Dünya
İSESCO tələb edir - Nobel Sülh mükafatı geri alınsın
ISESCO 1991 – ci ildə Nobel Sülh mükafatına layiq görülən Myanma insan haqları üzrə məruzəçi, ölkənin de – fakto lideri Aung San Suu Kyinin mükafatının geri alınması haqqında açıqlama verib. “Olaylar” bildirir ki, buna səbəb Myanmada müsəlmanlara qarşı törədilən kütləvi qırğındı. Həmçinin ISESCO beynəlxalq ictimaiyyətə Myanmada yaşanan faciə üçün təcili müdaxilələr edilməsini tələb edib. 25 avqustdan bu günə qədər Arakana təşkil olunan hücumlar zamanı çox sayda müsəlmanlar qətlə yetirilib. Hücum nəticəsində 60 – dan çox yaşayış məskəni məhv edilib.
Türklər yaşayan bina yandı – 2 nəfər həlak oldu
Almaniyanın Meiderich şəhərində türklərin yaşadığı 19 mənzilli bina yanıb. “Olaylar” bildirir ki, yanğın nəticəsində 2 nəfər həlak olub, 10 nəfər yaralanıb. Gecə saatlarında baş verən yanğında sakinlər yanğınsöndürənlərin ləng işlədiklərini iddia edirlər.
Putin Misirə gedir
Rusiya lideri Vladimir Putini Misirə gedir. Misir prezidenti Əbdül Fəttah as-sisi rusiyalı həmkarını Misirə dəvət edib. Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Şimali Koreya növbəti raket sınağına hazırlaşır
Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın yeni ballistik raket sınaqlarına hazırlaşdığını yazıb. Raket yüklü nəqliyyat vasitələrinin ölkənin qərb sahillərinə doğru aparıldığı aşkarlanıb. Ehtimal olunur ki, raket sınaqları Şimali Koreyanın yaradıldığı günə - 9 sentybara təsadüf edəcək. Buna qədər Şimali Koreya 6 nüvə sınağı keçirib.
İraqda 50-dən çox İŞİD-çi məhv edildi
İraq Silahlı Qüvvələri Təlafər şəhərində İŞİD terror qruplaşmasının 55 silahlısını zərərsizləşdirib. İŞİD döyüşçüləri artilleriya zərbələri nəticəsində məhv edilib.
Ermənistanda meşə yanğınları: rəsədxana təhlükədədir
Ermənistanın Araqsotn vilayətində (Yerevandan 36 km aralıda) dağlıq ərazidə meşə sahəsi yanmaqda davam edir. Burakan kəndində yerləşən Astrofizika Rəsədxanası hazırda yanğınlar səbəbindən təhlükədədir.
Myanmada izi itirmək üçün müsəlmanların cəsədləri yandırılır
Myanmanın Arakan əyalətində ordu tərəfindən öldürülən müsəlmanların cəsədələri bir yerə toplanaraq yandırılır. Bunu Mərkəzi Tailandda olan "The Arasında Project" adlı insan haqları təşkilatının direktoru Kris Leva deyib.Onun sözlərinə görə, kütləvi yandırılmaya səbəb qətliamın izini itirməkdir.
İsraillə Livan QARŞI-QARŞIYA: 20 ilin ən böyük manevri gerçəkləşəcək
İsrail ordusu son 20 ilin ən böyük hərbi manevrini etməyə hazırlaşır. Manevrin Hizbullah təşkilatına qarşı böyük bir hücum olduğu bildirilib. İkinci məqsəd isə Hizbullah militanlarının İsrail sərhədindən keçmələrinin qarşısını almaqdır. İsrail mediasında yayılan məlumata görə, İsrail Kəşfiyyat Xidmətinin keçmiş sədri Meyr Daqanın adını daşıyan hərbi manevrlər Livan sərhədində aparılacaq, Şimali İsrail Müdafiə Komandirliyi tərəfindən idarə ediləcək.
Oğul hamilə anasını öldürüb, cəsədini binadan atdı - DƏHŞƏT
Hadisə Türkiyənin Şanlıurfa ərazisində qeydə alınıb. 33 yaşlı suriya əsilli Nahiyə Atay 2004-cü ildə Əhməd Atay ilə ailə qurub. İzdivacdan onların 7 övladı dünyaya gəlib.
Bayhandan Dəniz Sekiye GÖZLƏNİLMƏZ JEST
Bayhan Deniz Sekiye gül çələngi göndərərək Qurban bayramını təbrik edib. Dəniz Seki Kiprdə məşhur hotellərin birində səhnəyə çıxıb. Həbsxanadan çıxdıqdan sonra ilk dəfə bayram konsertlərinə start verən müğənni-bəstəkara xüsusi gül çələngi gəlib.
İŞİD rus karvanına hücum etdi: ölənlər var
İŞİD terror təşkilatının Suriyanın Deyr əz-Zor şəhərindəki hücumları zamanı 2 rus həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.














