Xanımların diqqətinə: Güzgü depressiya mənbəyidir
Alimlərə görə, qadınların xarici görünüşləri ucbatından əziyyət çəkmələrinin, tez-tez depressiyaya düşmələrinin səbəbkarı məhz güzgüdür.
4 Avqust 2017 19:25 DünyaAlimlərə görə, qadınların xarici görünüşləri ucbatından əziyyət çəkmələrinin, tez-tez depressiyaya düşmələrinin səbəbkarı məhz güzgüdür.
Tədqiqatlar göstərib ki, hətta görünüşündən razı adamlar belə on dəqiqədən artıq güzgüyə baxanda onlarda narahatlıq və depressiya yaranır. Ən doğru yol isə güzgüyə bir dəqiqədən artıq baxmamaqdır. Könüllülər üzərində tədqiqatlar aparan alimlər bu qənaətə gəlmişlər ki, insan öz görünüşünü nə qədər yüksək qiymətləndirsə də, güzgüyə çox baxmaq onda istər-istəməz özündən narazılıq yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31