Dünya
Türkiyədə terror törətmək istəyən İŞİD-çi tutulub
Türkiyənin Mersin şəhərində polis mərkəzini partlatmaq istəyən şəxs saxlanılıb. Onun üzərindən 3 kq yaxın partlayıcı maddə aşkarlanıb.
Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər
Tarixən Türkiyə ilə Rusiya arasındakı münasibətlər geniş geosiyasi məkana ciddi təsir edib. Əsrlərlə Avrasiyanın iki böyük imperiyası bir-birinə düşmən siyasət yeridiblər. Təcrübə göstərir ki, belə gedişat, əslində, həm Türkiyəyə, həm də Rusiyaya ziyandır. Son illər iki böyük dövlət daha çox əməkdaşlığa meyl edirlər. Bu ilin avqustunda İzmirdə beynəlxalq sərgi-yarmarkanın keçirilməsi zamanı iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığın əldə edilməsi yeni ümidlər yaradıb. Analitik və ekspertlər Rusiya-Türkiyə yaxınlaşmasının faydalılığını əsaslandırmaq üçün müxtəlif arqumentlər gətirirlər. Biz onların bəziləri üzərində geniş dayanaraq, iki ölkə arasındakı əlaqələrin inkişafının doğrudan da, geniş geosiyasi məkanda müsbət nəticələr verəcəyini vurğulamaq istərdik.
Moskvada göydələn təxliyə edildi
Moskvanın “Moskva-Siti” biznes şəhərciyində göydələnlərdən biri təxliyə edilib. Buna ərazisində sahibsiz əşyanın tapılması səbəb olub.
İrəvanda yenidən etiraz aksiyası keçirilib
Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib. Etiraz edənlər fəaliyyəti dayandırılan "Nairit" zavodunun işçiləridir. Kimyaçı-mühəndis Anahit Manukyan bildirib ki, zavodun yenidən işə salınmasına sərmayə qoymaq istəyən olsa da, hökümət texniki audit keçirməyə icazə almaq üçün sərmayədarların xahişinə cavab vermir.
Türkiyə vətəndaşlarını ABŞ-a getməməyə çağırdı - Səbəb "İrma"
Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını “İrma” qasırğası ilə əlaqədar ABŞ-a səfər etməməyə çağırıb. Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir. Bundan başqa, Türkiyə XİN qasırğa zonasında olan vətəndaşları da ehtiyatlı olmağa çağırıb.
Evlilik verilişi haqda daha bir qalmaqal: "Rola girmişdik"
Zuhal Topalın evlilik verilişində Əliyə namizəd olan Nurlana proqramın bağlanmasından sonra bəzi etiraflar edib. Türkiyə mediası xəbər verir ki, azərbaycanlı iştirakçı verilişdə hər şeyin saxta olduğunu deyib: “Hər şey ssneari idi. O qədər efirdə olsaq da, pulumuzu vermədilər. Bizi rola salırdılar”.
Rusiyada hərbi poliqonda partlayış olub, ölən və yaralananlar var
Rusiyada hərbi poliqonda partlayış baş verib. Məlumatına görə, Leninqrad vilayətində yerləşən poliqonda baş verən partlayış zamanı bir hərbçi ölüb, 5 nəfər yaralanıb. "Bu gün yerli vaxtla saat 12:30 radələrində Leninqrad vilayətində yerləşən poliqonda keçirilən tanklardan planlaşdırılmış atış zamanı mərmi altı nəfər mühəndis istehkamçısının yaxınlığında partlayıb. Nəticədə bir hərbçi ölüb, 5-i yaralanıb", - deyə məlumatda bildirilir. Faktla bağlı araşdırma aparılır.
Tbilisidə Rusiyadan gəlmiş turist döyüldü
Tbilisinin mərkəzində üç naməlum şəxs Rusiyadan gəlmiş turistə hücum ediblər. Xəstəxanaya yerləşdirilmiş kişinin vəziyyəti stabil və kafidir. Onun bu gün axşam xəstəxanadan buraxılacağı gözlənilir. Həkimlərin bildirdiyinə görə, rusiyalı qonaq xəstəxanaya baş və üz nahiyəsinin zədələri ilə daxil olub.
Poti və Batumi limanları bağlandı
Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb. "İnterfaks" xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb.
Qarabağ separatçılarının növbəti şousu
Bu gün Azərbaycanın işğal altındakı ərazilərində növbəti şou keçirilib. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma “parlament”də “and içib”. Separatçılar bu ilin əvvəlində işğal zonasında keçirilmiş “konstitusiya referendumu”na əsasən “yarımprezident üsul-idarəsindən prezident idarəçiliyinə” keçiblər. Yaydakı “prezident seçkisi” adlı şoudan sonra isə B.Saakyan “parlament”də 2020-ci ilədək separatçılara rəhbərlik etmək “hüququ qazanıb”.
Makron: Türkiyə AB-dən uzaqlaşır, narahatam
Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı açıqlama verib. Makron Türkiyənin AB-dən uzaqlaşdığını, lakin münasibətləri tamamilə qoparmamalı olduğunu bildirib.
İsveçdə terakt hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Sentyabrın 6-da axşam İsveçin cənubunda təxminən 30 yaşı olan bir nəfər saxlanılıb. O, ölkə ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir. Yerli KİV-in məlumatına görə, dövlət ittihamçısı Yevamari Xaqqkvist qeyd edib ki, bu şəxs barəsində ittiham əsassız deyil: “Məsələ ondadır ki, o, istintaqa ziyan vura bilərdi”.
Məxfi qrup Facebook-da amerikalı seçiciləri necə çaşdırıb
"The Telegraph" yazır ki, Rusiyada mənzillənmiş məxfi qrup ABŞ seçkilərini təsirləndirmək üçün Facebook-da 100 min dollarlıq reklam alıb. Facebook rəsmiləri bildiriblər ki, bəzi hallarda bu reklamlarda namizədlər Donald Tramp və ya Hillari Klintonun adları çəkilirdi.
Böyük Britaniya fövqəladə iclas çağırır
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Karib dənizi üzərində tüğyan edən “İrma” qasırğası ilə əlaqədar fövqəladə komissiyanın iclasını keçirəcək. Bununla əlaqədar bir qədər əvvəl ölkənin baş naziri Tereza Mey də Fransa prezidenti Emmanuel Makronla danışıqlar keçirib.
Nazir: Almaniya bu məsələdə Türkiyəyə mane ola bilməz
Almaniya Türkiyənin Avropa İttifaqının gömrük birliyinə daxil olmasına mane ola bilməz. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. O qeyd edib ki, Türkiyə bu birliyə daxil olmaq üçün Almaniya ilə danışıqlar aparmır. N.Zeybekçi onu da vurğulayıb ki, Almaniyanın bütün cəhdlərinə baxmayaraq Türkiyə gömrük birliyinə daxil olmaq üçün işini davam etdirəcək.














