Dünya

İkinci Yupiter kəşf edilib

4 Avqust 2017 12:12

İngiltərə və ABŞ alimləri yeni planet kəşf edib.  İngiltərənin Exeter Universiteti ilə ABŞ-ın Merilend Universitetinin mütəxəssislərinin birgə araşdırmaları nəticəsində maraqlı faktlar aşkarlanıb. Dünyadan təxminən 900 işıq ili uzaqda kəşf edilən Yupiter böyüklüyündəki "WASP-121b" adlı obyektin, Günəş sistemindəki planetlərə bənzədiyi bildirilib.

Avtobusdakı qadının başında bitlər qaynaşır - ŞOK VİDEO

4 Avqust 2017 12:03

Avtobusdakı qadın görənləri dəhşətə gətirib. Avtosfer.az xəbər verir ki, Meksikada avtobusa minən qadının başında gəzən bitlər sərnişinləri şoka salıb. Gözlərinə inana bilməyən sərnişinlər həmin anları kameraya çəkib.

ŞOK KADRLAR: Eşşəklər Mercedes-i "oğurladı" - VİDEO

4 Avqust 2017 12:00

Cənubi Afrika - Zimbabve sərhədində polislər oğurlanmış lüks "Mercedes" markalı avtomobilin eşşəklər tərəfindən çaydan dartılaraq keçirildiyinin şahidi olublar. Polis vertolyotu səmadan eşşəklərin lüks avtomobili çəkərək Limpopo çayından keçirməyə çalışdığını görüblər. Polis qrupları "Mercedes" və eşşəkləri Musina qəsəbəsi yaxınlarında saxlayıblar. Məlum olub ki, cinayətkar şəbəkə avtomobili qaçırtmaq üçün eşşəklərdən istifadə edib. Polislər oğruları axtarır.

Yaponiyanı "Noru" təhlükəsi gözləyir

4 Avqust 2017 11:53

Uzaq Şərqdə yeni tayfun təhlükəsi gözlənilir.  “Noru” tayfunu Yaponiyanın cənubundakı Amami adasına yaxınlaşır. Hazırda aanın sahillərində dalğaların hündürlüyü 10 metrədək çatır. 

Polis baş naziri məhkəməyə verdi

4 Avqust 2017 11:48

İsrail polisi baş nazir Bünyamin Netanyahunu məhkəməyə verib.  Baş nazir vəzifədən sui-istifadə və rüşvət almaqda ittiham edilib. Polis məhkəmədən araşdırma əməliyyatları haqqında mətbuatda hər hansı bir xəbər getməməsini tələb edib. Tələbi nəzərə alan məhkəmə Netanyahu haqqında aparılan bütün araşdırmalarla bağlı xəbər yayımlanmasına qadağa qoyub. Netanyahu vəzifəsindən sui-istifadə iddialarını rədd edib və ölkədəki media qurumlarını liderlik etdiyi Likud Partiyası hökumətini devirməyə çalışmaqda günahlandırıb.

3 yaşlı uşağın boğazından çıxanlar - DƏHŞƏTLİ

4 Avqust 2017 11:45

3 yaşlı uşağın əməliyyat zamanı boğazından çıxanlar bütün dünya mediasını heyrətə salıb. Professor Melih Kaptanoğlu Türkiyədə apardığı əməliyyatlarda uşaqların nəfəs borusundan və ağ ciyərindən çıxan yad cisimlərin fotolarını paylaşıb. Əməliyyat etdiyi 700 xəstənin 500-ü azyaşlı uşaqlar olub:"Bu cür hallar ən çox ilk 3 yaşda müşahidə olunur. Bunun üçün evə quru meyvə və uşaqlara oyuncaq alarkən çox diqqətli olmaq lazımdır. Asanlıqla hissələrə ayrılan kiçik həcmli (küt, iti, halqavari) oyuncaqları uşaqlardan uzaq tutun. Ehtiyatsızlıq səbəbindən uşaqlar bunları udur və siz bunun fərqinə vardığınızda çox gec ola bilər".

Ərə getməyə hazırlaşan müğənninin sevgilisi AİLƏLİ ÇIXDI 

4 Avqust 2017 11:43

İllərdir sevgidən uzaq düşən və verdiyi bir müsahibədə "Artıq ailə qurmaq istəyirəm" deyən 42 yaşlı gözəl müğənni Ziynet Salinin həvəsi qursağında qalacaq kimi görünür. Bu yaxınlarda bir alış-veriş mərkəzində qaradərili oğlanla öpüşərkən görüntülənən xanım sənətçinin sevgilisinin Antony Marşall olduğu ortaya çıxıb. Ancaq Marşalla evlilik xəyalı quran Salinin sevgilisi evli çıxıb. Üstəlik, iki uşağı da var.

Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

4 Avqust 2017 11:39

Rusiya prezidenti Vladimir Putin bildirib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ düşünəcək. Bu barədə Rusilya lideri Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakinlərindən birinin bununla bağlı xahişinə cavab olaraq bildirib. 

Sarkozi Qatar fondlarından pul almaqda ittiham olunur

4 Avqust 2017 11:37

Fransada prokurorluq Qatar fondlarından pul almaqda şübhəli bilinən sabiq prezident Nikola Sarkozi haqqında təhqiqata başlayıb. 62 yaşlı siyasətçi pul müqabilində 2022-ci il futbol üzrə dünya kubokunun ev sahibliyi hüququnun Qatara verilməsinə kömək edib. Bundan başqa, N.Sarkozi Fransanın "Veoliai" şirkətində pay sahibi olmaq istəyən "Qatari Diar" şirkətinə də yardımçı olub.

Türkiyə və Qətər ordusu birgə HƏRƏKƏTƏ KEÇİR

4 Avqust 2017 11:28

Türkiyə bu dəfə Qətərə hərbi yardım göstərmək məqsədilə dəniz donanması göndərib. İki ölkə birlikdə 6-7 avqust tarixlərində ortaq sınaqlar həyata keçirəcək. Bu barədə Qətərin Müdafiə Nazirliyindən məlumat verilib.

ABŞ Suriyada yeni təşkilat yaratdı

4 Avqust 2017 11:26

Amerika Birləşmiş Ştatları PYD terror təşkilatının üzvlərinin də iştirak etdiyi “Rakka Daxili Təhlükəsizlik Qüvvələri” adlı yeni təşkilat qurub. Bu təşkilat Suriyanın Rakka şəhərində daimi olaraq yerləşdiriləcək. İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə qurulan koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon təşkilatın Rakka şəhərinin təhlükəsizliyi məqsədilə qurulduğunu bəyan edib.

Xəstəxanada BİABIRÇI OLAY: hamilə qadını... - ANBAAN VİDEO

4 Avqust 2017 10:33

Çilidə fəaliyyət göstərən xəstəxanalardan birində yaşanan olay mediada geniş müzakirələrə yol açıb. Çili respublikasının dövlət xəstəxanalarından birində iki işçi arasında yaranan münaqişə təhlükəsizlik kameralarına düşüb.

Polislərə silahlı hücum

4 Avqust 2017 09:56

Misirin cənubunda yerləşən  El-Uksur şəhərində xidmət edən polislər çüvhəli şəxslər tərəfindən  hədəf alındı. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki,  silahlı hücum  zamanı  iki  nəfər həlak olub. Misir Daxili İşlər Nazirliyinin rəsmilərinin  məlumatına görə, Esna mahalında xidmət edən  polis şübhəli avtomobili saxlamaq istəyib.