Dünya

Putin "Türk axını"nı işə saldı

23 İyun 2017 18:49

Rusiya prezidenti Vladimir Putin Krasnodar vilayətinə səfər edib. Rusiyalı dövlət başçısı buradan helikopterlə xüsusi turbadüzən "Pioneering Spirit" gəmisinə uçub. Prezidenti gəmidə kapian Fred Reqtop, "Qazprom"un sədri Aleksey Miller və "Allseas" İsveçrə şirkətinin rəhbəri Edvard Heyerem qarşılayıb.

Pekində 500-ə yaxın aviareys təxirə salınıb - SƏBƏB?

23 İyun 2017 18:23

Çinin paytaxtı Pekinin “Şoudu” hava limanında şiddətli yağıntılarla əlaqədar 500-ə yaxın reys təxirə salınıb. Hava limanında bu gün üçün nəzərdə tutulan 1649 reysdən 870-ə yaxın uçuş həyata keçirilib. Hidrometeoroloqlar yağıntının gün ərzində davam edəcəyini proqnozlaşdırırlar.

Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

23 İyun 2017 18:16

Avtomobili məscidə ibadətə gələnlərin üzərinə sürmək işi ilə əlaqədar saxlanılan 47 yaşlı Darren Osborna qarşı rəsmi şəkildə terror məqsədilə adam öldürmək və öldürməyə cəhd göstərməkdə ittiham irəli sürülüb.

NASA Marsdan canlı görüntü yaydı - VİDEO

23 İyun 2017 17:54

Amerika kosmik agentliyinin (NASA) alimləri "Qırmızı planet"dən Yutub sosial şəbəkəsində yayımladıqları canlı görüntülər dünya mediasında maraql qarşılanıb. Görüntülərdə Mars planetinin unikal landşaftı, qum təbəqələri, müxtəlif sıldırım qayaları təsvir olunub. Mütəxəssislərin sözlərinə görə, reallığa qalanda Marsın səthi çox soyuq olur və qırmızımtıl rəngə çalır. Bu rəngi Marsa geniş yayılmış dəmir oksid verir. Planetin səthi eroziyaya uğramış, alabəzək kraterlərlə doludur. Həmçinin burada sıx buludlu və toz qasırğaları kimi aktiv təbii hadisələr də müşahidə edilir.

Rusiya NATO-ya hücum edəcək? - Lavrovdan cavab

23 İyun 2017 17:52

“NATO ölkələrində Rusiyanın onlara hücum edəcəyinə dair ən kiçik ehtimal ola bilməz”.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “ABŞ-da, Almaniyada, Böyük Britaniyada və Şimali Atlantika İttifaqının başqa ölkələrində yüksək hərbi hazırlıq gedir.

Misir prezidenti 500 məhbusu əfv etdi - Ramazan münasibətilə

23 İyun 2017 17:35

Misir prezidenti Əbdül Fəttah əl Sisi Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusun əfv olunması barədə fərman imzalayıb. Əfv olunanların böyük əksəriyyəti icazəsiz mitinqlərdə iştiraka görə həbs olunan şəxslərdir.

Ermənilərə dəstək üçün Qarabağa gələn PKK terrorçuları TUTULDU

23 İyun 2017 17:30

İranın təhlükəsizlik qüvvələri Cənubi Azərbaycanın Xudafərin ərazisindən işğal altındakı Dağlıq Qarabağa keçmək istəyən PKK-nın 8 terrorçusunu tutub.

İŞİD sosial şəbəkəni qadağan etdi: "İzlənildiyimizi bilirik!"

23 İyun 2017 17:23

İŞİD terror qruplaşması son vaxtlar ard-arda ərazi itirməsini sosial şəbəkələrdə izlənmələrilə əlaqələndirib. İŞİD buna görə də təşkilat üzvlərinə sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Ərəb və ingilis dillərində yayımlanan bəyanatda, təşkilat liderləri sosial şəbəkə üzərindən təşkilata üzv toplayarkən ehtiyatsızlıq ucbatından özlərini ifşa etdiklərini bildiriblər.

Kremlə verilən FİNAL XƏBƏRDARLIĞI: Rusiya dəhşətli silahla İFLİC EDİLƏCƏK

23 İyun 2017 17:22

ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib. Nəşrin yazdığına görə, keçmiş prezident Barak Obama ötən il Rusiya üçün hazırlanan “rəqəmli bomba” planını bəyənib.

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

23 İyun 2017 16:39

Müğənni Emre Altuğ boşandığı həyat yoldaşı Çağla Şikeldən danışıb.  İfaçı Çağla ilə ayırlma səbəbini açıqlayıb:  “İnstaqramda hələ də bizi barışdırmağa çalışanlar var, bunu etməsinlər… Evləndikdən sonra heç bir iş görmədim. Müğənnilik sektorundan geri çəkildim. Uşağımız olsun istəyirdik, oldu.

Polis Londonda  80 nəfərin ölümünə səbəb olan yanğının səbəbini açıqlayıb

23 İyun 2017 16:35

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında 79 nəfərin ölümünə səbəb olan yanğının səbəbi mənzillərin birində soyuducunun alışaraq yanması olub. Polis həmçinin binanın üz qabığının yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyini təsdiq edib. Xatırladaq ki, jurnalistlər çoxdan binanın üz qabığının yanğının belə inanılmaz sürətlə yayılmasına səbəb olduğunu hesab edirdi.

ABŞ-ın viza sistemində dəyişklik

23 İyun 2017 16:05

ABŞ prezidenti Donald Tramp yeni prezidentlik qərarnaməsini qəbul etməklə viza almaq prosesini bir az da çətinləşdirdi. ABŞ Xarici İşlər Nazirliyinin heç bir rəyi olmadan, Ağ Evdə yayımlanan qərarnamədə turist və tələbə vizaları daxil olmaqla, qaçqın olmayan insanların viza almaq prosesinin müddəti qeyri-müəyyən müddət olaraq uzadılıb.

Bölgədə ikinci Əfqanıstan: Ermənistan Dağlıq Qarabağı narkotik plantasiyalarına çevirir

23 İyun 2017 15:55

“Ermənistanın işğal etdiyi Azərbaycan torpağı Dağlıq Qarabağı terror təşkilatlarının yuvasına, narkotik plantasiyalarına çevirməklə bölgədə ikinci bir Əfqanıstan yaradıb”. Virtualaz.org xəbər verir ki, bu bəyanatla Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey çıxış edib.

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - Fəlakət ssenarisi

23 İyun 2017 15:32

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən “Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib.

Poroşenko impiçmentə doğru

23 İyun 2017 15:30

“Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti ölkədə impiçment haqqında qanun olmadığı üçün qeyri-mümkündür”.  Bunu Ukrayna prezidentinin impiçmenti barədə çağırışları şərh edən ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib. “Bu tipik piar aksiyasıdır. Çünki, Ukraynada impiçment haqqında qanun yoxdur. Bu haqda danışmaq olar, amma faktiki olaraq buna nail olmaq mümkün deyil”, - o bildirib.