Dünya
Vulkan 7 mindən çox insanı evsiz qoydu
İndoneziyada 400 ildir passiv olan vulkan oyanıb. İndoneziyanın Sumatra adasının şımalında yerləşən vulkanın püskürməsi nəticəsində 7 mindən çox insan ərazidən uzaqlaşdırılıb. 4 kilometrdən çox hündürlüyə yayılan tüstü və kül buludu ətrafda dəhşətli mənzərə yaradıb.
Naziri Daxili İşlər Nazirliyinin polkovniki oğurlatdırıbmış - Dağıstanda
Dağıstanda tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri İbrahim Kazibekovun oğurlanmasını təşkil edənə ittiham irəli sürülüb. Rəsmi məlumatlara görə, 57 yaşlı Mahaçqala sakini - polis polkovniki, Mahaçqalanın Lenin rayonunun DİŞ-nin keçmiş əməkdaşı - həbs edildiyi an Dağıstan hökumətinin inzibati binasının mühafizə idarəsinin rəisi imiş.
Rusiya Amerikaya qarşı Türkiyədən istifadə edəcək
Amerika Birləşmiş Ştatları qəbul etdiyi sanksiyalarla Moskvanın boru xətti inşaatlarına təsir etməyi düşünmür. Lakin Rusiyanı hədəfləyən bu sanksiyalar birbaşa da olmasa, dolayı yolla bu xətlərin xərclərinə təsir edə bilər.
Erməniləri məyus edən İran ayətullahı
Son vaxtlar cənub qonşumuzdan dövlət olaraq maraqlarımıza uyğun gələn açıqlamalar, bəyanatlara daha tez-tez rast gəlirik. Belə bir açıqlamalardan biri bu günlərdə İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli ərəfindən gəldi. Təbii ki, Tehrandan gələn bu açıqlama Ermənistanda normal qarşılanmadı. Sözügedən açıqlamada Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə tənqid olunmaqla yanaşı, həm də Tehran-Bakı münasibətləri geniş şərh olunurdu.
Rusiyada mədəndə QƏZA - Mədənçilər təxliyə edilib
Yakutiyada yerləşən mədənlərin birində su sızması baş verib. Mirnıy şəhərindəki mədəndə bu səbəbdən 150-yə yaxın adam təhlükədə qalıb. Hazırda bölgədə aparılan xilasetmə işləri nəticəsində mədənçilər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məşhur dietoloq barəsində İSTİNTAQ
Türkiyəli ulduzları arıqladan məşhur dietoloq Şeyda Coşkun haqqında məhkəmə və inzibati qaydada əməliyyat başladılıb. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, Şeyda Coşkun haqqında Türkiyə Sağlamlıq Nazirliyinə çoxlu sayda şikayətlər daxil olub. Şikayətlərdə dietoloqun diplomu olmadan fəaliyyət göstərməsi əsas götürülüb. Sağlamlıq Nazirliyindən dietoloqa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o yenə də fəaliyyətini davam etdirirdi. Hazırda dietoloq barəsində istinaq öz işinə başlayıb.
Ankarada ildırım adamları vurdu - Yaralılar var
Türkiyənin paytaxtı Ankarada ildırımla müşayiət olunan güclü yağış yağıb. Şəhərin mərkəzi parklarının birində ildırım vurması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir. Güclü ildırım park ərazisində bir ağacın qırılmasına da səbəb olub.
ABŞ Fələstinə maddi yardımlarını dayandıracaq
ABŞ Senatının Xarici Münasibətlər Komitəsi ABŞ-ın Fələstinə etdiyi maddi yardımları təxirə salmağı nəzərdə tutan qanun layihəsini təsdiq edib. Layihə Fələstin rəhbərliyinin İsrail həbsxanalarındakı məhkumlara və İsrailin Təhlükəsizlik Qüvvələri tərəfindən öldürülənlərin ailələrinə verdiyi dəstək dayandırılana qədər Fələstinə maddi yardımların təxirə salınmasını ehtiva edir. Layihəyə keçən il Təl Əviv şəhərində bir fələstinli tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Taylor Forsun adı verilib.
ABŞ Türkiyəyə hücum üçün B planını işə salır - XAİN SSENARİ
Nazirlikdə Bylock əməliyyatı
Türkiyə Elm, Sənaye və Texnologiya Nazirliyində FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, nazirlikdə aparılan əməliyyat zamanı 59 nəfərin Byloock istifadəçisi olduğu məlum olub. Byloock istifadəçilər Ankara Təhlükəsizlik Qüvvələri tərəfindən həbs olunub.
Nobel mükafatçısı haqqında kitab
Kimya üzrə Nobel mükafatıçısı məşhur türkiyəli alim, biyokimyagər və molekulyar bioloq Əziz Sancarın həyatı kitab olacaq. “Olaylar” “Habertürk”” – ə istindən bildirir ki, “KaraKarga Junior” nəşriyyatının “Dünyaya istiqamət verənlər” seriyasında nəşr olunan “Əziz Sancar” kitabını Selin Feldman qələmə alıb. Kitabdakı karikaturaların müəllifi Can Baytakdı. Təqdim olunan kitabda gənclərə Sancarın Nobel mükafatına qədərki həyat yolundan bəhs olunacaq.
Erməni diplomatın etirafı — "Putin siyasəti tərk etsə, Ermənistan fəlakətə sürüklənəcək"
ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etdikdən sonra Ermənistanın Rusiya və ABŞ arasında geosiyasi manevri daha da boşluğa düşüb. Bu barədə Ermənistanın xarici işlər nazirinin sabiq müavini, səfir Arman Navasardyan jurnalistlərə məlumat verib.
BMT: "Türkiyədəki suriyalılara hər ay pul veririk"
BMT-nin baş katibinin mətbuat xidməti Türkiyədəki suriyalı miqrantlarla bağlı açıqlama verib. "Ümumdünya Ərzaq Proqramı" Türkiyədəki 850 mindən çox suriyalı miqranta hər ay 120 türk lirəsi yardım etdiyini bildirib.
Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb
Çirkli su Ermənistan ordusunda yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.
İtaliyada 50 dərəcə isti qeydə alınıb
İtaliyanın cənubunda rekord istilər qeydə alınır. Məlumata görə, ötən gün Sardiniyada temperatur 50 dərəcəyə çatıb. Bundan başqa, Neapol şəhərində və ətraf bölgələrdə havanın hərarəti 49 dərəcə olub. Meteoroloqların proqnozlarına görə, yüksək temperatur İtaliyanın mərkəzi və şimal bölgələrində gözlənilir. Bu gün və sabah paytaxt Romada 42 dərəcə, Florensiyada 41 dərəcə isti proqnozlaşdırılıb.














