Dünya
Ukrayna Rusiya ilə sərhəddə "aşılmaz divar" tikir
Ukrayna Rusiya ilə sərhəddə dəmir sədlərin çəkilməsinə ildə 500 milyon qrivn xərcləyir. Bunu Ukrayna Sərhəd Xidmətinin Rəisi Pyotr Çiqikal bildirib. Onun sözlərinə görə, qeyd olunan rəqəmlər il üçün yalnız lazım olan vəsaitin 55 faizini təşkil edir. Bundan əlavə 274,6 kilometr tank əleyhinə arx, 47.1 kilometr nəzarət zolağının hazırlanması nəzərdə tutulub. May ayında Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov Ukraynanı Rusiya ilə sərhəddə "aşılmaz divar" qurmağa çağırmışdı. Ukrayna Ali Radasının birinci müavini Borislav Bereza isə həmin "aşılmaz divar"ı bostan çəpərinə bənzətmişdi. O, hətta bu çəpərin nəinki düşməni, heç vəhşi dovşanın belə önünü kəsə bilməyəcəyini vurğulamışdı.
Bu torpaqlar İsrailə satılacaq - Gizli sövdələşmənin DETALLARI
İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib. Saytın xəbərinə görə, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin “Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə “The New Arab” tərəfindən dərc edilib. “El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.
ABŞ bu ölkəni Rusiya ilə müharibəyə hazırlayır - Moskvadan ŞOK İDDİA
ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır. Bu haqda Rusiya baş nazirin müavini Dmitri Roqozin Feysbuk səhifəsində yazıb. Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək. Moldova tərəfi ilə imzalanan müqavilənin məbləği 250 min dollara çatır. Hərbi baza “Dnestryanı Moldova Respublikası”nın “paytaxt”ı Tiraspolun bir neçə on kilometrliyində yerləşir.
Brüssel “Breksit”in Avropa İttifaqına zərərini açıqladı
Böyük Britaniyanın çıxışı Avropa İttifaqının büdcəsini 12 milyard avrodan məhrum edəcək. Bu haqda Almaniyanın “Bild” nəşrinə Avropa İttifaqı Komissiyasının büdcə üzrə komissarı Günter Ettinger deyib. Onun sözlərinə görə, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra digər üzv ölkələr qurumun büdcəsinə daha yüksək məbləğ ödəməli olacaqlar.
İsrail ordusu həbs etdiyi uşaqları pul qarşılığında ailələrinə qaytardı
İsrail əsgərləri işğal altında olan Qərb Şəriyədəki müxtəlif bölgələrdə 13 fələstinlini həbs etdiklərini bildiriblər. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İsrail ordusunun yazılı bir bəyanatında Qərb Şəriyədəki Kefr Haris, Deyr Kaddis yataqları, Tefuh və Sair bölgələrində əməliyyat həyat keçiriblər. Bəyanatda qeyd olunur ki, 10 fələstinli terror aktlarına cəlb olunmaqda həbs olunub. Saxlanılanlar arasında 18 yaşına çatmamış 3 uşağın olduğu bildirilir. Uşaqların ailələrinin hər birindən 700 dollara alaraq, sərbəst buraxıldığı söylənilir.
Ölü dillərin lüğəti nəşr edildi
90 illik araşdırmalardan sonra qədim Mesopotamiyanın unudulmuş dillərinin izahlı lüğəti nəşr edilib. 2000 ildən çox istifadə edilməyən Akkard dillər qrupunun Aşur və Babil dialektlərinin izahlı lüğəti işıq üzü görüb.
Dubayda daha bir hoteldə YANĞIN
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin turistlər arasında populyar olan "Dubai Marina" rayonunda hotellərin birində yanğın baş verib. "Movenpick Hotel Jumeirah Beach Residence" hotelində başlayan yanğının qarşısı alınıb. Hotel rəhbərliyi hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Hazırda yanğının səbəbləri araşdırılır.
