Dünya
Myanmarda nələr baş verir?
Bu günlər əsas diqqət mərkəzində olan ölkələrdən biri Myammardır. Bəzi dövlətlər burada müsəlmanların kütləvi şəkildə qətlinə seyriçi kimi baxır, bəziləri isə bu qətliamın tezliklə durdurulmasını, ona son qoyulmasını istəyir, bu istiqamətdə hansısa addımlar atmağa çalışır. Myammardakı insanlıq dramına son qoyulması istiqamətində Türkiyənin fəallığı xüsusilə seçilir. Lakin təəssüflər olsun ki, Ankaranın təşəbbüsü beynəlxalq səviyyədə, xüsusilə də dünyanın supergücləri tərəfindən dəstək qazanmadığından hələ ki, müsəlmanların kütləvi şəkildə soyqırımını önləmək qeyri-mümkün olaraq qalır. Hər ötən gün isə yüzlərlə insanın həyatı bahasına başa gəlir. Bütün dünya mətbuatı bu barədə yazsa da, lakin beynəlxalq təşkilatlar və güclər bu istiqamətdə konkret addım atmağa tələsmirlər. Əksinə daha çox insanın, bir qədər də dəqiqləşdirsək müsəlmanın qətlə yetirilməsinə şərait yaradırlar.
NATO toy mərasimini qana buladı
NATO hava qüvvələri Əfqanıstanın paytaxtı Kabilin Qarabağ əyalətində bir toyu bombalayıb. "Olaylar" bildirir ki, Qarabağ əyalətinin rəsmisi Abdul Sami Şərifin sözlərinə görə NATO təyyarələri toy mərasiminə yaxın ərazisə yerləşən Karci qəsəbəsini bombalamaları nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb. Hadisə ilə əlaqədar istintaq başladıldığı bildirilir. Şahidlərin sözlərinə görə, ölənlərin sayı iki dəfə çoxdur.
Erməni gəlin toyda "Məşədi İbad"ın mahnısına oynadı
Erməni toyunda gəlin "Uzundərə rəqsi"nin musiqisinə rəqs edib. Toy mərasimində qonaqların qarşısında rəqs edən gəlinin seçdiyi mahnı qədim Azərbaycan rəqslərindən biri - Uzundərə rəqsinin müsiqisidir. Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Putin Ramzan Kadırovun Myanma ilə bağlı dediklərini şərh edib
Hər bir insanın şəxsi fikri var və Çeçenistan başçısı Ramzan Kadırovun Myanmadakı hadisələrlə bağlı fikirlərində heç bir müxaliflik yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. "O ki qaldı Rusiya vətəndaşlarının dövlətin xarici siyasəti ilə bağlı fikirlərinə, hər bir insanın şəxsi fikri və bunu bildirməyə hüququ var", - Putin bəyan edib. Prezident əlavə edib ki, bunun insanın vəzifəsi ilə heç bir asılılığı yoxdur.
Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edib
"Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib". Məlumata görə, bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib.
Ərdoğan Myanmanın lideri ilə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət müşaviri (baş nazir səlahiyyətlərinə malikdir) Aung San Suu Kyi arasında telefon söhbəti baş tutub.
“Bəs Şoyqunun lazımsız oyunlarında niyə Azərbaycanla birlikdə iştirak edirdik?...”
Xəbər verildiyi kimi ötən həftə Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Agile Spirit -2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərində iştirakdan son anda imtina edib. Təlimlərin açılışında məlum olub ki, Ermənistan kontinenti təlimlərə qatılmır və rəsmi İrəvan bu haqda heç xəbərdarlıq etməyə də macal tapmayıb. Baxmayaraq ki, bundan cəmi bir neçə həftə əvvəl Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Noble Partner-2017” təlimlərində iştirak etmişdi.
Terrorçuluq niyə məğlubedilməzdir?
