Dünya
25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ
Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır. Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.
Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi
Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib. Bu barədə Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili Varşavada keçirilən mətbuat konfransında deyib. "Mənim üçün komfortlu səyahət yoxdur.
İran ordusunda itki: 4 ölü, 8 yaralı
Hadisə İranın paytaxtı Tehranın cənub hissəsində yerləşən Hava Qüvvələrinə aid Kehrizek atış sahəsində qeydə alınıb.
Türkiyədə ardıcıl zəlzələlər
Türkiyədə növbəti ardıcıl zəlzələlər qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Bodrum ərazisi yaxınlığında səhər saatlarında baş verən yeraltı təkanlar insanlar arasında gərginlik yaradıb. Qeydə alınan ilk yeraltı təkan 4,1 bal gücündə, daha sonra baş verən zəlzələnin 4,6 bal gücündə olduğu bildirilir.
Bir uşaq anasını hərracda satmaq istədilər
İngiltərənin Surrey qraflığındakı Koulsden şəhərinin sakini, 20 yaşlı model Xloya Aylin köləlikdən azad olunub. 2 yaşlı oğlu olan britaniyalı model İtaliyanın Milan şəhərində oğurlanıb, iyulun 11-dən 17-dək köləlikdə, girov saxlanıb. Modeli oğurlayanlardan biri, Britaniyada yaşayan Polşa vətəndaşı Lukaş Herba həbs olunub. "Black Death Group"un rəhbəri olan bu şəxs 20 yaşlı modeli 300 min avroya "Darknet"dəki hərracda satmaq istəyirdi. "Lukaş Herba çox təhlükəli cinayətkardır, - Milan şəhərinin polis rəisi Lorens Bukossi deyib. - Bu şəxs "Darknet"də özünü "son qərarı verən" adam kimi təqdim edirdi. O, potensial müştərilərə muzdlu qatil, partlayışların, insan oğurluqlarının və s. təşkil edə bilən adam kimi reklam olunurdu".
Dəhşətli qəza: 76 sm metal sinəsini deşib... - SON DƏQİQƏ
Hindistanda dəhşətli avtomobil qəzası baş verib. Hindistanın qərb əyalətlərindən olan Gujaratda 26 yaşlı Piyuş Sundarva sükan arxasında yatıb. Ehtiyatsızlıq səbəbindən idarə etdiyi avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Vaşinqton tarixi açıqladı - Rusiya üçün NÖVBƏTİ ZƏRBƏ
ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Agentlik bildirir ki, Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib. Tillerson qeyd edib ki, o Manilada görüşdə rusiyalı həmkarına Moskvanın mövqeyi haqqında bir neçə sual verib. ABŞ xarici siyasət idarəsinin başçısı Vaşinqtonun cavab reaksiyasının necə olacağını isə dəqiqləşdirməyib.
Elon Mask sevgilisindən ayrılıb
Dünya şöhrətli məşhur oyunçu Conni Depp ilə qalmaqallı formada boşanan Ember Hörd həyatının eşqini "Tesla"nın sahibi milyarder Elon Maskda tapmışdı.
Məşhur rejissor Kim Ki Dukun adı qalmaqalda
Koreyalı məşhur rejissor Kim Ki Dukun adı qalmaqalda hallanır. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, rejissorun 2013 – cü ildə çəkdiyi və ən çox insidentin baş verdiyi "Moebius" filmində çəkilən qadın aktrisa Kim Ki Dukaya qarşı iddia qaldırıb. Beləki, aktrisa filmdə rejissorun ona qarşı şiddət göstərərək ssenaridə görünməyən bir intim səhnəsində oynamağa məcbur etdiyini bildirir.
4 min 272 əsər geri qaytarıldı
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədən qanunsuz yolla çıxarılaraq, xarici ölkələrə satılan 4 min 272 əsər yenidən Türkiyəyə qaytarıldı. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, 2003-dən bu günə qədər xarici ölkələrdə həyata keçirilən tədbirlərin sayəsində minlərlə əsər yenidən Türkiyə qaytarıldı. Nazirliyin məlumatlarına görə, Türkiyəyə geri gətirilən ilk əsərlər 2004-cü ildə İsveçrənin Sürix şəhərində ələ keçirilən 396 əsər oldu. Türkiyədən qaçırılan və Fransada olduğu müəyyən olunan Sultan 2 - ci Abdülhəmidə aid 18 əşya, 2005-ci ildə İngiltərədəki Aphrodisias Friz Bloğunun 2006-cı ildə qaytarılması təmin edildi. Nazirlik 2007-ci ildə isə Avstriya, İngiltərə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədən ümumi 349 əsərin qaytarılması reallaşdırıldığını bildirib. Bu əsərlər arasında Zirehli İmperator heykəli başı, stel hissələri, Laodikya Antik şəhərinə aid bürünc əl, Roma üzüyü və sikkələr də var.
Silahlı toqquşma səhərədək davam etdi
Türkiyənin Tunceli vilayətinin Pülümür məhəlləsində üç PKK terrorçusu zərərsizləşdirildi. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında gecə başlayan silahlı toqqquşma səhərədək davam edib.
Kilsədə atışma: 12 ölü
Nigeriyada azı 12 nəfər ölkənin cənub qərbindəki kilsədə atışmanın qurbanı olub. Bu barədə "France Presse" həkimlərə istinadən xəbər verib. "Hazırda 12 nəfərin ölümü təsdiqlənib. Daha bir neçə nəfərə tibbi yardım göstərilir", – deyə yaralıların gətirildiyi xəstəxananın əməkdaşı bildirib.
Eyfel qülləsində TERROR HƏYƏCANI
Ötən axşam Parisdə Eyfel qülləsi qarşısında polis nəzarət məntəqəsinə bıçaqla hücum edən şəxsin terror aktı törətmək niyyəti olduğu üzə çıxıb. Həmin şəxs 1998-ci il təvəllüdlü Mavritaniya əsilli Fransa vətəndaşıdır. Psixi problemləri olan bu şəxs iyulun sonlarında xəstəxanadan buraxılıb. O, istintaqa ifadəsində deyib ki, İŞİD terror təşkilatının üzvüdür, hərbçiləri öldürərək terror aktı törətmək niyyətində olub. Terror aktı törətmək niyyətində olduğunu etiraf etməsi ilə əlaqədar həmin şəxslə bağlı cinayət işi Paris Prokurorluğunun terrorizmlə mübarizə bölməsinə təhvil verilib.



.jpg)