Gözəllik müsabiqəsinin qalibinə şok
Bu il İraqın ən gözəl qızı seçilən kürd əsilli Viyan Amir Nuri Süleyman böyük şokla üzləşib. Model evli olduğunu gizlədərək yarışmaya qatılıb. Lakin müsabiqə bitəndən sonra onun evli olduğu üzə çıxdığı üçün birincilik və tacı əlindən alınıb.
122 kilo həşiş ələ keçirildi
Türkiyənin Mersin şəhərində Liberiya bayrağı ilə üzən bir gəmidə ümumi dəyəri 24 milyon 537 min TL dəyərində 122 kilo kokain ələ keçirilib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Türkiyə Gömrük Mühafizə Qaçaqçılıq və Kəşfiyyat Müdürlüyünə verilən məlumata əsasən, Ekvadordan Mersinə gələn banan yüklü gəmidə əməliyyat həyata keçirilib. Keçirilən əməliyyat zamanı məlum olub ki, gəmidəki bananlar yanaşı, gəminin tavanında 102 paketdə ümumi 122 kilo 685 qram kokain gizlədilib.
Ruhani Sarkisyana dedi: “Qarabağ münaqişəsi yalnız siyasi yolla həll edilə bilər”
Ermənistan və İran prezidentləri Serj Sarkisyan və Həsən Ruhani Tehranda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Sarkisyan münaqişənin hazırki vəziyyəti ilə İran prezidentini məlumatlandırıb. Ruhani isə qeyd edib ki, münaqişə yalnız siyasi yolla həll oluna bilər. Qarabağ münaqişəsi ilə yanaşı görüşdə iki ölkə arasındakı münasibətlər də müzakirə olunub.
İtaliyada qasırğa 4 nəfərin ölümünə səbəb olub
İtaliyanın şimalında yağış və güclü külək 4 nəfərin ölümünə səbəb olub, 2 nəfər itkin düşüb. “Corriere della Sera" nəşri informasiya yayıb ki, ölənlərdən biri Belçika vətəndaşıdır.
Erməni kinorejissoru: “Bu, eyni qəsdin tərkib hissəsidir”
“Biz gərək hər şeyi öz adları ilə çağırmağı öyrənək: erməni-rus münasibətləri mövcud deyil, ona görə ki, zaman-zaman verilən rəsmi məlumatlar o qədər saxtalaşdırılıb ki, artıq buna öyrənmişik”. Bu barədə erməni konorejissoru Tiqran Xzmalyan Ermənistanda erməni-rus münasibətlərinə yenidən baxılması vacibliyi ətrafındakı ictimai rəyə münasibətini bildirərkən deyib.
Amerika-Rusiya gərginliyi regionda ciddi problemlər yaradacaq
Dünyanın iki super gücü arasında gərginlik hər ötən gün artmaqdadır. Birləşmiş Ştatların bu günlərdə Rusiyaya qarşı sanksiyaları yenidən qüvvədə saxlaması və Ağ Ev rəhbərinin onu təsdiqləməsi Kremli cavabsız qoymayıb. Belə ki, şimal qonşumuz da öz ənənəsinə sadiq qalaraq Vaşinqtona qarşı adekvat addımlar atıb. Ancaq mənfi tendensiya ondan ibarətdir ki, iki güc mərkəzinin mövqe savaşı Cənubi Qafqaz fonunda baş verir.
"ABŞ-ın yeni sanksiyaları Rusiyanı əsas regional layihələrdə iştirakdan mərhum edəcək”
“ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindiromu ilə üz-üzə qoya bilər”.
İsraildən Mahmud Abbasa ŞOK QADAĞA
İsrail təhlükəsizlik gücləri Fələstin lideri Mahmud Abbasın Ramallahdan çıxışına icazə vermir. Bu haqda İsrailin “Jerusalem Post” qəzeti Fələstin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. İddiaya görə, Mahmud Abbasın Ramallahdan çıxışına icazə verilməməsinin səbəbi onun ötən həftələrdə Məscidi-Əqsa ətrafında yaranan gərginliyə mane olmaması ilə bağlıdır. Lakin İsrail Baş nazirlik ofisi fələstinli təhlükəsizlik mənbələrin iddiasını təkzib ediblər.













