Dünya

Aparıcının xəyanət etdiyi xanımı: "Zamana ehtiyacım var"

3 Avqust 2017 14:54

Yaxtada başqa bir qadınla öpüşərkən şəkli çəkilmiş aparıcı Murad Başoğlunun xanımı açıqlama verib. Aparıcıdan boşanacağı deyilən 14 illik həyat yoldaşıHande Bermek məsələ ilə bağlı ətraflı danışmaq istəmədiyini deyib: "Sadəcə, bir insan deyil, bir həyat yoldaşı, ən əsası bir ana olaraq başıma gələn bu sınaq müddətini sevgiylə qucaqlayaraq dəyərləndirirəm. Bu məsələyə cavab verməyim üçün zamana ehtiyacım var". 

İnəklər üçün nazirlik qurulacaq

3 Avqust 2017 14:48

Hindistan hökuməti ölkədə inəklər üçün xüsusi bir nazirlik qurulacağını açıqlayıb. Bu barədə Bharatiya Janata Partiyasının (BJP) sədri Amid Şah açıqlama verib. İqtidarda səlahiyyəti olan BJP sədri uzun müddətdir ki, inəklər üçün nazirliyin yaradılmasını istəyirdi. O, bu mövzuda çox sayda müraciət və tövsiyə məktubları aldığını deyib.

İldırım vurdu, ölümdən son anda qurtuldu - VİDEO

3 Avqust 2017 14:47

ABŞ-ın Florida ştatındakı hava limanlarından birində qorxulu anlar yaşanıb. İldırım əvvəlcə təyyarənin quyruğuna daha sonra təyyarənin yanında dayanan işçisinin üzərinə düşüb. İldrım vurmasının ardından yerə yıxılan Oustin Dan bir müddət huşsuz vəziyyətdə qalıb. İş yoldaşları tərəfindən xəstəxanaya yerləşdirilən Oustinin üçüncü dərəcəli yanıq xəsarətləri aldığı bildirilib. Həmin dəhşətli hadisə anbaan kameralara düşüb. 

Dəhşət: ayı onunla zarafat edən adamı qəfəsinə salaraq parçaladı- VİDEO 18+

3 Avqust 2017 14:28

Taylanddakı məbədlərdən birində turistin ayı ilə "zarafat" istəyi faciə ilə bitib.  Olay Taylandın Phetçabun vilayətindəki zooparkda yaşanıb. 36 yaşlı Nayfum Promratee məbədin həyətində yerləşən, ayı saxlanan volyerə yaxınlaşıb.

173 canlı bomba axtarışda – İnterpol açıqladı

3 Avqust 2017 14:16

İnterpolun Avropa təhlükəsizlik təşkilatlarına IŞİD terror qruplaşmasının üzvü olan 173 canlı bombanın siyahısını göndərib. “Olaylar” “Sozcu” – yə istinadən bildirir ki, qeyd olunan  siyahıda altı Avropa vətəndaşı var. Siyahıdakı 132 nəfərin İraq, Şimali Afrika, Körfəz ölkleri, Tacikistan və Bangladeşdən olduğu bildirilir. Siyahıda altı Avropa-  Almaniya, Belçika, Fransa, Hollandiya və Bosniya və Hersoqovina vətəndaşlarının olduğu bildirilir.

Ölən dilənçinin evindən xəzinə çıxdı

3 Avqust 2017 14:12

İraqın paytaxtı Bağdadın cənubundakı Nəcəf şəhərində dünyasını dəyişən bir dilənçinin evində 72 milyon 322 min İraq dinarı və zinət əşyaları aşkar edilib. Polis hadisə ilə bağlı aldığı məlumat əsasında adamın evində apardığı araşdırmalar nəticəsində milyonlarla İraq dinarı, valyuta və daş-qaşların olduğu torbalar tapıb.

