Dünya
Əfsanəvi aktyor dünyasını dəyişdi
Bu gün uzun sürən xəstəlikdən sonra həyatının 84-cü ilində tanınmış aktyor Yuliy Qusmanın “Qorxma mən səninləyəm” filminin sevimli ulduzu Muxtarbek Kantemirov dünyasını dəyişib.
Tbilisidə Ermənistanakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib
Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib. “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.
Rusiya qərarını dəyişdi - Türkiyədən pomidor alacaq
Rusiya Türkiyədən pomidor tədarükünə icazə verib. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, icazə Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edilib.
Rusiya Ali Məhkəməsinin binası atəş tutuldu
Moskvada naməlum şəxs Rusiya Ali Məhkəməsinin binasına atəş açıb. Povarskaya küçəsində yerləşən bina pnevmatik silahdan atəşə tutulub. İnsidentin avqustun 30-a keçən gecə baş verdiyi bildirilir. Nəticədə birinci mərtəbənin pəncərəsinə ziyan dəyib.
Mumbayda bina uçdu 15 ölü
Hindistanın Mumbay şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 34 nəfər isə yaralanıb.
İŞİD sentyabrın 1-də Moskvanı qana boyamağı planlaşdırırdı
Federal Təhlükəsizlik Xidməti (FTX) sentyabrın 1-də paytaxt Moskvada və Moskva vilayətində terror aktları həyata keçirməyi planlaşdıran iki nəfəri saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.
Ruslara işləyən alman siyasətçilərinin Qarabağ səfəri ətrafında qalmaqal
Almaniyada radikal sağçı mövqeyə malik “Almaniya üçün alternativ” (AfD) partiyasından olan iki deputatın Azərbaycanın işğal altındakı ərazilərinə bu ilin fevralında etdiyi səfərə görə cinayət işi qaldırılıb. Bunu Azərbaycanın Berlindəki səfirliyinin mətbuat katibi Vüqar Qafarov “Schweriner Volkszeitung” qəzetinin əməkdaşına bildirib.
Telafer İŞİD – dən tamamilə AZAD EDİLDİ
İraq Baş naziri Heydər əl-İbadi türkmənlərin yaşadığı Telafər şəhərinin İŞİD terror təşkilatından tamamilə azad olunduğunu bildirib. Nazir Təlafəri İŞİD terror təşkilatından təmizləməklə, Mosulu bütünlüklə terror təşkilatından azad etdiklərini açıqlayıb. “Harada olursunuzsa olun torpaqlarımızı qurtarmağa gəlirik. Önünüzdə ya ölüm ya da təslimiyyət var" – deyə, nazir İŞİD – çilərə səslənib.
Pulun insan davranışına bilmədiyimiz təsiri – Tədqiqat
Çin alimləri pulun və pullu olmaq barədə fikirlərin insana necə təsir göstərdiyini müəyyən ediblər. Mütəxəssislər tədqiqat zamanı maraqlı bir ehtimalı təsdiq ediblər. Məlumata görə, insanın xudbin və qaradinməz olması üçün onun pul barədə düşünməsi yetərlidir. Onların fikrincə, tək bir pul barədə düşünmək insanın davranışını kəskin dəyişdirə bilər. Alimlər Afrikanın yoxsul ölkələri Somali və Zimbabvedə iki qrup könüllü üzərində eksperimentlər aparıblar. Qruplardan birinin üzvlərinə əvvəlcədən pul əskinaslarının və metal pulların təsvirlərini göstəriblər. Tədqiqatın nəticələri göstərib ki, bu qrupa daxil olan könüllülər emosiyalarını gizlətməyə və qaradinməz olmağa daha çox meylli olublar.
Dağıstanda Nadir şahın 1 milyon avroluq damasını oğurlayan dəstə saxlanılıb
Dağıstanda Nadir şahın dama oyununu oğurlayan cinayətkar dəstə üzvləri saxlanılıb. Polis Kubaçi İncəsənət Kombinatından oğurluq etməkdə şübhəli bilinən 6 nəfəri həbs edib. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, onların oğurladıqları qiymətli əşyalar sırasında dəyəri 1 milyon avro məbləğində qiymətləndirilən dama da olub.
Erməni politoloqdan ETİRAF: “Qarabağ problemi Ermənistana faciə yaşadır”
“Son 25 ildə Qarabağ münaqişəsinin həllində heç bir müsbət dəyişiklik və irəliləyiş olmayıb". Bu barədə politoloq Ayk Martirosyan keçirdiyi mətbuat konfransında deyib. O, Qarabağ münaqişəsini erməni xalqının ən böyük faciəsi adlandırıb. “Qarabağ münaqişəsi xalqımızın və dövlətimizin faciəsidir.
Türkiyədə 5 günə 45 adam öldü
Türkiyədə son 5 gün ərzində baş verən yol-nəqliyyat hadisələrində 45 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyə Polis İdarəsinin rəhbəri Selmai Altınok məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər əsasən magistrallarda baş verən avtomobil qəzalarında dünyasını dəyişib. Polis İdarəsi rəhbəri bildirib ki, qəzalar əsasən ölkədə Qurban bayramının qeyd edildiyi günlərə təsadüf edib. S.Altınok yol polisinin bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini qeyd edib.
Ermənistan ordusunda zabit özbaşınalığı və "dedovşina"
Ermənistan ordusunda zabitlərin özbaşınalığı və "dedovşina" bu ölkədə artıq əsgər valideynlərinin qorxulu kabusuna çevrilib. Bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yerərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar.
Kor britaniyalını uşaq pornosuna baxdığı üçün MÜHAKİMƏ ETDİLƏR
Böyük Britaniyada 1 ildən çoxdur ki, gözdən əlil Endryu Şou (Andrew Shaw) adlı şəxs mühakimə edilir. O, uşaq pornoqrafiyasını yükləməsi və baxması ilə ittiham olunur. Bu barədə “Miami Herald” məlumat yayıb. Nəşrin materialında iddia edilir ki, 44 yaşlı Şounun bir gözü tamam kordur, ikincisilə isə çox pis görür.
Polisə silahlı hücum – İsveçdə
İsveçdə polis bıçaqlı hücumolub. “Olaylar” bildirir ki, paytaxt Stokholmda baş verən hücum zamanı bir polis yaralanıb. Təcavüzkar şəxs saxlanılıb.














