Dünya
Rusiyada avqustda qar yağdı
Rusiyanın İrkutsk vilayətində avqustun 30-da 134,5 min hektar ərazidə ümumilikdə 11 meşə yanğını tüğyan etsə də, bu gün heç bir yanğın qeydə alınmayıb. Yanğınların qarşısnı gecə saatlarından etibarən yağmağa başlayan aramsız qar alıb.
Ermənistanda müdafiə siyasəti və hərbi xidmətlə bağlı qanun qəbul edildi
Ermənistan hökuməti müdafiə və hərbi xidmətlə bağlı iki yeni qanunu təsdiqləyib. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, birinci qanun müharibə və sülh dövründə Ermənistanın müdafiə siyasətini müəyyənləşdirir. İkinci qanun isə hərbi xidmətin təşkili qaydasını müəyyənləşdirir.
Yüzilliyin ən nüfuzlu rusiyalılarının adı açıqlandı
“Forbes” jurnalı son yüzillik ərzində ən nüfuzlu rusiyalıların siyahısını hazırlayıb. Siyahıda Vladimir Putin, Yuri Qaqarin, Mixail Qorbaçov, Alla Puqaçova, Leonid Brejnev və Vladimir Lenin kimi adlar yer alıb.
Almaniya Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi anlaşmasına veto qoyub
Almaniya hökuməti Türkiyə iləAvropa İttifaqı arasında Gömrük Birliyi müqaviləsinin yenilənməsinə və genişləndirilməsinə veto qoyub. Çərşənbə günü Berlində Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşən Almaniya federal kansleri Angela Merkel bu qərarı rəsmi şəkildə ona bildirib. Bundan bir gün öncə isə A. Merkel keçirdiyi mətbuat konfransında öz mövqelərini izah edib. O deyib ki, Almaniya hazırkı şəraitdə Türkiyə ilə Gömrük Birliyi müzakirələri aparılması üçün komissiyaya səlahiyyət verməyəcək.
"Xarvi" qasırğası bütün balıqları evlərə doldurdu - VİDEO
Amerikanın Texas şatının Hyuston şəhərində baş verən "Xarvi" qasırğasında 5 nəfər həlak olub, 15 nəfər yaralanıb və yüzlərlə ev yararsız hala düşüb.
"Dinozavrlar" Ağ Ev qarşısında etiraz aksiyası keçirib
Vaşinqtonda Ağ Evin qarşısında dinozavr geyimlərində olan bir qrup şəxs etiraz aksiyası keçirib. Buna prezident Donald Trampın “Peace Corps” və “AmeriCorps” kimi ətraf mühitin mühafizəsi proqramlarının maliyyələşdirilməsini dayandırmaq barədə qərarı səbəb olub. Etirazçılar iddia edirlər ki, bu qərar həmin proqramların dayanmasına səbəb olacaq və nəticədə ətraf mühitə ziyan dəyəcək.
Türkiyədə evlər torpağın alıtnda qaldı
Türkiyənin Dənizli vilayətində bir neçə gün davam edən yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində Sərinhisar kəndinin Dənizli şəhəri ilə əlaqəsi kəsilib. Hətta bir neçə evin torpaq altında qaldığı bildirilir.
Qardaşı qızı ilə eşq yaşayan aparıcı haqda məhkəmə qərarı
Qardaşı qızı Burcu Başoğlu ilə yaşadığı eşq macərası ilə gündəmə gələn aparıcı Murad Başoğluhaqda məhkəmə qərarı çıxıb. Haqqında "həyasızca hərəkətlər etmək" ittihamı üzrə cinayət işi başlanan aparıcının ölkədən kənara çıxması qadağan edilib.
Bu haqda məlumat vermək QADAĞAN EDİLDİ
İstanbul Ağır Cəza Məhkəməsi prokrorluğun tələbi ilə Vatan Şaşmaz və Filiz Akerin cinayət işi ilə əlaqədar mətbuatda hər hansı bir məlumatın verilməsinə qadağa qoyub. “Olaylar” bildirir ki, prokurorluğun bu qərarına səbəb yayımlanan xəbərlərin istintaqın işinə mane olmaması üçündür.
ABŞ-da bir milyon dollarlıq silah oğurlandı
ABŞ-da hərbi bazanın anbarından 1 milyon dollar dəyərində silah oğurlanıb. Hadisə Kentukki ştatında, "Fort-Kempbell" hərbi bazasında qeydə alınıb. Oğurlanan silah-sursatın bir hissəsi "qara bazar"da və "eBay" vasitəsi ilə Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada olan bəzi sahibkarlara satılıb.
ABŞ-ı vuran "Harvi": bəlalar hələ bitməyib
ABŞ-ın Texas ştatını vuran "Harvi" qasırğasının yaratdığı sel və daşqınlar nəticəsində həlak olanların sayı 38-ə çatıb. 30 mindən artıq insan evsiz-eşiksiz qalıb.
Myanmadan qaçan müsəlmanlar dənizdə batdılar: çoxu qadın və uşaqlar olub
Banqladeş sahillərində Rohinca müsəlmanlarını daşıyan qayıq batıb. Banqladeş sahil-mühafizə xidmətinin əməkdaşları azı 20 meyiti sudan çıxarıb. Qayıqdakıların böyük əksəriyyəti qadın və uşaqlar olub. Rohinca müsəlmanları Myanmada davam edən münaqişə ilə əlaqədar Banqladeşə qaçmağa çalışır. Ötən həftənin sonundan Banqladeşə 18 mindən çox Rohinca müsəlmanı keçib.
Livanda qəzada ölən azərbaycanlı ilə bağlı XİN-dən AÇIQLAMA
Azərbaycan Respublikasının Livandakı Səfirliyindən aldığımız məlumata əsasən bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində 25 avqust tarixində səhər 5.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ-ın 700 barrel nefti zay oldu
ABŞ-ın Texas ştatında tüğyan etmiş "Harvi" qasırğası nəticəsində neft çənləri aşıb. Hadisə ilə əlaqədar 700 barrelədək neft sızıb. "Burlington Resoursces" şirkəti bildirib ki, ona məxsus çənlərin aşmasına qasırğadan sonra yaranmış güclü daşqınlar səbəb olub.
Həkimlərin mübahisəsi körpənin ölümünə səbəb oldu
Hindistanda keyseriyyə əməliyyatına götürülən ana övladını itirib.“Olaylar” bildirir ki, körpənin ana bətnində ölümünə səbəb həkimlərin mübahisəsi olub. Belə ki, onların ananın əməliyyatdan öncə yemək yeyib – yeməməsinə dair müzakirəsi körpənin ölümü ilə nəticələnib. Hadisədən sonra həkimlərin işdən çıxarıldığı bildirilir.














