Dünya

Məşhur modelə 1 gecə üçün 2,5 milyon dollar təklif etdilər

30 Avqust 2017 19:31

20 yaşlı Ceyz İqer model olaraq fəaliyyət göstərdiyi agentlikdən əxlaqsız təklif aldığını iddia edib. İngiltərədə baş verən hadisə mediada geniş müzakirəyə çıxarılıb. Şirkətin adı qeyd olunmasa da, aralarında gedən söhbəti sübut edəcək yazışmalar sosial şəbəkələrə yüklənib.

Diqqət: Həyatda məqsədi olan insanlar daha çox yaşayırlar

30 Avqust 2017 19:00

Uzun müddət davam edən araşdırmalar nəticəsində məlum olub ki, həyatda bəlli bir məqsədi olan insanlar daha çox yaşayırlar. "Psychological Science" jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, qarşılarına məqsəd qoyub yaşayan və o məqsədə çatmaq istəyən insanlar özlərinə yaxşı baxırlar və nəticədə daha çox yaşayırlar.

Niyə baş kəsilmədi, qəhrəmanlar ölmədi? - Ən möhtəşəm serialın kədərli xülasəsi

30 Avqust 2017 18:57

“Taxt oyunları” serialının növbəti mövsümü sona çatdı. Bu buraxılışın ən yaddaqalan son epizodu 80 dəqiqədən ibarət oldu. ABŞ-da izləmə rekordu qıran bu bölümə nə az, nə çox 12,1 milyon nəfər baxdı.

Dünyada ən yığcam 13 düymlük noutbuk təqdim edilib

30 Avqust 2017 18:50

“Dell XPS 13” noutbuklar seriyası “Intel Kaby Lake-R” aparat platformasına malik modellərlə yenilənib. İstifadəçilərə “Intel Core i7-8550U” (4 nüvə/8 axın, 1,8/4 QHs) və “Intel Core i5-8250U”  (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək. 13 düymlük displeyin təsvir ölçüsü 3200x1800 piksel təşkil edir. Versiyadan asılı olaraq noutbuk 16 QB-dək əməli yaddaş və 512 QB-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Qbit/s-dək ötürmə sürətinə malik “Thunderbolt 3” interfeysi və 2 ədəd “USB 3.1 Gen 2” (10 Qbit/s-dək) portu mövcuddur.

Smartfonlar bazarında artım davam edəcək

30 Avqust 2017 18:45

“IDC” analitik şirkəti beşillik dövrün sonunadək dünya smartfonlar bazarında müsbət dinamikanın saxlanılacağını proqnozlaşdırır. Ekspertlərin qiymətləndirməsinə görə, 2021-ci ildə smartfonların tədarükü 2016-cı ildəki 1,47 milyarddan 1,7 milyardadək artacaq, hesabat dövründə sahədə ortaillik artım tempi isə 3,3 faizə bərabər olacaq. Şirkətin 2017-ci il üçün proqnozunda smartfon istehsalçılarının 1,49 milyarddan çox qurğu buraxaraq ötən ilin göstəricisinin 1,7 faiz yaxşılaşdırılması nəzərdə tutulur.

“Chrome” brauzer bazarında rekorda imza atıb

30 Avqust 2017 18:40

Dünyada ən populyar brauzer olan “Chrome” yeni rekordlar qırmağa davam edir. Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatları buna sübutdur.

Bu smartfonun displeyi dünyada ən yaxşı adına layiq görülüb

30 Avqust 2017 18:35

“Samsung”un smartfonlarında ən qabaqcıl komponentlərdən istifadə edilməsi faktını inkar etmək olmaz. Bu, xüsusilə displeylərə aiddir. Cənubi Koreya istehsalçısının displeyləri dəfələrlə ən yaxşı displey adına layiq görülüb. Şirkət müntəzəm olaraq daha qabaqcıl ekrana malik yeni model təqdim edir. “Galaxy Note 8” cihazlarında da bu ənənə qorunub saxlanılıb. Yeni qurğunu sınaqdan keçirmiş nüfuzlu “DisplayMate” nəşrinin mütəxəssisləri bildiriblər ki, smartfonda ən yaxşı displey qurulub.

