Dünya

Uşaqlarla intim münasibətə meyil edənlərlə bağlı İLGİNC ADDIM

5 Avqust 2017 15:51

“Pedofiliya” yunan dilindən tərcümədə “uşaqlara sevgi” kimi tərcümə edilir. Bu xəstəlikdən əziyyət çəkən insanlar azyaşlı uşaqlara qarşı şəhvət hissləri bəsləyir, onlarla cinsi münasibətə girmək arzusu ilə yaşayırlar. Əsrlər boyu insanlar bu tükürpədən xəstəliyin daşıyıcılarilə mübarizə aparmağa cəhd etsələr də, onların sayı günbəgün artır.

“O Səs Türkiyə”dən AYRILDI 

5 Avqust 2017 15:44

Sibel Can “O Səs Türkiyə” mahnı müsabiqəsində münsiflikdən ayrılıb. "Olaylar" "Huriyyet" - ə istinadən bildirir ki, keçən il Sibel Can, Hadisə, Murad Boz, Gökhan və Hakan qardaşların jüri üzvü olduğu “O Səs Türkiyə” mahnı müsabiqəsi bu il tam başqa heyətlə qarşımıza çıxacaq. Məlum olub ki, Sibel Can illər sonra “Sevdanın bahçeleri” adlı serialda çəkilməyə hazırlaşır. Bu səbəbdən də müsabiqədə iştirakını davam etdirə bilməyəcək.

ABŞ-dan hospitala fosforlu bombardman

5 Avqust 2017 15:40

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Rakka şəhərində yerləşən hospitala fosfor bombaları ilə aviazərbələr vurub. Bu haqda “Qızıl Aypara” Cəmiyyətinin yerli bölməsinin başçının müavini Dina əl-Əsədə istinadən Suriyanın SANA agentliyi bildirib. Məlumata görə, hospitala 20-dən çox mərmi atılıb. Onun sözlərinə görə, binada İŞİD terrorçuları yox idi. “Qızıl Aypara”nın nümayəndəsi qeyd edib ki, hospital şəhərdə təxminən 100 min insana xidmət edir.

Tanınmış müğənni Bodrumda 2,5 milyon avroya villa aldı

5 Avqust 2017 12:29

Ajda Pekkan Bodrumda 2,5 milyon avroya möhtəşəm villa alıb. Ajda Pekkan Bodrumdan dörd il əvvəl 1,2 milyon avroya aldığı villasını sataraq yenisini alıb. Yeni villa Bodrum şəhər mərkəzindən 20 kilometr məsafədə yerləşir. Şam ağaclarıyla əhatəli olan lüks villanın sahəsi 1300 kvadrat metrdir, 6 otağı, 2 zalı, hovuzu və spası var.

Yəhudilərin gücünün qaynağı ORTAYA ÇIXDI - İNANILMAZ MƏQAMLAR

5 Avqust 2017 12:20

Yəhudilər əsrlər boyu dəfələrlə məruz qaldıqları haqsızlıqlar, kütləvi qətliamlar və qırğınlara baxmayaraq dünyanın ən müdrik və güclü milləti hesab edilir. Onlar haqda hələ də minlərlə əfsanələr, lətifələr dolaşır. Hesab olunur ki, bu xalq daim rastlaşdığı çətin vəziyyəti öz xeyirinə həll edib, sonunda qalib olmağı bacarır. Bu bacarıq isə birdən-birə formalaşmır. Yəhudilərin malik olduqları məqsədyönlük, təmkin, zəhmətkeşlik və elmə böyük maraq onlara uşaqlıqdan aşılanır. Odur ki, yəhudilərin uğurunun sirrini çözmək üçün onların tərbiyə üsullarını öyrəmək lazımdır.

Erotik səhnələri ilə reytinqləri qıran “Fi” serialından BÖYÜK ŞOK

5 Avqust 2017 12:17

İzlənmə reytinqləri qıran “Fi” serialı yeni mövsümdə tamaşaçılara böyük şok yaşadacaq. Yeni mövümdə Serenay Sarıkaya serialın təkcə 4 bölümündə yer alacaq. Gözəl aktrisanın seriala necə vida edəcəyi də indidən bəllidir. Yeri gəlmişkən, baş rol ifaçılarından Ozan Güvən yeni seriaların sentyabrın ilk həftəsindən yayımlanmağa başlayacağını açıqlayıb.

