Dünya
Ailə üzvlərini öldürərək intihar etdi - Tehranda faciə
İran paytaxtında ağır cinayət törədilib. Hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Bunun ardınca isə bıçaqla öz boğazını kəsərək intihar edib.
Ermənistan Rusiya üçün yeni Ukraynaya çevriləcəkmi?
Osetiyanın "Nıxas" informasiya portalı "Vestnik Kavkaza" nəşrinin Ermənistanda antirusiya əhval-ruhiyyəsinə dair vəziyyət barədə analitik məqaləsini dərc edib. Məqalədə Ermənistanda çoxsaylı Qərb fondlarının və amerikapərəst siyasətçilərin fəaliyyət göstərdiyi vurğulanır.
Türkiyə Suriyada yeni hərbi əməliyyat hazırlayır
Türkiyə bu ay ərzində Suriyanın İdlib şəhərində yeni hərbi əməliyyata başlayacaq. Türkiyə mətbuatı əməliyyatların "Azad Suriya Ordusu"nun bölmələri ilə birgə aparılacağını yazır.
Putin: "Tramp mənim nişanlım deyil ki..."
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın fəaliyyətindən məyus olmadığını bildirib. Mətbuat konfransında V.Putinə D.Trampa münasibəti barədə sual ünvanlanıb.
5 yaşlı uşaq tualetdə ilan tapdı
İngiltərədə yaşayan ailənin 5 yaşlı oğlu Ceyms 91 santimetr uzunluğunda piton ilə həyəcanlı anlar yaşayıb. Həyət evində yaşayan ailə dəhşətli anlar yaşayıb. Evin xanımı Laura Covell deyib ki, bir neçə gündür kanalizasiya sistemi yaxşı işləmirdi. Sən demə, piton günlərlə unitazın içərisində qalıb.
İsveç 105 yaşlı qadına sığınacaq vermədi
Bibihal Üzbek adlı qadının 106 yaşı var. Əfqan əsilli qadın oğlu və nəvəsi ilə birlikdə İsveçdən sığınacaq istəyib. Səhhətində problem olan qadının çətinliklə danışdığı və yeriyə bilmədiyi bildirilsə də, müraciətə qəti şəkildə etiraz edilib.
Türkiyədə rüsvayçılıq — Cin çıxarma xəstəxanası açıldı
İstanbulda cin çıxarmaq üçün xəstəxana açılıb. İstanbulda xidmətə açılan "Manevi Şifa Merkezi" adlı xəstəxana bir ilkə imza atıb. Cin xəstəxanası olaraq tanınan mərkəzdə İslami müalicə üsulları ilə, dua və Qurandan ayələr oxumaqla sehri və cadunu pozur, cin çıxarırlar.
Alimlər bunu da etdilər — Laboratoriyada 100 faizlik həqiqi ət istehsal edildi
"Memphis Meats" şirkətinin laboratoriyasında orijinal ət ilə eyni dadı verən dana, toyuq və ördək əti istehsal ediblər. Heç bir heyvanı kəsmədən tamamilə laboratoriya şəraitində istehsal edilən ətə "təmiz ət" adı verilib.
İnsanın daxilini göstərən kamera kəşf edilib
İnsanın daxilini göstərən kamera kəşf edilib. Edinburq Universitetinin professorları bu cihazın xəstələrin daxili orqanlarını yoxlamaq üçün əlverişli olduğunu bildiriblər.
Məşhur şair və tənqidçi vəfat etdi
Məşhur amerikalı şair Con Eşberi Nyu-York ştatının Hudzon şəhərində vəfat edib. “Olaylar” bildirir ki, 90 yaşlı şair evində ölü tapılıb. 1927-ci ildə Nyu-Yorkda dünyaya gələn Con Eşberi 1976-cı ildə "Pulitser" poeziyası mükafatına layiq görülüb və həmçinin ədəbiyyat üzrə Nobel mükafatı namizədi olub. Eşberi “Qabarıq şüşədəki avtoportretim” adlı şeirlər kitabına görə ABŞ Milli kitab mükafatını qazanıb.
“Çin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”
Çin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu Çinin müdafiə naziri Çanq Vanquan erməni həmkarı Vigen Sarkisyanla görüşü zamanı bildirib.
Mövlud Çavuşoğlu: “Avropa Birliyinin üzvü olmaq istəyirik"
"Türkiyə keçmişdə olduğu kimi, indi də Avropa Birliyinin üzvü olmaq istəyir." Bu sözləri AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir
Gürcüstan Ermənistanın bu ölkəyə təyin etməyi düşündüyü səfirə aqreman verməkdən imtina edir. Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır.
Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pislədi
Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.
ABŞ-Rusiya gərginliyi artır
ABŞ-Rusiya münasibətlərində böhran dərinləşir. Bu işdə Amerikanın mövcud sistemi və Demokrat Partiyası xüsusilə canfəşanlıq edir. Hətta ABŞ-da Rusiya diplomatik korpusunun binalarına dair atılan adddımları mahiyyət baxımından Rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasına da bənzətmek olar”. “OLAYLAR”-ın xəbərinə görə. bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib.














