Dünya
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir
Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək. Bu barədə Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
""Fərat qalxanı" əməliyyatı Türkiyənin gücünü nümayiş etdirdi"
Türkiyə Silahlı Qüvvələrinin Suriyada terrorçulara qarşı uğurla apardığı "Fərat qalxanı" əməliyyatı Ankaranın gücünü nümayiş etdirdi. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Marsda şəhər tapıldı - VİDEO
Mars planetinə endirilən "Curiosity" marsoxodunun çəkdiyi şəkillər əsasında kosmik tədqiqatçılar planetdə bir vaxtlar şəhərin mövcud olduğunu iddia edirlər. NASA mütəxəssislərinin qeyri-dəqiq şəkildə informasiya yayması, əldə edilən informasiyaları fərqli şəkildə Yer sakinlərinə çatdırması müəmmalıdır. Skeptiklər burada mövcud olan “qədim Mars şəhəri” və qayalıqlardan başqa qəribə heç nə görmədiklərini qeyd ediblər.
ABŞ İŞİD üzvlərinin təxliyə edilməsini əngəllədi
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Livan sərhədindən keçən İŞİD karvanını hava hücumları ilə vuracaqlarını bəyan edib. Terorçuların Hizbullah və İŞİD arasında əldə edilən razılaşma əsasında Livandan Suriyanın şərq sərhədlərinə keçirilməsi nəzərdə tutlub. Yazılı açıqlamada İŞİD-in dünyəvi terror təşkilatı olması və fəaliyyətini genişləndirmək üçün terrorçuları bir yerdən başqa yerə daşımasının həll yolu olmadığı bildirilib.
Türkiyədə dövlət çevrilişinə dəstək verən “muzdlu qatil”dən YENİ PLAN
Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir. Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib. Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir. Daha əvvəl yayılan xəbərə görə, Məhəmməd Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb. Bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə BƏƏ tərəfindən dəstəklənir. Düşərgədəki terrorçuların Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır.
Di Kaprio bir milyon bağışladı
Texasda baş verən “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Hollivud ulduzu Leonardo Di Kaprio “Harvi” qasırğasından zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb. “Olaylar” Gazeta.ru – ya istinadən bildirir ki, “One Way” təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib.
Qədim romalıların kütləvi zəhərlənməsinin SƏBƏBİ İNDİ BƏLLİ OLDU
Fransadan və ABŞ-dan olan tədqiqatçılar qrupu qədim romalıların qurğuşundan borular hazırlamaları ilə bağlı bir sıra sübutlar əldə ediblər. Alimlərin rəyi “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib. Bu barədə Phys.org saytında məlumat yayılıb. Romalılar insanların çox yaşadığı məntəqələrə suyun verilməsi üçün əsasən su kanalları (akveduklar) tikirdilər. Eyni zamanda, onlar yağış sularının uzaqlaşdırılması üçün su kəmərləri düzəldirdilər. Kəmərlərin yaradılması üçün adətən ağac və ya terrakot gilindən istifadə olunurdu. Amma alimlər tapıntısı başqa məqamların üstünü açıb. Sən demə, tikinti işlərində qurğuşunda da istifadə edilib.
Yəməndə hava hücumu - 13 ölü
Yəməndə koalisiya gücləri tərəfindən təşkil edilən hava hücumunda ən az 13 nəfərin həlak olduğu, 1 nəfərin yaralandığı bildirirlir. “Olaylar” bildirir ki, hücum zamanı bir neft tankerinin də partladığı bildirilir. Hücumun paytaxt Sana və liman şəhəri olan El – Hudey arasında əsas baş verdiyi qeyd olunur.
Emrə Yeksanın filmi Venesiya Kinofestivalında
74-cü Beynəlxalq Venesiya Kinofestivalı avqustun 30-dan sentyabrın 9-dək davam edəcək. Festivalın açılışı Aleksandr Peynin “Qısaca” satirik filmi ilə olub. “Olaylar” bildirir ki, festivalın münsiflər heyətinə Hollivud aktrisası Annet Beninq rəhbərlik edir. Açılışa Robert Redford və Jane Fonda kimi ulduzların qatılıb. Festivalda Türk rejissoru Emrə Yeksanın "Körfəz" filmi nümayiş olunacaq.
Həbsxanaya məxsus avtomobillər partladıldı
Türkiyənin İzmir şəhərində həbsxanaya məxsus avtomobillərin yaxınlığında yerləşən zibil konteynirlərinə yerləşdirilən partlayıcı qurğu işə düşüb. “Olaylar” bildirir ki, hadisə yerinə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar və həlak olanlar haqqında heç bir məlumat verilmir.
ABŞ AÇIQLADI
ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı ABŞ əsgərlərinin sayını açıqlayıb. “Olaylar” bildirir ki, nazirlik rəsmisi Əfqanıstanda 11 min ABŞ əsgərinin xidmət etdiyini bildirib. Rəsmilər bu sayın artacağını ehtimal edirlər. Qeyd edək ki, 2016-cı ilin noyabr ayında ABŞ- ın Əfqanıstandakı qoşunların sayını 8.400 idi.
39 yaşlı əməkdar artist vəfat etdi
Rusiyanın əməkdar artisti Dmitri Koqan vəfat edib. Bu haqda TASS informasiya agentliyi xəbər yayıb. 39 yaşlı skripka ifaçısı onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Müslüm Gürsesin obrazını canlandıracaq aktyor bəlli oldu
2013-cü ildə dünyasını dəyişən müğənni Müslüm Gürsesin həyatı haqda film çəkilir. Gürsesin Şanlıurfadakı uşaqlığından tutmuş İstanbuldakı həyatına qədər hər şeyi canlandıracaq filmdə sənətçini aktyor Timuçin Esen canlandıracaq.
5 il sonra boşanırlar
Türkiyənin tanınmış iş adamı Sadettin Saran 2012-ci ildə ailə qurduğu diş həkimi Emek Külürdən boşanır. Cütlüyün bundan əvvəl də problemləri olsa da, bu dəfə iş ciddiləşib. Belə ki, Sadettin öz qızı ilə Braziliyada konfransa qatıldığından Emek də öz qızını tətilə aparıb. Üstəlik, cütlük sosial şəbəkədə bir-birini izləməyi dayandırıb.
“Yahşi Cazibə”nin aktyoru: "Bakıda bu qədər tanındığımı bilmirdim"
Azərbaycan tamaşaçısına "Yahşi Cazibə" serialından tanış olan, Türkiyənin məşhur aktyoru Gökçe Özyol Bakının qonağıdır. "O kuş buraya gelecek" filminin çəkilişləri üçün paytaxtımıza təşrif buyuran aktyormusavat.com saytının suallarına cavab verib.














