Dünya

Myanmada 58 min müsəlman Banqladeşə sığınıb

3 Sentyabr 2017 19:12

Myanmada zülmə məruz qalan Arakan müsəlmanları canlarını qurtarmaq üçün Banqladeşə sığınırlar.  25 avqustdan etibarən Myanmada Arakan müsəlmanlarına qarşı törədilən silsilə cinayətlər nəticəsində 3 minə yaxın müsəlman öldürülüb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, işgəncələr səbəbindən bölgədən qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 58 minə çatıb.

Orduya qadın başçılıq edəcək

3 Sentyabr 2017 19:05

Hindistanın yeni müdafiə naziri qadın olub. Bu barədə informasiyanı NDTV televiziyası yayıb. Televiziya yeni nazirin adının Nirmala Sitaraman olduğunu bildirib. Qeyd edək ki, Sitaraman bundan öncə ticarət və sənaye naziri kimi çalışıb. O,ölkə tarixində bu vəzifəni tutan ikinci qadın siyasətçidir.

"Harvi" qurbanlarının say ı 44 nəfərə çatıb

3 Sentyabr 2017 19:03

ABŞ-da fəlakətlərə səbəb olan "Harvi" qasırğası qurbanlarının sayı 44-ə çatıb. Qasırğa 8 gündür davam edir. Çox sayda itkin düşənlər var. Hazırda onların axtarışları istiqamətində tədbirlər görülür.

İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü

3 Sentyabr 2017 18:45

İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb. Bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib. Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün… Baş verən dəhşətli hadisəyə görə, o, radikal musəlmanları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

26 hərbçi həlak oldu

3 Sentyabr 2017 13:31

Somalidə terrorçular Kismayo liman şəhəri ərazisindəki Cubalend hərbi bazasına hücum edib. 26 hərbçinin həlak olduğu bildirilir. Hadisəyə görə məsuliyyəti "Əş-Şabab" terror qruplaşması üzərinə götürüb.

Gürcüstanda NATO təlimləri başlayır

3 Sentyabr 2017 11:38

Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər başlayır. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatına bildirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur. Bu gün saat 12.00-da Axaltsixe rayonunda yerləşən "Orfolo" poliqonunda "Agile Spirit 2017" hərbi təlimlərinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə ölkə prezidenti Georgi Marqvelaşvili və müdafiə naziri Levan İsoriya iştirak edəcək.

Almaniyada təlaş yaşanır - Hökumət insanlara dərman paylayır

3 Sentyabr 2017 11:36

Almaniya hökuməti ölkə vətəndaşlarına dərman paylayıb. Belə ki, Belçika ilə sərhəddə nüvə sızıntısı təhlükəsi Almaniyanın narahatlığına səbəb olub.  Almaniya hökuməti Achen bölgəsi sakinlərinə nüvə qazına qarşı yod həbi paylamağa qərar verib. Ətraf mühit üzrə mütəxəssis Markus Kremer bildirib ki, məqsəd bu həbləri paylayaraq insanları daha da çox narahat etmək deyil, amma riski düşünüb bunun qarşısını almaq lazımdır.

Elektrik stansiyasına hücum

2 Sentyabr 2017 22:40

İraqın Salahəddin vilayətinin Samirə şəhərində terrorçu kamikadzelərin elektrik stansiyasına hücumu nəticəsində 15 nəfər həlak olub. Elektrik stansiyasına 7 terrorçu hücum edib. Onların hamısı atışma zamanı öldürülüb. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və elektrik stansiyasının 6 işçisi də həlak olub. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələrinə elektrik stansiyasına nəzarəti tam bərpa etmək mümkün olub.

40-a yaxın zəvvar həlak oldu

2 Sentyabr 2017 20:45

Məkkədə bu il Ərəb ölkələrindən olan azı 39 zəvvar həlak ölüb. Ölən zəvvarlar qoca yaşda olublar və xroniki xəstəliklərdən əziyyət çəkiblər. Həmçinin 2,2 mindən çox insanın xəstəxanaya müraciət etdiyi bildirilir.

Hoteldə öldürülən məşhur aparıcı haqqında YENİ FAKTLAR

2 Sentyabr 2017 16:00

Filiz Akerin qardaşı qızı Dora Ercanın fotoları şok edib. Vatan Şaşmazı güllələyərək öldürən, daha sonra isə intihar edən Filiz Akerin qardaşı qızı Dora Ercanın haqqında yeni faktlar üzə çıxıb. Belə ki, Dora Ercanın da instaqramda paylaşdığı silahlı fotoları şübhə doğurub. Cinayətdən sonra hadisə haqqında ilk açıqlama verən və müxtəlif televiziya kanallarında danışan Dora Ercanı şübhəli şəxs qismində saxlanılıb.

Türk siyasətçi Yerin yuvarlaq olduğunu iddia edənləri masson adlandırdı  

2 Sentyabr 2017 13:05

AKP-li idarəçi dünyanın əslində düz olduğunu, yuvarlaq olduğunu iddia edənlərin isə masson olduğunu yazıb. AKP-nin Fateh gənclik qolu bölgə başçısının köməkçisi Tolqay Dəmir “akgencfatih.com” saytının məqalələr bölməsində “Düz Dünya Teoremi” adlı məqalə yayımlayıb.

UEFA İstintaq Palatası “PSJ” klubuna qarşı araşdırmaya başladı

2 Sentyabr 2017 08:49

UEFA Parisin “PSJ” klubuna qarşı araşdırmaya başlayıb. Bu barədə qurumun rəsmi saytında bildirilir. Məlumata əsasən, “PSJ” maliyyə “fair-play”ini pozmaqda şübhəli bilinir. “Yaxın aylarda İstintaq Palatası işlə əlaqəli bütün sənədləri hərtərəfli qiymətləndirmək üçün mütəmadi görüşlər keçirəcək”, məlumatda qeyd olunur. Qeyd edək ki, yay “transfer pəncərəsi” zamanı “Barselona”dan rekord məbləğə, 222 milyon avroya braziliyalı Neymarı transfer edən PSJ daha sonra “Monako”dan  Kilian Mbappeni icarə əsasında heyətinə qatıb.

Bu qidaları soyuducuya qoymayın - SİYAHI

2 Sentyabr 2017 08:47

Adətən bazardan aldığımız hər şeyi soyuducuya qoymağa çalışırıq. Düşünürük ki, soyuducuda olan şeylər daha gec xarab olacaq. Əslində isə hər şeyi soyuducuda saxlamaq səhvdir. Soyuducuya qoymayacağımız qidalarla sizi tanış olun. Zeytunyağı