Dünya

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət və xoşməramlılığın vacibliyini x

25 İyun 2017 10:04

ABŞ prezidenti Donald Tramp müsəlmanları müqəddəs Ramazan ayının başa çatması və Fitr bayramı münasibəti ilə təbrik edib. Bu barədə prezidentin Ağ ev tərəfindən yayılan təbrikində deyilir. "ABŞ müsəlmanları müqəddəs Ramazan ayında etiqad və xeyriyyəçilik işlərində bütün dünya müsəlmanlarına qoşulurlar.

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 10:02

İranın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqəli bir qrup şəxsi saxlayıb. Bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.

Prezidentinin halı pisləşdi

25 İyun 2017 10:00

Türkiyə prezidenti Rəcəb-Tayyib Ərdoğanın halı pisləşdi. Ramazan bayramı namazı üçün Ataşehirdəki "Memar Sinan" məscidinə gedən prezident qısa müddətli rahatsızlıq keçirib. Məscidin çıxışında açıqlama verən Ərdoğan artıq özünə gəldiyini, rahatsızlığının şəkərlə əlaqəli olduğunu vurğulayıb:

İraqda  partlayış

25 İyun 2017 09:57

İraqın Mosul şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Terrorçu özünü köhnə məhəllələrdən birində mühasirəyə alınmış şəhəri tərk etmək istəyən kütlənin arasında partladıb. Ölənlər və yaralananlar arasında qadınların və uşaqların olduğu bildirilir. Press TV telekanalı şənbə günü İraq ordusunun mülki şəxslərin Mosulu tərk edə bilməsi üçün bir neçə təhlükəsiz dəhliz təşkil etməyə nail olduğunu xəbər verir.

10 ölü, 20 yaralı

24 İyun 2017 21:38

adikal “Sağ sektor” təşkilatının döyüşçüləri ilə Ukrayna Silahlı Qüvvələrinin bölməsi arasında silhlı qarşıdurma baş verib. Bu haqda “Donetsk Xalq Respublikası” separatçı qurumun operativ komandanlığının rəahbəri Eduard Basurin bildirib. Onun sözlərinə görə, qarşıdurma nəticəsində 10-a yaxın insan həlak olub, 20-i yaralanıb.

Tarantinodan yeni film

24 İyun 2017 16:51

54 yaşlı ssenarist və rejissor “Pulp Fiction”, “Reservoir Dogs”, “Kill Bill”  və “Unchained Django” filmlər ilə sevilən Quentin Tarantino mətbuata verdiyi açıqlamada hazırda yeni film üzərində işlədiyini bildirib. “Olaylar” “Habertür” - ə istinadən bildirir ki, ssenarist və rejissor “Hal – hazırda yeni film ssenarisi üzərində işləyirəm. 2018 - ci ildə hazır olması mümkün deyil.

ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI

24 İyun 2017 16:34

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş prezident Corc Buşun dövründə idarənin sorğu proqramı çərçivəsində işgəncə üsulları hazırlamaq məqsədilə həkim və psixoanalistlərə 81 milyon dollar xərclədiyi iddia edilib. Psixoanalistlər Con Bryus Cessen və Ceyms Mişel tərəfindən həyata keçirilən proqramda həkimlərin rolu Amerika Mədəni Azadlıqlar Birliyinin (ACLU) açdığı istintaqlə gün üzünə çıxmağa başlayıb. 11 sentyabr hadisələrindən sonra terror şübhəlisi olaraq həbsə alınan insanlara su ilə işgəncə verilməsi, yuxudan məhrum edilməsi, yaralı ayaq üstə saatlarla gözlədilməsi və bir çox işgəncə üsullarının MKİ tərəfindən sorğulama metodu olaraq istifadə olunması hər kəsi dəhşətə gətirib.

