Dünya
İranda silahlı insident - 10 hərbçi yaralanıb
Bu gün İranda hərbi hissədə atışma olub. Tehranın cənubunda Kəhrizax hərbi bazasında baş verən atışma nəticəsində 10 hərbçi yaralanıb.Yaralılar xəstəxanaya yerləşdirilib. Olayla bağlı əlavə məlumat verilmir.
Dubayda göydələnlərə qarşı təxribat: Daha biri yanır
Dubayda “Tiger Tower” göydələnində yanğın baş verib. Bu barədə Khaleej Times nəşri xəbər verir. Məlumata görə, yanğın güclü olmayıb.
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistanı da vuracaq
ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar təkcə bu ölkəyə deyil, həm də Ermənistana ünvanlanıb. Bu haqda “Amerikanın Səsi” radiosuna müsahibəsində Atlantika Şurasının analitiki Con Herbst bildirib. Herbst, Rusiya iqtisadiyyatında baş verəcək qaçılmaz böhranın eyni zamanda yeni sanksiyaların tətbiq edilməsini izləyəcəyini bildirməklə yanaşı, bu prosesin bilavasitə Ermənistan iqtisadiyyatına təsir edəcəyini qeyd edib. “Ermənistan, Qazaxıstan və Avrasiya İqtisadi Birliyinin digər üzvləri üçün mənfi nəticələrin öncədən düşünülməməsi mümkündür və bu üzücüdür.”
Sərnişin qatarı relsdən çıxdı
İtaliyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb. Şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə səbəb olub. Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasıyla nəticələnib.
Lavrov və Çavuşoğlu görüşdülər
Bir saat öncə Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, ASEAN forumu çərçivəsində S.Lavrov və M.Çavuşoğlu arasında keçirilən görüşdə Suriya böhranı və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.
İdman kompleksində atışma - Yaralılar var
40-a yaxın insan edam edildi
İŞİD və Taliban terror təşkilatları Əfqanıstanın Sari-Pul vilayətində 40-a yaxın adamı edam ediblər. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, bu barədə vilayət qubernatorunun nümayəndəsi Zabihulla Amani məlumat verib. Onun sözlərinə görə, edam Mirzə Olan rayonunda baş verib.
İŞİD-in bütün sirləri AÇILDI
Suriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, məxfi qanad “Əl Kharsa” adlanır. Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar. Əsir İŞİD -çi sərt təlimlərin 7 ay davam etdiyini açıqlayıb. Əsir götürülən terrorçu İŞİD sıralarında döyüşdüyü iki il müddət ərzində Almaniya, Fransa, Belçika və Britaniyadan olan 50-dək silahlının məxfi dəstədə təlimi müvəffəqiyyətlə bitirdiyinin şahidi olub.
Həccə gedənlər vergi verəcək -Adambaşına...
Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib. 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər. “Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib.
Məscidin önündə partlayış
ABŞ-ın Minneapolis şəhərində məscid qarşısında partlayış baş verib. "Olaylar" Rus mətbuatına istinadən bildirir ki, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib. Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, naməlum şəxs partlayıcı qurğunu məscidin həyətinə ataraq yük maşınıyla qaçıb.
Qeyri-qanuni nikahdan doğulan ZÖVQSÜZ MİLYONÇU
Hətta müasir texnologiyadan uzaq olan şəxslər belə Stiv Cobsu (Steve Jobs) yaxşı tanıyır. O, uzun müddət şəxsi həyatını ictimaiyyətdən gizli saxlasa da, sonralar rəsmi biqrafiyasının qələmə alınmasına razılıq vermişdi. Bəs Stiv Cobs kimdir? Publika.az Apple imperiyasının qurucusu haqda bilmədiyiniz ən maraqlı faktları sizinlə bölüşəcəyik. Çünki Cobsun həyatı da ixtiraları kimi maraqlı və əsrarəngizdir. Suriyalı tələbənin “istənməyən” oğlu
Saakaşvilinin axtarışları başlandı
Polşa-Ukrayna sərhədində Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ələ keçirilməsi planı elan edilib. Bu haqda Feysbuk səhifəsində Ali Radanın deputatı, Saakaşvilinin lidderi olduğu "Yeni güclərin hərəkatı" partiyasının üzvü Yuri Derevyanko yazıb. Mixail Saakaşvilinin Ukraynanı qayıdacağı ehtimal edilir. Deputatın sözlərinə görə, “Korçova-Krakoves” buraxılış məntəqəsinin ərazisi prezident Pyotr Poroşenkonun administrasiyasından birbaşa göstərişlə mühasirəyə alınıb.
Avropanın 10 ölkəsində şiddətli istilər hökm sürür
Avropanın 10 ölkəsində həddən artıq yüksək temperaturla əlaqədar “qırmızı” təhlükə səviyyəsi elan olunub. Şiddətli istilər Macarıstan, İsveçrə, Bosniya və Herseqovina, İtaliya, Monteneqro, Xorvatiya, Serbiya, Rumıniya, Polşa və Sloveniyada hökm sürür. Bu ölkələrdə bəzi yerlərdə temperatur 50 dərəcəyədək çatıb.
Həsən Ruhaninin andiçmə mərasimi keçirildi
Bu gün İranın İslam Respublikasının 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimi İran parlamentinin binasında baş tutub. Tədbir ölkə himninin və Quran ayələrinin oxunuşu ilə başlayıb. Daha sonra parlamentin spikeri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani çıxış ediblər. Tədbirin rəsmi hissəsi İran prezidentinin çıxışı və and mətninin imzalanması ilə başa çatıb. And içən prezident İslamın, ölkəsinin əmin-amanlığın və qanunların aliliyinin qorunması üçün əlindən gələni edəcəyinə söz verib. Mərasimdə 92 ölkədən 1200 qonaq iştirak edir. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Baş nazir dinlədiyi musiqilərin siyahısını təqdim etdi
Kanadanın baş naziri Trudeu dinlədiyi musiqilərin siyahısını yayımlayıb. "Olaylar" Türk mətbuaatına istinadən bildirir ki, nazirin siyahısında Drakedən Dire Straitsə, Qladiator kinosundan reper k.d. Lange qədər bir çox ad var. “PM Mix” adlı siyahıda 39 mahnı var.














