabaqcadan dəqiq deyə bilməyəcəyini açıqlayıb. Lakin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı konkret addımların atılacağını istisna etməyib.

Siqaret hər il 7 milyon insanı öldürür

30 May 2017 17:58

Dünyada hər il 7 milyondan çox insan siqaret çəkməkdən ölür. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı yayıb.

Moskvada qasırğa "Aeroflot"un iki təyyarəsini zədələdi

30 May 2017 17:52

Moskva vilayətində ötən gün tüğyan etmiş qasırğa nəticəsində "Aeroflot" aviaşirkətinin iki təyyarəsi ziyan görüb. Təyyarələrin korpusunda əzik və cızıqlar əmələ gəlib. Qasırğanın Moskva hava limanlarında uçuşlara hər hansı təsiri barədə məlumat verilməyib.

İş üçün müraciət edən qadını zorladı, qaçıb gizləndi

30 May 2017 15:59

Türkiyənin İzmir şəhərində 2010-ci ilin noyabr ayında iş müraciəti edən Z.S. adlı bir qadını zorlamaq iddiasıyla mühakimə olunaraq 8 il 4 ay həbs cəzasına məhkum edilən əmlakçı Gencay Kayandan xəbər var.

Pedofillərin ölkədən çıxışına qadağa qoyuldu

30 May 2017 15:44

Avstraliyada vətəndaşların ölkə xaricinə çıxışını tənzimləyəcək yeni layihələr həyata keçirilir. Avstraliya vətəndaşları sırasında pedofillərin (psixi pozğunluğu olan, çoxsaylı seksual cinayətlər törətmiş insanlar) ölkə xaricinə çıxışına qadağa qoyulub.

İçkini haram görməyən müftidən qəribə fətva

30 May 2017 15:38

Beynəlxalq Müsəlman Alimləri Birliyinin rəhbəri Mustafa Rəşid orucun varlılar üçün zəruri, kasıblar üçün isə könüllü olduğunu bildirən fətva yayıb. Mustafa Rəşid bu fətvanı ABŞ televiziya kanallarından birinə verdiyi müsahibəsi zamanı deyib.

Aprel döyüşlərində qumbaraya tuş gələn Arturun anası: "Tüpürüm Müdafiə Nazirliyinə..."

30 May 2017 15:18

Ötən ilin aprelində Qarabağda gedən döyüşlərdə xəsarət alan və qumbaraya tuş gələn erməni əsgər, Gümrü şəhərinin sakini Artur Asanyan sağalmaz azara düçar olub.  Onun anası Əsli Asanyan Müdafiə Nazirliyini oğlunun müalicəsini təşkil etməməkdə, üstəlik Arturun aprel döyüşlərində iştirakını inkar etməkdə günahlandırır.

Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas etdilər

30 May 2017 15:16

Türkiyəyə aid "Roseline A" gəmisinin heyəti Liviya sahillərində batmaqda olan köhnə gəminin göyərtəsindəki 466 qaçqını xilas edib. Onlar xilas edilən zaman üzərlərində xilasedici jiletlər belə olmayıb. Türkiyəyə aid "Roseline A" gəmisi Tunisə doğru hərəkət edib. Qaçqınlar isə İtaliyaya getmək istəyiblər. Xilas edilən 466 nəfər İtaliyanın Sahil Mühafizə Xidmətinə təhvil verilib.