Dünya

Özü sıradan çıxan elektronika qurğusu yaradılıb

5 Sentyabr 2017 19:44

Fiziki cəhətdən dayanıqlı olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək qabiliyyətinə malikdir. Məsələn, həll olunan konstruksiyalar ekoloji monitorinq və ya dərmanların müəyyən orqanlara dəqiq çatdırılmasında istifadə olunur. Belə cihazlar ənənəvi elektron qurğularla müqayisədə daha sürətlə sıradan çıxır, buna görə ətraf mühiti az çirkləndirir.

“Excel” proqramında real vaxtda birgə redaktə funksiyası istifadəyə verilib

5 Sentyabr 2017 19:39

“Microsoft” korporasiyası “Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib.  Məlumata görə, bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan “OneDrive”, biznes üçün “OneDrive” və ya “SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür.

“Sharp Aquos 8K TV” televizoru nümayiş olunub

5 Sentyabr 2017 19:34

Yaponiyanın “Sharp” istehsalçısı “IFA 2017” sərgisində təsvir ölçüsü adi “Full HD” standartını 16 dəfə üstələyən 70 düym diaqonallı “8K” formatlı “Aquos” televizorunu nümayiş etdirib. 

Səsli idarəetməyə malik avtomatik hərəkət edən soyuducu təqdim edilib

5 Sentyabr 2017 19:30

Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində Yaponiyanın “Panasonic” şirkəti səsli idarəetməyə malik və mətbəxdə sərbəst hərəkət edən avtomatlaşdırılmış soyuducu nümayiş etdirib.

Qadınların dünyanı dəyişdirən 9 İXTİRASI

5 Sentyabr 2017 19:05

Sizdən tanınmış ixtiraçıları soruşsaq, çox güman ki, Tomas Edison, Qraham Bell, hətta, Leonardo Da Vinçini misal gətirəcəksiniz.

Qəhvə içmək görün nəyə səbəb olurmuş

5 Sentyabr 2017 19:00

Kornel universitetindən olan amerikalı alimləri bildiriblər ki, qəhvənin istifadəsi insanda şirin məhsullara meylliliyə səbəb olur. Bu halda səhərlər cəmi bir fincan həvəsləndirici qəhvə kifayətdir ki, şirniyyata ehtiyac provokasiya olunsun.

Şahzadə Diananın ölümündəki SİRR pərdəsi – ŞOK İDDİALAR

5 Sentyabr 2017 18:55

İngiltərə krallığının varisi Şahzadə Çarlzın eks həyat yoldaşı və dünyanın ən məşhur qadınlarından Diana Spenser ölümünün 20-ci ilində yad edilib. O, Fransanın paytaxtı Parisdə 1997-ci ildə, 36 yaşında olarkən paparassilərin onu izlədiyi vaxt yol qəzasında həyatını itirib. Ancaq indiyədək onun ölümü ilə bağlı bir çox iddialar irəli sürülür.

Alişanın nişanlısından ayrılması xəbəri düz çıxdı

5 Sentyabr 2017 18:41

Müğənni Alişanın nişanlısı Eda Erol İnstaqram hesabında ayrılmaları ilə bağlı statusu inkar etsə də, məsələnin əsası aydınlaşıb. Edanın “İki mədəni insan kimi ayrıldıq” statusundan sonra bacıları Bihter və Esra bunun yalan olduğunu, onun səhifəsinin hakerlər tərəfindən oğurlandığını iddia etmişdi. Lakin Alişanla Edanun bir-birlərini izləməyi dayandırması cütlüyün ayrılması iddiasını gücləndirib. Məsələ ilə bağlı Alişandan hələ də heç bir açıqlama verilməyib.  

ABŞ düşmənini bu ölkələrin əli ilə məhv edəcək

5 Sentyabr 2017 18:25

ABŞ prezidenti Donald Trump Yaponiya və Cənubi Koreyanın ABŞ-dan daha yüksək texnologiyalara sahib silah almalarında ciddi bir artıma icazə verdiyini açıqlayıb. Bu barədə Tramp tvitter hesabında yazıb.

Suriya ordusu üçillik mühasirəni yardı

5 Sentyabr 2017 18:12

Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb.  Bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın “Hizbullah” təşkilatına yaxın mənbə bildirib. Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.

ABŞ-ın qapısında yeni təhlükə - “İrma”

5 Sentyabr 2017 17:06

Atlantik okeanı üzərində formalaşmış “İrma” qasırğası ən yüksək dərəcədə - 5-ci kateqoriyayadək güclənib. Artıq Karib dənizinin bir sıra adalarında qasırğa xəbərdarığı verilib. Sürəti saatda 280 kilometrə çatan qasırğanın Antiqua və Barbuda, Sent Kitts və Nevis, Puerto-Riko adalarına təhlükə törədə biləcəyi bildirilir. Bundan başqa, ABŞ-ın Florida ştatının sahillərinə də qasırğanın çata biləcəyi istisna olunmur.

Yeri məhv edə biləcək silah: HİDROGEN BOMBASI NƏDİR, NECƏ YARANDI?

5 Sentyabr 2017 16:40

Şimali Koreyanın həyata keçirdiyi hidrogen bombası sınaqları son günlər dünya gündəminə elə “bomba” kimi düşdü.

Vladimir Putin: "İpək yolu layihəsi üzrə ən yaxşı variant seçiləcək"

5 Sentyabr 2017 16:02

"İpək yolu" layihəsi çərçivəsində dəmiryolu magistralı marşrutu hələlik müzakirə olunur. Ən yaxşı variant seçiləcək". Bunu Rusiya prezidenti Vladimir Putin Çində keçirilən BRİKS sammitinin yekununa dair keçirilən mətbuat konfransında bildirib.

Ermənistanın müdafiə nazirinin müavinindən ŞOK ETİRAF — Qarabağla bağlı

5 Sentyabr 2017 15:50

Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan Azərbaycanın Qarabağ münaqişəsini müharibə yolu ilə həll edəcəyini bildirib. Zakaryanın fikrinə əsasən rəsmi Bakının silahlanmaya böyük pul ayırması bundan xəbər verir. Nazir müavini deyib: "Azərbaycan silahlanma siyasətini bazar və silah çeşidlərini artıraraq davam etdirir. Rəsmi Bakının silahlanmaya böyük pul ayırması Qarabağ münaqişəsinin müharibə yolu ilə həll etmək barədə qərarından xəbər verir".

İtaliyada 4 yaşlı uşaq malyariyadan öldü

5 Sentyabr 2017 15:42

İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Məlumata görə, həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər. Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub.