Dünya

Keçmiş  prezidentin adı RÜŞVƏT QALMAQALINDA

4 Avqust 2017 09:41

 Fransanın sabiq prezidenti Nikolya Sarkozi FİFA-nın korrupsiya ilə bağlı aparılan istintaqına cəlb olunacaq. İstintaq Qətərin 2022-ci ildə dünya çempionatının keçirilməsi üçün müraciətinin qalib olması ilə bağlıdır. İstintaqı aparan təhqiqatçılar materiallarla tanış olarkən Fransanın sabiq prezidenti Nikolya Sarkozinin də müəyyən qarşılıq müqabilində bu işdə əli olduğundan şübhələniblər.

Məşhur göydələndə YANĞIN

4 Avqust 2017 08:16

 Dubayda yerləşən  və  dünyanın ən yüksək qülləsi olan 87 mərtəbəli Torch qülləsində yanğın qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, sosial mediada yanğınla bağlı paylaşılan görüntülərdən  bəlli olur ki,  alov bütünlüklə  göydələni əhatə edib. Dubay rəsmiləri yanğınla bağlı açıqlamalarında göydələndəki insanların uğurla evakuasiya edildiyini bildiriblər. Yanğının yaranma səbəbi bilinmir.

Əfqanıstanda TERROR

4 Avqust 2017 08:03

“iPhone 8” modelində “ağıllı” kamera quraşdırılacaq

3 Avqust 2017 20:03

Proqram tərtibatçısı Gelerme Rembo "iPhone 8" smartfonunun kamerası barədə yeni məlumatlar təqdim edib. 

Gözlər üçün zərərsiz kontakt linzaları yaradılıb

3 Avqust 2017 19:55

Almaniyanın Münhen Texniki Universitetinin alimlər qrupu donuz bağırsaqlarının selikli qişasından mukoprotidlər (mutsinlər) əsasında insan gözü üçün zərərsiz kontakt linzaları yaradıblar. 

Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq

3 Avqust 2017 19:49

Hər il smartfon istehsalçıları üçün kameranın işini təkmilləşdirmək müşkül məsələdir. Bu səbəbdən “Google” kimi nəhəng şirkətlər kompüter təliminin imkanlarından yararlanır. Sonuncu ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib.

“Windows 10” sistemində gözlərin köməyi ilə kompüteri idarə etmək mümkün olacaq

3 Avqust 2017 19:43

"Windows 10" əməliyyat sistemində tətbiq ediləcək "Eye Control" funksiyası onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edəcək. "Windows Insiders" proqramının iştirakçıları artıq yeniliyi sınaqdan keçirə bilərlər. Yeni funksiya rəsmən bu ilin payızında "Windows 10 Creators Update" ilə birgə əlçatan olacaq.

Süni intellekt antiviruslar üçün görünməz viruslar yaradıb

3 Avqust 2017 19:39

"DEF CON" haker konfransında çıxış edən "Endgame" şirkətinin eksperti Hiram Anderson kompüter təlimi sistemi tərəfindən zərərverici proqram təminatının yaradılmasını nümayiş etdirib.

“Skype”da texniki qüsurlar qeydə alınıb

3 Avqust 2017 19:14

“Skype” proqramının işində bu gün qüsurlar qeydə alınıb. Qüsurlarla əsasən Şimali Amerika və Avropadakı istifadəçilər üzləşib. Onlar ismarıclar göndərə bilmədiklərini və zəng xidmətindən istifadə edə bilmədiklərini deyiblər. “Microsoft” şirkəti şikayətlərə cavab olaraq, qüsurların qısa müddətdə aradan qaldırılacağını bildirib. Hazırda qüsurların baş vermə səbəbləri araşdırılır.

Dünyada korların sayı 3 dəfə arta bilər – XƏBƏRDARLIQ

3 Avqust 2017 19:04

Növbəti onilliklərdə dünyada korluqdan əziyyət çəkənlərin səviyyəsi indiki ilə müqayisədə 3 dəfə artacaq. 

Kiberfırıldaqçılıqla mübarizə üzrə qlobal layihə potensial qurbanlara kömək edir

3 Avqust 2017 18:50

"Kasperski laboratoriyası", "McAfee", Avropol və Niderland polisi "No More Ransom" beynəlxalq təşəbbüsünün fəaliyyətinin ilk ilinin yekunlarını açıqlayaraq fırıldaqçı virus proqramlarla mübarizə üzrə layihənin zərərli proqram təminatlarının yoluxdurduğu 28 min qurğunu aşkarlamağa kömək etdiyini bəyan edib. Ödənişdə qənaət edilən pulun məbləği 8 milyon avro təşkil edib.    

Qarşıdakı 40 il ərzində hamı kor olacaq

3 Avqust 2017 18:40

İngiltərənin məşhur "Lancet Global Health" jurnalında yayımlanan məqalə mediada geniş müzakirələrə səbəb olub. Yazıda gələcək 40 ildə insanların sürətlə görmə qabiliyyətini itirəcəyi iddia edilib.

Səmadan 2 milyon dollar töküldü

3 Avqust 2017 18:35

Cənubi Afrikada bir qrup silahlı şəxs pul daşıyan avtomobili təqib edərək kassaları oğurlayıb. Cinayətkarlar kassaları aça bilmədikləri üçün partlatmağa qərar veriblər. Partlayışın şiddətilə kassaların bəzi parçaları göyə qalxaraq ağacların budaqlarına ilişib. İçindəki pullar isə göydən yağış kimi səpələnib. Təxminən 2 milyon dollar pul oğurlayan oğrular daha sonra polis tərəfindən həbs ediliblər. 

İran Ermənistanla yeni gömrük müqaviləsini ratifikasiya etdi

3 Avqust 2017 18:32

İran və Ermənistan arasında Gömrük Əməkdaşlıq müqaviləsi İran Parlamenti tərəfindən təsdiq edilib.