Dünya

Futboçudan boşandı, müğənni ilə sevgili oldu

3 Avqust 2017 18:30

Asena Atalay müğənni Tan Taşçı ilə Bodrumda görüntülənib. Cütlüyün narahat halları diqqətdən qaçmayıb. Asenanın Instagram-dan da təqib etdiyi Tan Taşçının bir paylaşımının altına qırmızı ürək emojisi qoyması da yeni eşq dedi-qodularını artırıb.

Çağataydan yeni serialı ilə bağlı açıqlama

3 Avqust 2017 18:14

Aktyor Çağatay Ulusoyun çəkiləcəyi yeni serialla bağlı problemlər yaranıb. Ticarət mərkəzlərindən birində görünən aktyorun "İçerde"dən sonra saçının çoxaldığı diqqət çəkib. Serial haqda danışan Çağatay "Hələ dəqiqləşmiş bir layihə yoxdur" deyib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hekləndi: Bütün gizli məlumatlar üzə çıxdı

3 Avqust 2017 18:11

Beynəlxalq VikiLiks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) aid “Kassa dairəsi 7” sənədləri çərçivəsində ifşalar etməyə davam edir. Sayt son olaraq MKİ-nin kompüterlərdəki kamera və mikrofonlara nəzarət edən “Dumbo” proqramı haqqında məlumatları yayımlayıb. Sözügedən proqram kompüterlərdəki mikrofon və kameraları izləyir, lazım olanda isə görüntüləri silərək dəlilləri yox edə bilir. 

Rusiyalıların 83,5%-i Putinin fəaliyyətini bəyənir

3 Avqust 2017 17:49

Rusiya prezidentinin fəaliyyəti ölkə əhalisinin 83,5%-i tərəfindən bəyənilir. Baş nazir Dmitri Medvedev haqqında eyni fikri rəyi soruşulanların yalnız 52,4%-i bölüşür.

Avropada terakt törətmək üçün hazırlanan İŞİD-çilərin siyahısı tapıldı

3 Avqust 2017 17:48

İraqda Avropa ərazisində terror aktları törətməyə hazır olan İŞİD üzvlərinin siyahısı aşkar edilib. 173 terrorçunun siyahısında Avropa İttifaqı ölkələrinin də bir neçə vətəndaşı var. Siyahıya terrorçuların fotoları və doğulduqları yer haqqında məlumatlar əlavə olunub.

Rusiya dünya çempionatının ev sahibliyindən məhrum oluna bilər

3 Avqust 2017 17:18

Bir qrup amerikalı senator FİFA-ya müraciət edərək 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün obyektlərin tikintisindəki əmək şəraitinin araşdırılmasını istəyib.

Müəllim əri ölən qadın həmkarına gecə elə mesajlar yazdı ki...

3 Avqust 2017 17:11

Türkiyənin Manisa şəhərinin Yunusemre mahalında 24 yaşlı orta məktəb müəllimi  Ö.A. haqqında qadın həmkarı 45 yaşlı A.S.U.-ya mobil telefonu ilə intim xarakterli mesajı yazdığı iddiası ilə istintaq başladılıb.

Görünməmiş qəza - Təyyarə iki nəfəri vurdu

3 Avqust 2017 16:42

Portuqaliyanın Kosta-de-Kaprika çimərliyində yüngülmühərrikli təyyarənin məcburi eniş etməsi faciə ilə nəticələnib. Eniş zamanı təyyarə çimərlikdə olan 56 yaşlı şəxs və onun 8 yaşlı qızını vurub. Hadisə nəticəsində onlar həlak olub.

İtaliya gəmilərini vurmaq əmri verildi

3 Avqust 2017 15:54

İtaliya əsgərlərinin hava və dənizdən desant qoşunları göndərmək əmrinə Liviyadan cavab gəlib. Liviya hökuməti İtaliya donanmasına aid gəmilərin vurulması təlimatını verib. İtaliyanın insan qaçaqçılarıyla mübarizə və köç axınına nəzarət etmək üçün Liviya sularına yeritdiyi desantlar rəsmi Tripolinin hiddətinə səbəb olub. Prezident Paulo Gentiloni Liviya Milli Hökumətinin Nazirlik Şurasının İtaliyadan insan qaçaqçıları ilə mübarizə məqsədilə dənizdən yardım dəstəyi istədiyini açıqlamışdı.

Keçmiş nazirin qızı intihar etdi

3 Avqust 2017 15:52

Türkiyənin keçmiş  Sənaye və Ticarət naziri Ayhan Çilingiroğlunun qızı intihar edib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Ayhan Çilingiroğlunun qızı beş ulduzlu bir otelin 19-cu mərtəbəsindən ataraq intihar edib. Ümit Makbule Çilingiroğlunun cəsədini görən otel işçiləri dərhal təcili yardıma və polisə xəbər veriblər. Psixoloji problemlerinin olduğu bildirilən Çilingiroğlunun intihar səbəbi araşdırılır.

Moskvadakı “erməni yuvası”nda mənzillənmiş Yevseyevin burnuna Qarabağdan müharibə iyi gəlir

3 Avqust 2017 15:53

Rusiyadakı MDB İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevin burnuna Qarabağdan müharibə iyi dəyir.

Gürcüstan hakimiyyətinin boz kardinalı: “ABŞ Saakaşvilidən ikinci Fətullah Gülən düzəltmək istəyir”

3 Avqust 2017 15:48

“Saakaşvilidən biz Gürcüstan modeli Gülən əldə edə bilərik, lakin Güləndən fərqli olaraq, o fəaldır və dəqiq sakitləşməyəcək”, - virtualaz.org “Qruziya-Onlayn” nəşrinə istinadən xəbər verir ki, bunu gürcüstanlı jurnalistlərə müsahibəsində Mixail Saakaşvilinin ABŞ vətəndaşlığı ala bilmə ehtimalını şərh edərkən Gürcüstan hakimiyyətinin boz kardinallarından biri Giya Xuxuaşvili deyib.

"Çocuklar duymasın"a şok cəza

3 Avqust 2017 15:44

İstanbul Baş Prokurorluğu "Kanal D"də yayımlanan "Çocuklar duymasın" haqqında araşdırmalara başladıqdan sonra seriala daha bir zərbə də Türkiyə Radio və Televiziya (RTÜK) qurumundan gəlib. 

Təyyarə çimərlikdə istirahət edən insanları əzdi

3 Avqust 2017 15:12

Portuqaliyanın paytaxtı Lissabon şəhərində təyyarə qəzası baş verib. Kiçik sərnişin təyyarəsi çimərlikdə qətliam törədib. İki sərnişini olan təyyarədəkilərin burnu qanamasa da, çimərlikdə günəş vannası qəbul edən iki nəfər həlak olub.

Rusiya suriyalı müxaliflərlə razılaşdı

3 Avqust 2017 15:00

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Xüms şəhərində yeni bir gərginliyin qarşısını almaq üçün müxaliflərlə ortaq razılaşmaya gəldiklərini açıqlayıb. Bu barədə nazirliyin sözçüsü İqor Konaşenkov məlumat verib.