"Dubay məşəli"ndə güclü yanğın: 18 mərtəbə yandı - VİDEO - FOTO

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən hündür yaşayış binalarından biri sayılan "Torch Tower" ("Dubay məşəli") alovlanıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, hündürlüyü 337 metr olan 79 mərtəbəli binadakı güclü yanğın nəticəsində ölən və ya yaralanan yoxdur.

İlkin məlumatlara görə, yanğın 9-cu mərtəbədə başlanıb. Alovlar qısa müddətdə 18 mərtəbəyə yayıldı.

Bütün sakinlər təlxiyə olunub, yerli vaxtla 04.00 radələrində yanğın söndürülüb.

Dubayın "Dubai Marina" səmtində yerləşən "Torch Tower"də 2015-ci ildə də güclü yanğın olmuşdu.

2011-ci ildə inşa olunmuş bu binada 676 apartament var.

 

Videoları izləmək üçün şəkillərə klikləyin:

В Дубае горит один из высочайших небоскребов мира -2

В Дубае горит один из высочайших небоскребов мира

В Дубае горит один из высочайших небоскребов мира -3

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31