“Intel Myriad X” prosessoru qurğuların görmə qabiliyyətini yaxşılaşdıracaq

30 Avqust 2017 18:30

Ötən ilin sentyabrında “Intel” korporasiyası Kaliforniyanın 2005-ci ildən dərin kompüter təlimi və kompüter görməsi üçün xüsusiləşmiş prosessorların hazırlanması ilə məşğul olan “Movidius” şirkətini satın alıb. O vaxt “Movidius” mühəndisləri obyektlərin müşahidəsi və tanınması üçün pilotsuz uçan aparatlara, mühafizə sistemlərinə və digər qurğulara quraşdırılan “Myriad 2” prosessorunu hazırlamaqla məşğul olublar. Şirkəti satın alan “Intel” patent və texnologiyalar paketinə sahib çıxıb. Hazırda təqdim olunan yeni “Myriad X” prosessoru da əvvəlki prosessorları üstələyir.

Roma futbol stadionunda qədim sarkofaq tapıldı

30 Avqust 2017 18:29

Alimlər Romada "Stadio Olimpiko" futbol stadionun sahəsində qədim dövrə aid sarkofaq tapıblar. Mərmərdən hazırlanan hər iki sarkofaqın 2 000 il yaşı var.

"Bermud üçbucağı"ndan sağ çıxan olub? - İki dəhşətli fakt - VİDEO

30 Avqust 2017 18:28

Əsrlərdir, lənətlənmiş yer kimi tanınan "Bermud üçbucağı"ndan qurtulan biri varmı? Sizə təqdim edəcəyimiz videoda bu barədə iki faktdan söz açılır. Bunlardan biri 1970-ci ildə Porto Rikodan Miamiyə uçan amerikalı bir pilot başına gələn şok olaydır. Digəri isə "Bermud üçbucağı"ndan sağ qayıdan azərbaycanlı alimin qeydləridir.

KTMT baş katibinin korrupsiya əməlləri və Qarabağ müzakirəsi

30 Avqust 2017 18:26

Ermənistanın keçmiş baş qərargah rəisi, hazırda KTMT-nın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov yeni postunda ilk səfərini öz ölkəsinə edib. Bir çox korrupsiya qalmaqalında adı hallanan Xaçaturovun səfərinin təsüdüfi olmadığını bildirilir. Səfər çərçivəsində Xaçaturov prezident Serj Sarkisyan və parlamentin sədri tərəfindən qəbul edilib.  Danışıqlar zamanı Qarabağ məsələsi (halbuki bu məsələ KTMT-nin prinsiplərinə aid deyil-red ) və Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilsə də, erməni ekspertlər hesab edirlər ki, Xaçaturovun səfərinin məqsədi tamamilə başqadır.

Ərdoğandan BMT-yə təcili zəng - HƏYƏCAN TƏBİLİ

30 Avqust 2017 18:06

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə təcili telefon zəngi edib. Telefon söhbətində Myanmada müsəlmanlara qarşı həyata keçirilən zorakılığın qarşısının alınması və bölgəyə humanitar yardımların çatdırılması müzakirə edilib.  Türkiyə prezidenti BMT və beynəlxalq ictimaiyyətin böhranın daha da dərinləşməməsi üçün təcili müdaxilənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Tbilisidə yaşayış binasında partlayış

30 Avqust 2017 17:57

Tbilisinin Saburtalo rayonunun Kavtaradze küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində yanğın baş verib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

"Nobel" namizədi və dissidentdən QƏTLİAM ƏMRİ: On minlərlə insan niyə öldürülür?

30 Avqust 2017 17:05

Adətən üçüncü dünya ölkələrinə səhifələrində yer verməyən dünya KİV-nin birinci sətirlərində son günlərdə Myanmanın (Birma) qərbində yerləşən Arakan ştatı yer alıb. Burada “dünyada ən çox qovulan xalq” olan müsəlman-rohincalar yaşayırlar.

Baş Prokurorluq bu proqramda yoxlamaya başladı

30 Avqust 2017 16:55

Rusiya Baş Prokurorluğu “Birinci kanal”da yayımlanan “Пока все дома” verilişinin çəkilişlərində baş verə biləcək pozuntuların qarşısını almaq məqsədilə müxtəlif kütləvi informasiya vasitələrini nəzarətə götürüb.