Dünya

Avropaya qanlı hücumlar hazırlanır

7 Sentyabr 2017 15:46

İŞİD terror qruplaşmasının lideri Əbubəkd əl-Bağdadi aldığı məğlubiyyətlərə qisas olaraq Böyük Britaniya və başqa Avropa ölkələrinə qarşı terror hücumlarının yeni dalğasını hazırlayır.

Sabiq nazirin adı Rza Zərrabın cinayət işində

7 Sentyabr 2017 15:27

Amerikada həbs edilən azərbaycan əsilli iş adamı Rza Zarrabın cinayət işi üzrə yeni detallar məlum olub. Cinayət işində sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, "Xalq Bank"ın keçmiş müdiri Süleyman Aslan, icraçı direktor müavini Ləvənt Balkanın da adı hallanır. Onlar ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda ittiham olunurlar.

Ermənistan “Jara”-nın yayımına qadağa qoyub

7 Sentyabr 2017 15:24

İyulun 27-dən 30-dək Bakıda keçirilmiş “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Festivalda 80-dən çox tanınmış artist iştirak edib. Beynəlxalq festivala nəinki Azərbaycan paytaxtının sakinləri, həm də dünyanın müxtəlif ölkələrindən musiqi sərrafları maraq göstəriblər. Çoxsaylı qonaqlar respublikanın turizm imkanları ilə yaxından tanış olub, paytaxtın və regionların inkişafını öz gözləri ilə görüblər.

Myanmada müsəlmanların qətliamına fətva verən lider öldürüldü 

7 Sentyabr 2017 15:12

Myanmanın Arakan ştatında müsəlmanların qətliamına fətva verən buddist ruhani lider öldürülüb. Ruhani lider dünən səhər saatlarında çeçen mücahidləri tərəfindən mühafizəçiləri ilə birlikdə qaçırılıb. Xəbərə görə, öldürülən ruhani liderin gözləri də çıxarılıb.

"Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm"

7 Sentyabr 2017 15:10

"Antalyaspor"un hücumçusu Samuel Eto`o klubu tərk etmək istədiyini bildirib. Təcrübəli forvard ötən mövsüm komandadan kənarlaşdırılması, rəhbərlik dəyişikliyi barədə fikirlərini bölüşüb. "Qurumlar qalır, rəhbərlik dəyişir. Fərqli rəhbərlikdə müxtəlif fikirlər ola bilər. Bunlar futbolun bir hissəsidir.

Facebook ABŞ-dakı prezident seçkilərində Rusiyadan reklam alıb

7 Sentyabr 2017 15:07

Ötən il ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Facebook-un Rusiyaya aid hesablardan reklam aldığı ortaya çıxıb.  3 min reklam üçün 100 min dollar xərclənib. Reklamların  2200-ü siyasi motivli - ABŞ-da irqçilik, immiqrasiya və silah nəzarəti ilə bağlı sosial gərginliyə, parmalanmaya yol açan paylaşımlar olub. Bu reklamlara 50 min dollar vəsait sərf edilib.

Bakıda ərəblərdən daha bir təəccüblü hərəkət - VİDEO

7 Sentyabr 2017 15:05

Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlər bu dəfə də diqqəti üzərilərinə çəkiblər. Ərəblərin bu dəfəki videosu Bakı aeroportunda çəkilib. Belə ki, hava limanında ərəblər dondurma alıblar və həmin dondurmanın bir hissəsi yerə tökülüb. Buna baxmayaraq ərəblər keflərini pozmayıblar. Qaşıq götürüb yerdə oturaraq həmin dondurmanı yeməyə başlayıblar. Onların bu hərəkəti ətrafdakı insanların marağına səbəb olub.

İlk qadın nazir vəfat etdi

7 Sentyabr 2017 15:03

Türkiyənin ilk qadın naziri Türkan Akyol 89 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.  “Olaylar” bildirir ki, 1928 – ci ildə İstanbulda anadan olan eks nazir  1959-1962-ci illərdə ABŞ-da, 1965-ci ildə Fransada, daha sonra Hollandiyada tədqiqatçı kimi çalışıb.

Günəşdə PARTLAYIŞIN fəsadları - Rabitə çökdü

7 Sentyabr 2017 14:39

Sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayış Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə səbəb olub. Partlayışlar seriyası sentyabrın 4-dən qeydə alınıb. 

“Atom silahına malik olduğumuzu unutmasınlar!” - ABŞ-a TƏHDİD

7 Sentyabr 2017 14:05

“ABŞ Koreya yarımadasında sülh istəyən beynəlxalq cəmiyyətin iradəsinə məhəl qoymur. Vaşinqtonun yalnız bir hədəfi var: müharibə”. Bunu jurnalistlərə Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətinin başçısı Kim Yon Ce söyləyib: “Trampın davakar fikirləri və Koreya Xalq Demokratik Respublikasına qarşı ABŞ-ın fitnələri əyani şəkildə göstərir ki, ABŞ Koreya yarımadasında müharibə istəyir”.

Daun sindromlu qıza təcavüz edən manyakı öldürməkdən betər etdilər

7 Sentyabr 2017 13:47

İzmirdə daun sindromlu qıza sataşdıqdan sonra telefonla da narahat edən manyakı öldürməkdən betər ediblər. Təcavüz hadisəsi Qurban bayramının ilk günü, İzmirin Buca bölgəsində baş verib. B.A adlı daun sindromlu qız marketdən evə gələrkən manyak onu izləməyə başlayıb. Manyak 15 yaşlı qızı binanın girişinə sıxışdırıb. Daha sonra manyak zorla qızın nömrəsini alıb və azyaşlını telefonla narahat etməyə başlayıb.

ABŞ-ın dünya hökmranlığı başa çatdı: Rusiyadan cavab VARİANTLARI

7 Sentyabr 2017 13:38

Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlərə cavab üçün Moskvada bir çox variant var. Bunu Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bildirib.

Suriyada kimyəvi silah istehsal edən yer bombalandı

7 Sentyabr 2017 13:35

İsrail döyüş təyyarələrinin Suriyanın Hama vilayəti yaxınlığında yerləşən kimyəvi silah istehsal edən Masyafa elmi araşdırma mərkəzini hədəf aldığı bildirilir. “Olaylar” bildirir ki, hücum zamanı iki əsgər öldürülüb. Masyafa elmi araşdırma mərkəzi Xan Şeyxdə onlarla dinc sakinlərin həyatını itirdiyi, kimyəvi hücumlar üçün istifadə edilən yer kimi tanınır. Qeyd edək ki, İsrail döyüş təyyarələri Livan hava sahəsini istifadə edərək Suriyaya daxil olublar.

Rusiya vətəndaşı olmaq üçün 10 milyon dollar lazımdır

7 Sentyabr 2017 13:12

Rusiya Yaxın Şərqin iqtisadiyyatına 10 milyon dollar investisiya qoyan xarici investorlara vətəndaşlıq verilməsini sadələşdirəcək.

"İrma" qasırğası 8 nəfərin ölümünə səbəb olub

7 Sentyabr 2017 12:50

Karib adalarında qeydə alınan “İrma” qasırğası Fransa adalarında insan ölümünə səbəb olub. Qasırğa nəticəsində Barbuda adasında 1, Barts və adalarında ən az 6, Barbados adasında isə 1 nəfər ölüb. Ölənlərin sayının artması gözlənilir. Fransa Daxili işlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində 23 nəfər də xəsarət alıb.