Beynəlxalq terrorizm bəşəriyyəti ciddi şəkildə təhdid etməkdədir. Zaman-zaman Qərbin, Avropanın əli ilə yaradılan terror təşkilatları bu gün Yaxin Şərqi sanki qan gölünə çevirib. Suriyadan İraqa, Yəməndən Liviya, Misir və digər ərəb ölkələrinə qədər hər yerdə terror dalğası əsdirən bu təşkilatlar indi də Avropanın, Qərbin başına bəla açıb. Son bir neçə ildə Fransada, Almaniyada, Belçika və İspaniyada həyata keçirilən terraktlar bunun əyani sübutudur.
Rusiyada məktəbdə atışma: yaralılar var
Moskva vilayətində polis məktəblərin birində atışma törətmiş məktəblini saxlayıb. İvanteevka kəndində məktəbdə atışma baş verib. Hadisə nəticəsində yaralıların olduğu bildirilib. Polis şagird və müəllimlərin binanı tərk etdiyini deyib.
Jurnalist başıaçıq qadınları soyulmuş pomidora bənzətdi - QALMAQAL
Türkiyədə "Yeriyən Böyük Şərq Simpoziumu" adı altında keçirilən iclasda qadın mövzusu müzakirə olunub. Müzakirə zamanı hicab bağlamayan qadınlar soyulmuş pomidora bənzədiliblər.
Cem Yılmazı FETÖ – cü olaraq elan etdi
Türkiyənin məşhur “Sabah” qəzetinin yazarı Ersin Ramoğlu türkiyəli komediya ustası Cem Yılmazı FETÖ - cü adlandırıb. “Olaylar” bildirir ki, aktyor bu yazıya görə narahat olub. Ramoğlu 'Tarkan, Sezen Aksu və Cem Yılmazdak FETÖ izi” başlıklı yazısında "Cem Yılmaz, Tarkan Tevetoğlu və Sezen Aksu kimi sənətçilərin Ərdoğana qarşı gərgin olmalarının səbəbi FETÖ – dür” – deyə, bildirib.
Gördüklərinizə inanmayacaqsınız: Dünyanın ən varlı gənc iş adamının EVİNƏ SƏYAHƏT
Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq planetin ən zəngin adamlarından biridir. İstedadlı proqramçının evinin görüntləri yayılıb. Çoxları elə düşünür ki, Mark dünyanın ən varlı gənc iş adamı olduğu üçün onun evi çox təmtəraqlıdır. Lakin bu, belə deyil. Olduqca sadə evdə yaşayan Zukerberq onu "ağıllı ev" adlandırır.
Myanma hakimiyyəti rahinciləri soyqırımında ittiham etdi
Müsəlman roxinca xalqının kütləvi qətlində ittiham olunan Myanma hakimiyyəti “Arkan Roxincanın Azadliq Ordusu”nun buddistlərə hücum etməsindən yazıb. Roxinca etnik azlığını yaratdığı silahlı dəstələr sentyabrın 3-dən 4-nə keçən gecə Maunttau rayonunda buddistlərə məxsus yüzlərlə evi yandırıblar.
Feysbukda canlı yayımda faciə: 3 nəfər öldü - DƏHŞƏTLİ VİDEO
Hindistanda sürət həddini aşan gənclər sükan arxasında canlı yayım ediblər. 4 gəncin bu cəhdi faciə ilə nəticələnib. Diqqəti yayınan sürücü idarəetməni itirib və qəza baş verib. Gənclərdən 3-ü hadisə yerində dünyasını dəyişib, 1 -i isə ağır yaralanıb. Faciə anı sosial şəbəkədə anbaan izlənilib. Həmin görüntüləri təqdim edirik.
Üzündəki sızanaqları təmizləmək istədi, qaraciyərini itirdi
Üzündəki sızanaqlardan qurtulmaq istəyən qadın xəstəxanaya düşüb. Türkiyənin Çorum vilayətində yaşayan 2 uşaq anası, 35 yaşlıSibel Çilingir çənəsindəki sızanaqlardan qurtulmaq üçün davamlı olaraq dərman qəbul edib.














