Dünya

Yaponiya, ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər

27 İyun 2017 11:36

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ, Yaponiya və Hindistan iyulda Hind okeanının qərbində birgə böyük hərbi təlimlər keçirəcəklər. Bu barədə o, Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra bəyan edib. D.Tramp deyib: “Bizim silahlı qüvvələrimiz hər il terrorizmlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyin üzərində işləyir. Gələn ay da onlar yapon dənizçilərlə birlikdə Hind okeanının qərbində hərbi təlimlərdə iştirak edəcəklər”.

Fövqəladə vəziyyət elan olundu

27 İyun 2017 11:33

Rusiyanın Zabaykalye vilayətində çoxsaylı meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hazırda regionda 2,8 min hektardan çox sahəni əhatə edən 34 meşə yanğını davam edir. Yanğınların söndürülməsinə 804 canlı qüvvə və 181 ədəd texnika cəlb olunub. Son sutka ərzində 6 meşə yanğınını söndürmək mümkün olub.

Nigeriyada  16 ölü, 13 yaralı

27 İyun 2017 11:26

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb. Partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. Hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.

Yəmən bombalandı

27 İyun 2017 11:23

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin mərkəzi bölgəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə paytaxt Sənadan 173 km şimal-şərqdə yerləşən Marib əyalətində qeydə alınıb. Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Miseyd rayonunda yaşayış massivini bombalayıblar.

London sakinləri  "ƏDALƏT İSTƏYİRİK"

26 İyun 2017 21:05

 İngilis zənci Edir Federiko Da Kostanın polis tərəfindən nəzarətə götürülməsi və şiddət göstərildiyi səbəbilə dünyasını dəyişməsi Londonda iğtişaşlara səbəb olub. Publika.az xəbər verir ki, paytaxtda etirazçılarla polis arasında qarşıdurma yaşanıb. 1 uşaq atası 25 yaşlı Federikonun nəzarətə alındıqdan 6 gün sonra polisin göstərdiyi şiddət nəticəsində öldüyünü iddia edən etirazçılar axşam saatlarında Londonun Stratford bölgəsindəki polis bölməsinə hücum edib və binaya alovlu maddələr, kərpiclər atıblar.

İsrail Suriyanı bombaladıİsrail Suriyanı bombaladı

26 İyun 2017 20:58

İsrail Suriya ordusu ilə üsyançı qüvvələrin mübarizəsi zamanı istifadə olunan mərmilərdən bəzilərinin ölkə sərhədi daxilinə düşməsi bəhanəsilə Suriyaya aid bəzi hərbi hədəfləri vurduğunu açıqlayıb. Top mərmiləri Qolan təpələrinin şimal tərəfinə düşüb, lakin hadisə nəticəsində ölən yaxud yaralanan olmayıb.

Tramp hədələndi

26 İyun 2017 15:04

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər. Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Monqolustanda  seçkilər

26 İyun 2017 15:01

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər. Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 dəfə  prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.

Türk ordusu şəhid verdi

26 İyun 2017 14:57

Türkiyənin Elazığ şəhərinin Karakoçan bölgəsinin Bingöl sərhəddində terroristlərlə təhlükəsizlik xidməti əməkdaşları arasında atışma baş verib. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 1-i yaralanıb. Əməliyyat zamanı iki əsgər yaralanıb. Xəstəxanaya yerləşdirilən əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Məsciddə atışma

26 İyun 2017 08:32

Okeanda zəlzələ

26 İyun 2017 08:20

Sakit okeanda Polineziyada Tonqa dövlətinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu haqda ABŞ Geoloji xidməti xəbər verir. Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 209 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.

Çində sürüşmə

25 İyun 2017 17:56

Çinin Sıçıuan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 109 nəfər itkin düşmüş hesab olunur. Sağ qalma ehtimalı olanların axtarışları gecə boyu davam etdirilib, bu işlərə 2500 xilasedici cəlb olunub. Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

10 polis öldürüldü

25 İyun 2017 17:54

Əfqanıstanın Herat əyalətində "Taliban" terror qruplaşmasının üzvləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Nəticədə azı 10 polis əməkdaşı həlak olub, 4-ü isə yaralanıb. Yerli polis nümayəndəsi Cilani Fərhad qeyd edib ki, terrorçular polislərin silahlarını ələ keçiriblər.

2 min insan təxliyyə edilib

25 İyun 2017 17:52

İspaniyanın Moqer adlı bölgəsində baş verən meşə yanğınlarına görə 2 mindən çox insan təxliyyə edilib. Donyana milli parkına da keçən alovun qarşısnı almaq üçün əraziyə 200 nəfərlik briqada və aviasiya cəlb edilib.