Filippində zəlzələ

5 Avqust 2017 12:15

 Filippinin cənubunda, Mindanao adası yaxınlığında 6.0 bal gücündə zəlzələ baş verib. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki,  yeraltı təkanların episentri Santos şəhərindən 22,5 km aralıda, ocağı isə 80 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Antidepressantlar haqqında dəhşətli faktlar

5 Avqust 2017 12:11

BBC-nin apardığı araşdırmalara görə, antidepressantlar son 30 ildə 28 cinayətə səbəb olub. Tədqiqatın nəticələrinə görə 2016-ci ildə 40 milyona yaxın SSRI adlı antidepressant resepti yazılıb. Bu dərmanlar beyindəki kimyəvi seratonin fermentini yüksəldir. Antidepressant qəbulunun zərərli olmadığı deyilsə də, istifadə edənlərin çoxunda  zorakılığa meyl olduğu aşkarlanıb. “Imperial College” Londonda professor işləyən Piter Tyrer bildirib ki, antidepressant nadirən də olsa insana əks təsir göstərir.  Bu təsir insanın olduğu  mühitə görə dəyişir. Antidepressant  istehsal edən dünya şöhrətli dərman firması Pfizer SSRI adlı antidepressantlar ilə aqressiv hərəkətlər və şiddətə meyl arasında güclü  əlaqə olduğunu dilə gətirdi.

Yeni doğulan körpəyə morfi vurdu: “Çox ağlayırdı…”

5 Avqust 2017 09:50

Xəstəxanada baş verən hadisə dünya mediasını dəhşətə gətirib.  İtaliyanın Verona şəhərindəki xəstəxanalardan birində tibb bacısı yeni doğulan körpəyə heç bir tibbi əsas olmadan və reseptsiz şəkildə morfi vurub. Polislər tərəfindən saxlanılan tibb bacısı bunu uşağı sakitləşdirmək üçün etdiyini deyib: “Çox ağlayırdı, susdurmaq üçün etdim”.

Somalidə  partlayış

5 Avqust 2017 09:44

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Şəhərdə minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Xakerlikdə ittiham edilən  gənc həbs olundu

5 Avqust 2017 09:37

May ayında ortaya çıxan Vanna kray (WannaCry) virusu İngiltərədəki səhiyyə sistemindən başlayaraq bir çox dövlət və özəl sektorların gizli məlumatlarını ələ keçirərək ölkəyə ciddi zərər vurmuşdu. Federal Tədqiqatlar Bürosu (FBİ) virusu dayandıran gənci saxlayıb.  23 yaşlı təhlükəsizlik mütəxəssisi Mark Hatxins "Defcon" və "Blackhat" təhlükəsizlik konfranslarında iştirak etmək üçün Las-Veqasa gedərkən saxlanılıb. Virusu dayandıracaq tətbiqi hazırlayan Mark daha sonra İngiltərədə Milli Kiber Təhlükəsizlik Mərkəzi ilə işləməyə başlayıb. Faktla bağlı heç bir şərh verilməyib.

“Youtube” terrorizmlə mübarizə üçün kompüter təlimindən istifadəyə başlayıb

4 Avqust 2017 20:02

“YouTube” servisi terror xarakterli kontentin aşkarlanması və ləğvi üçün kompüter təlimindən istifadəyə başlayıb. Bu barədə servisin rəsmi bloqunda deyilir.

Günəş batareyası ilə təchiz edilmiş günəşdən qoruyan eynəklər yaradılıb

4 Avqust 2017 19:56

Günəş batareyalarının populyarlığı ildən-ilə artır. Bina və avtomobillərin damları günəş batareyaları ilə örtülür, "ağıllı" saat və başqa aksesuarlara qurulur. Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edirlər ki, XXI əsrin ortalarında günəş enerjisi elektrik enerjisinin əsas mənbələrindən biri olacaq.

Bu şirkət dünyanın ən aparıcı telefon istehsalçılarının reytinqində yer alıb

4 Avqust 2017 19:50

“Xiaomi” şirkəti dünyada telefon istehsalçılarının siyahısında aparıcı yerlərdən birini tutub. Bu halda şirkət ABŞ-da öz telefonlarını satmır.

“Plastic OLED FullVision” ekranlı ilk smartfon hazırlanır

4 Avqust 2017 19:46

Cənubi Koreyanın “LG Electronics” şirkəti növbəti qabaqcıl “V30” smartfon modelinin “Plastic OLED FullVision” displeylə təchiz edilən dünyanın ilk qurğusu olacağını açıqlayıb.