Dünya

Yaponlar bunu da etdilər

4 Avqust 2017 18:01

Yapon alimlər isti havada əriməyən dondurma hazırlayıblar. Bunun üçün onlar dondurmanın formasını möhkəmləndirmək üçün çiyələk ekstraktı – polifenoldan istifadə ediblər.

Müəmmalı görüşün yeni təfərrüatları ortaya çıxdı: Vəkil hər şeyi açıqladı

4 Avqust 2017 18:00

Rusiyalı vəkil Nataliya Veselnitskaya ABŞ prezidenti Donald Trampın oğlu ilə görüşməsinin səbəblərini açıqlayıb. Vəkil Tramp Jr.lə “Maqnitskiy” qanunu üçün lobbi fəaliyyətləri həyata keçirən ingilis maliyyəçi Villiam Brovder haqqındakı narahatlıqlarını paylaşmaq üçün görüşdüyünü deyib. Veselnitskaya bu açıqlamanı məsələnin ABŞ mətbuatında şişirdilməsindən sonra verməyə məcbur olub: “Bu özəl bir görüş idi. Professional fəaliyyətlərim nəticəsində topladığım bilgiləri paylaşmaq üçün Tramp JR.lə görüşməyə qərar verdim və ondan yardım istədim. ABŞ konqresinin Brovderə Rusiyada nələr olduğunu bilməsi üçün yardım edə biləcək biri lazım idi. Bu çox normal bir tələb idi”.

Avropa istidə qovrulur: yanğınlar və ölümlər artıb

4 Avqust 2017 17:21

Avropanın mərkəzi və cənub-şərqi hissəsində anomal istilər hökm sürür, bürküdür. Serbiyada son 5 ildə ən yüksək temperatur qeydə alınıb.  Serbiyada ölkə boyunca havanın orta temperaturu 38-42 dərəcəyə çatıb. Şimali Afrikadan gələn "Lüsifer" adlı antitsiklon nəticəsində havanın orta temperaturu sürətlə artıb. 

İrem Dericiyə cəza

4 Avqust 2017 17:06

Müğənni İrem Derici aparıcılıq etdiyi "Eylenmene bak" proqramının çəkilişlərinə getməyərək "Xəstəyəm" deyib. Lakin həmin gün Bodruma konsert verməyə gedən İrem problemlə qarşılaşıb. Tez-tez çəkilişlərə qatılmamaq üçün bəhanələr tapan İrem verilişi çəkən prodakşnı əsəbiləşdirib. Sonuncu dəfə yalan deyib konsertə getdiyi üçün isə şirkət İremi məhkəməyə verərək ondan təzminat tələb edir.

İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib

4 Avqust 2017 16:37

İspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib. Karles Resio 2006-cı ildən başlayaraq hər gün səhər 07:00-da işdə qeydiyyatdan keçib evə gedirmiş, saat 16:00-da isə iş vaxtının bitdiyini bildirən imzanı atmaq üçün işə qayıdırmış. Asudə vaxtlarında K.Resio komikslər çəkməklə məşğul olduğunu bildirib.

Yuxuya gedən arvadını zorlayıb, videoya çəkdi - VİDEO

4 Avqust 2017 16:26

İngiltərənin Nyukasl şəhərində adı açıqlanmayan bir şəxs həyat yoldaşını yuxudaykən zorladığı üçün həbs olunub.  Qadın ərinin evdə unutduğu telefona baxarkən videolara girişin "kilidli" olduğunu görüb və şübhələnib. Daha sonra ərinin telefonunda olan videolara çətinliklə də olsa baxa bilib. Qadın videolarda yuxuda olarkən və spirtli içki qəbul edərkən ərinin onunla cinsi əlaqəyə girdiyini və həmin anlarını videoya çəkdiyini görüncə həyatının şokunu yaşayıb. Qadının şikayəti sonrası məsələ məhkəməyə qədər uzanıb.

Türkiyədə bəylə gəlin toya Üzeyirin mahnısı ilə gəldi - VİDEO

4 Avqust 2017 16:25

Türkiyədə bəy və gəlin toya azərbaycalı müğənni Üzeyir Mehdizadənin mahnısının sədaları altında gəlib. Həmin anın görüntülərinin videosu sosial şəbəkələrdə yayılıb. Bəy və gəlin toy mərasiminin iştirakçıları Üzeyir Mehdizadənin "Ay balam, gül balam" mahnısının sədaları altında rəqs edirlər.

Cəbrayılda erməni əsgərin güllələnməsinə görə komandir və bir əsgər həbs olunub

4 Avqust 2017 16:20

Azərbaycanın işğal altında olan Cəbrayıl rayonundakı erməni postlarından birində bu ilin fevralında erməni əsgərin güllələnməsi ilə bağlı yeni məlumatlar yayılıb.

Prezidentin səs yazısı yayıldı: “Prokurorlardan zəhləm gedir, ən yekə oğru onlardır”

4 Avqust 2017 16:17

Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları “ən yekə oğrular” adlandırıb. Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını “Azadlıq” radiosunun tacik xidməti əldə edib.

İŞİD-in hədəfində daha bir ölkə - AVSTRALİYA

4 Avqust 2017 15:59

Avstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib. Polis terrorçuların Türkiyədə gizlənən İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb. Terrorçular hücumu Birləşmiş Ərəb Əmirliklərinin “Etihad” şirkətinə məxsus sərnişin təyyarəsində etməyi nəzərdə tutublar.

FETÖ – cular bir geyimdə

4 Avqust 2017 15:51

FETÖ üzvlərinin tanınması məqsədilə saxlanılan və haqlarında hökm oxunan məhbuslar üçün  xüsusi uniformalar hazırlanacaq. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, narıncı, açıq və tünd göy rənglərdə şalvar-köynək, eləcə də tulumlardan ibarət olacaq. Artıq Bursada fəaliyyət göstərən bir sıra tikiş sexlərinə 50 min ədəd uniforma sifariş verilib. Geyimlər FETÖ – çular olan həbsxanalara göndəriləcək.

Sərhəd pozuldu, ordu hərəkətə GƏTİRİLDİ - SƏRHƏDDƏ DÖYÜŞ

4 Avqust 2017 15:45

Çinlə Hindistan arasında müharibəyə səbəb ola biləcək gərginlik yaranıb. Son günlər iki ölkə arasında sərhəd məsələsinə görə qarşıdurma yaşanıb. Rəsmi Pekin iddia edir ki, 400 Hindistan əsgəri Çin sərhədini pozub.

Saakaşvili Polşaya getdi

4 Avqust 2017 15:09

Xəbər verildiyi kimi, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətədaşlığından məhrum edildikdən sonra sənədsiz qalıb. Sənədsiz qalmış  Mixail Saakaşvili Polşaya gəlib. Saakaşvili Varşava üsyanının ildönümünə həsr edilmiş tədbirdə çıxış edib. O, Gürcüstanla Polşanın əməkdaşlığından və Ukraynadan danışıb.

İspaniyada avtobus aşıb - 25 yaralı

4 Avqust 2017 14:37

İspaniyanın mərkəzində yerləşən Valdelenyas şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Avtobusun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Sərnişinlər və avtobus sürücüsü xəstəxanalara yerləşdirilib. Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.