Dünya

Faylların sürətli və təhlükəsiz mübadiləsi üçün yeni xidmət təqdim olunub

4 Avqust 2017 19:40

“Mozilla” faylların sürətli və təhlükəsiz mübadiləsi üçün “Firefox Send” adlı yeni xidmətini təqdim edib.

Virtual reallıq kaskasına qoşulan kompüterli çanta təqdim olunub

4 Avqust 2017 19:35

“HP” şirkəti virtual reallıq kaskasına qoşulmaq üçün kompüterli çanta təqdim edib.

Mobil “Skype” vasitəsi ilə “PayPal” üzərindən pul göndərmək artıq mümkündür

4 Avqust 2017 19:30

"Skype" komandası "PayPal" ödəmə sistemi ilə razılığa gələrək "iOS" və "Android" mobil əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün mobil proqramda pul göndərmək funksiyasını işə salıb.

Xanımların diqqətinə: Güzgü depressiya mənbəyidir

4 Avqust 2017 19:25

Alimlərə görə, qadınların xarici görünüşləri ucbatından əziyyət çəkmələrinin, tez-tez depressiyaya düşmələrinin səbəbkarı məhz güzgüdür.

Diqqət: Gələcək xoşbəxtliyiniz seçdiyiniz peşədən çox asılıdır

4 Avqust 2017 19:20

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, insanın xoşbəxtliyi onun peşə seçimi ilə bilavasitə bağlıdır. İngiltərənin Milli Statistika İnstitutunun keçirdiyi sorğunun nəticələri əkinçilərin, meşə təsərrüfatı işçilərinin və balıqçıların ən xoşbəxt insanlar olduqlarını ortaya çıxarıb.

Şokolad yemək üçün doqquz səbəb!

4 Avqust 2017 19:15

Şokolad - ən vazkeçilməz şirniyyat növlərindən biridir. Bu şirin möcüzənin tarixi bizim eradan əvvəllə dayanır.

Nadir yosun tapılıb

4 Avqust 2017 19:10

ABŞ-da dinozavrlar dövründən qalma canlı bitki müəyyən edilib. Anadolu agentliyi xəbər verir ki, ABŞ-ın Drexel Universitetinin bitki tədqiqatçısı Riçard Mccourt dinozavrlar dövründən qalma canlı "Lychnothamnus barbatus" adlı yosuna rast gəldiyini açıqlayıb.

Yaponiyada kamerasız insanın hərəkətlərini qeydə alan futbolka yaradıblar

4 Avqust 2017 18:50

Yaponiyada Tokio Universitetinin startapı olan “Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik çoxsaylı sensorla təchiz edilmiş futbolka ixtira edilib.

Ermənistanda vəziyyət: daxildə böhran, xarici siyasətdə iflas

4 Avqust 2017 18:43

Son zamanlar erməni KİV-i əcaib məntiqlə rəsmi İrəvanın yeritdiyi siyasəti izah etməyə çalışır. Əsasən Azərbaycanla bağlı məsələləri qabartmağa cəhdlər edilir. Onlar bir tərəfdən Azərbaycan Ordusunun endirdiyi güclü cavab zərbələri haqqında yanlış informasiyalar yayır, digər tərəfdən isə Kremli Bakıya yeni silah satmaqda ittiham etməyə çalışırlar.

Daha bir müğənninin sevgilisi evli çıxdı

4 Avqust 2017 18:40

Müğənni Ziynet Sali bir müddətdir ki Antoni Marşal adlı qaradərili bir aranjimançı ilə sevgilidir. 42 yaşlı Ziynet son zamanlar artıq ərə gedib ailə sahibi olmaq istədiyini demişdi. 

İŞİD sivillərə zorakılıq tətbiq edir

4 Avqust 2017 18:31

Suriyanın Deyr Əz-Zor şəhərində Suriya ordusunun apardığı əməliyyatlar qarşısında çətin vəziyyət düşən İŞİD militanları sivil xalqı müharibəyə cəlb edir. Bu barədə broşuralar paylayan təşkilat 20-30 yaşlı kişilərin nəzarət məntəqələrinə gəlməsini tələb edib. Beləliklə də, İŞİD əməliyyatlarda itirdiyi döyüşçülərinin yerini sivil vətəndaşlar sayəsində doldurmaq istəyir.

Moskva məhkəməsi erməniyə görə NTV kanalına 300 min cərimə yazdı

4 Avqust 2017 18:27

NTV telekanalı Moskva Arbitraj Məhkəməsinin qərarı ilə erməni aktyor Armen Ciqarxanyana görə 300 min rubl cərimə olunub. Aktyor RİA Novostiyə aid məlumatları qeyri-qanuni yaydığı üçün cəzalandırılıb. Məbləğin 200 min rublunu kanal, qalan 100 minini isə aktyor özü ödəməlidir.

ABŞ-dan ETİRAF: İŞİD-ə qarşı zərbələrdə 624 dinc sakin ölüb

4 Avqust 2017 18:20

2014-cü ilin avqust ayından başlayaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub. 

İki gəncin faciəvi ölümünü dostları kameraya çəkdi - VİDEO

4 Avqust 2017 18:14

Hindistanda şəlalədən atlayan içkili iki gənc həyatını itirib. 26 yaşlı Imran Qandi və 21 yaşlı Pratap Rathodun atladığı anlar başqa yoldaşları tərəfindən anbaan kameraya çəkilib.