ABŞ-ın Türkiyəyə qarşı gizli əməliyyatı: 4 XAİN TƏLƏB

3 Avqust 2017 13:44

Suriyada müxaliflərə verdiyi silah dəstəyini kəsən ABŞ geri topladığı silahları PKK\PYD terror təşkilatına göndərir. Silahları geri verməyən müxalif qruplar bombalanmaqla təhdid edilir. Amerika müxalif qüvvələrdən zorla aldığı silahları İordaniyaya keçirir. İordaniyanın şimalında yerləşən ABŞ hərbi bazasından Qamışlı bölgəsinə göndərilən raket rampları və piyada topları, həmçinin, avtomat silahlar Hasekidəki PYD terror təşkilatına təslim edilir.

12 məhbus həbsxanadan qaçdı

3 Avqust 2017 13:43

Amerikanın Alabama ştatında keşikçinin fikrini yayındıran məhbuslar həbsxanadan qaçıblar. Yerfındığı yağının köməyi ilə çıxış qapısının nömrəsini dəyişən məhbuslar növbəni yeni təhvil alan keşikçidən kameranın qapısını açmasını istəyiblər. Yanlışlıqla ümumi qapının kilidini açan keşikçi 12 məhbusun qaşmasına səbəb olub. Məhbuslar tikanlı məftillərlə hörülmüş divardan keçmək üçün yorğanlardan istifadə ediblər.

ABŞ-dan Türkiyəyə MÜHARİBƏ XƏBƏRDARLIĞI: əks təqdirdə...

3 Avqust 2017 13:42

ABŞ Türkiyəyə xəbərdarlıq edir, əks təqdirdə müharibə başlaya bilər. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Mixael Ratney müxaliflərin əlində olan İdlibin “Əl-Nusra”nın nəzarətinə keçə biləcəyi haqda danışıb. “İdlibdə Nusra cəbhəsi hakimiyyət qurarsa, ABŞ hərbi müdaxilə edəcək. Nusra cəbhəsinin bütün üzvləri “Əl-Qaidə” döyüşçüləridir. Onlar adlarını dəyişdirsələr də, ABŞ-ın hədəfində qalacaqlar”, - deyə o bildirib. 

İranın XİN müavini Moskvadan Ankaraya gəldi

3 Avqust 2017 13:40

İran xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavini Hüseyn Cabir Ənsari Ankaraya səfər edib.  Türkiyəyə birbaşa Moskvadan yola düşüb.

Almaniyada barda YANĞIN - Xəsarət alanlar var

3 Avqust 2017 13:39

Almaniyanın Hessen federal torpağında barda yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

3 Avqust 2017 13:15

İraq Silahlı Qüvvələri Mosuldan qərbdə yerləşən Təll-Əfrir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb.  Federal hökumət qüvvələrinin komandirlərinin bəyanatına əsasən, Təll-Əfrir rayonunda təxminən 18 kənd azad edilib.

Ermənistan Ordusunda işgəncə FAKTLARI - Əsgər valideynləri hədələnir

3 Avqust 2017 13:13

Ermənistan ordusunda qeydə alınan sayca ən çox hadisələrdən biri də hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayət hallarıdır. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur.

Putin qonşu ölkəyə 100 minlik ORDU YERİDİR: müharibəyə doğru NÖVBƏTİ HƏMLƏ

3 Avqust 2017 13:08

Rusiya Belarusla birlikdə 100 min əsgərin iştirak edəcəyi hərbi təlimlərə hazırlaşır. Yayın sonunda başlayacaq təlimlər bir neçə ay davam edəcək. Təlimlər Rusiya-ABŞ qarşıdurması və NATO-nun Şərqi Avropada rus sərhədlərinə qədər gələrək, bölgəyə hərbi kontingentlər toplaması fonunda diqqət çəkir. Təlimin adı da əslində Kremlin hədəfini aydın göstərir: “Zapad”. Bu, rus dilində “Qərb” deməkdir. Hesab etmək olar ki, Rusiya Belarusda – Şərqi Avropaya qoşun çıxaran NATO ilə üzbəüz bölgədə 100 minlik hərbi təlim keçirməklə, öz mövqeyini açıq şəkildə ifadə edir.