3540 metr uzaqlıqdakı hədəfi vurdu

24 İyun 2017 16:16

Kanada İraqda döyüşən Xüsusi Təyinatlı Dəstənin üzvü olan bir əsgərinin 3540 metr məsafədən hədəfi vuraraq dünya rekordu qırdığını bəyan edib. Hədəf İŞİD terror təşkilatının üzvü olub. Kanada Xüsusi Təyinatlı dəstəsinin üzvü olan əsgərin 3540 metr uzaqlıqdakı hədəfi vurduğu təsdiq edilib. Lakin təhlükəsizlik səbəbilə əməliyyatın aparıldığı yerin və zamanın açıqlanmayacağı bildirilib.

Ən çox gəlirli yüz İT şirkətinin siyahısı dərc edilib

23 İyun 2017 19:50

“Gartner” analitik şirkəti dünyanın ən çox gəlirə malik yüz informasiya texnologiyaları (İT) şirkətinin siyahısını tərtib edib.

“Ağıllı” oyuncaq uşağın emosiyalarını müəyyənləşdirəcək

23 İyun 2017 19:31

İspaniya alimləri oyuncaqla oynayan uşağın emosional əhval-ruhiyyəsini müəyyənləşdirən və müvafiq tərzdə reaksiya verən “ağıllı” kukla yaradıblar. Oyuncağın daxilində süni intellektə yaxın alqoritmlər quraşdırılıb.

Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək

23 İyun 2017 19:20

Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi "çağırılmamış qonaqlar"dan əziyyət çəkir. Əvvəllər bunun üçün səsli və ya lazer qurğularından istifadə olunub. Bir sıra hava limanlarında arzuolunmaz heyvanların ürküdülməsi üçün ovçu quşlardan ibarət "şahin quş dəstələri" saxlanılır. Kanadanın Edmonton Aeroportunda isə bu işi robotlaşdırılmış şahin yerinə yetirməyə başlayıb.

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

23 İyun 2017 19:15

"Check Point" şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın "Fireball" və "WannaCry" viruslarının hücumuna məruz qalmasını açıqlayıb. Əvvəllər məlum olmayan viruslar ən fəal zərərli proqram təminatı ailəsi üçlüyünə daxil olub. "Fireball" dünya təşkilatlarının 20 faizinə ziyan vurub. "WannaCry" təşkilatların 8 faizinə hücum edib. Həmçinin, aktiv viruslardan biri şirkətlərin 16 faizini yoluxduran "RoughTed" olub.

Dünyada ən böyük və şəffaf displey yaradılıb

23 İyun 2017 19:10

Cənubi Koreyanın “LG Display” şirkəti dünyada ən böyük elastik və şəffaf displey yaradıb. “The Korea Herald” nəşri şirkətin bəyanatına istinadən yazır ki, 77 düymlük yeni displey 3840x2160 piksel təsvir ölçüsü, 40% şəffaflıq əmsalı və 80 mm-lik əyrilik radiusuna malikdir.

“Samsung” şirkəti “Galaxy Folder 2” smartfonunu təqdim edib

23 İyun 2017 19:05

“Samsung” şirkəti Cənubi Koreyada açılıb bağlanan form-faktoruna malik “Galaxy Folder 2” (“SM-G1650” modeli) telefonunun satışına başlayıb. İkinci nəsil “Galaxy Folder” aparatı iki variantda (“3G” və ya “LTE” modulla) əlçatandır. Smartfon 1,4 QHs takt tezlikli dördnüvəli “Snapdragon 425” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq fləş daşıyıcı ilə təchiz edilib. “MicroSD” kartın qoşulması sayəsində daxili yaddaşın tutumu 256 QB-dək artırıla bilər.

Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

23 İyun 2017 18:50

Aktrisa Sibel Kekilli ekranlara dönür.  Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya indi türk şirkətlərindən təkliflər var. Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən ssenariləri oxuyub və onlar arasında birini bəyənib. Çəkilişləri sentyabrda başlayacaq serialda baş rollarda aktyorlar Ercan Kesal və Berkay Ateş də oynayacaq.