Myanmada buddistlərin məbədini yandırıblar
4 Sentyabr 2017 17:48 SiyasətEtnik Benqal sakinləri - rohinca döyüşçüləri Myanma və Banqladeş sərhədində buddistlərin məbədinə hücum ediblər.
Trend-in məlumatına görə, xarici KİV-lər döyüşçülərin tarixi məbədin ərazisini yandırdıqları, Buddanın heykəllərini dağıtdıqları barədə məlumat yayıblar.
Bildirilir ki, ərazidə gərgin vəziyyətlə əlaqədar 400 məktəbdə dərslər təhlükəsizlik baxımındn dayandırılıb.
Qeyd edək ki, burada vəziyyət avqustun 25-də döyüşçülərin polis məntəqələrinə hücumları ilə gərginləşib. Toqquşmalar nəticəsində çox sayda ölən və yaralanan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31