Dünya

2050-ci ilə qədər müharibə, 100 milyonlarla ölü - DƏHŞƏTLİ PROQNOZ

7 Sentyabr 2017 12:48

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Avropada genişmiqyaslı müharibələrdən xəbər verib. “Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” proqramının qonağı olan siyasətçi dünyanın müharibələrə doğru getdiyini bildirib. Jirinovski daha sonra potensial qaynar nöqtələri sadalamağa başlayıb. 

Ermənistanın 3 hərbçisi öldürülüb -  Gizlədilən qətllər

7 Sentyabr 2017 12:44

Ermənistanın iqtidaryönlü saytları “ən yenilməz ordu” adı altında hərbçilərini tərifləməyə davam etdiyi zaman Dağlıq Qarabağda cəbhə xəttində və Ermənistanda hərbçilər həmkarları tərəfindən döyülür və öldürülür.

"Aeroflot" məhkəməni uduzdu

7 Sentyabr 2017 12:40

Rusiyanın paytaxtı Moskvada maraqlı iddia ilə məhkəmə prosesi başladılıb.  Rusiyanın hava yolu şirkətlərindən biri olan "Aeroflot" işçiləri tərəfindən məhkəməyə verilib. İddia edilir ki, rəhbərlik 2 stüardessanı artıq çəkiyə görə işdən azad edib.

Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ

7 Sentyabr 2017 12:38

Bu gün növbəti maqnit qasırğasının başlanğıcı proqnozlaşdırılır. Bu haqda Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosfer və Radiodalğalar İnstitunun Kosmik Hava Məlumatı Mərkəzinin rəhbəri Sergey Qaydaş bildirib. Onun sözlərinə görə, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların əhvalının pisləşməsinə gətirib çıxaracaq.

İraqda İŞİD-ə qarşı YENİ ƏMƏLİYYAT başladı

7 Sentyabr 2017 12:35

İraqın Baş naziri Heydər əl-Abadi Havicə və Ənbar şəhərlərinin İŞİD terror təşkilatından azad edilməsi üçün yeni hərbi əməliyyatın başladığını elan edib. Baş nazir İraqın tamamilə İŞİD silahlılarından təmizlənməsinə qədər əməliyyatların davam edəcəyini deyib. Bu şəhərlərin azad olunması üçün əməliyyatlar "Peşmərgə" qüvvələri ilə birgə aparılacaq.

Erməni terrorçuya 12 il həbs cəzası verildi

7 Sentyabr 2017 12:28

Moskva dairə hərbi məhkəməsi erməni terrorçu Aram Petrosyan barədə hökm çıxarıb.  Aram Petrosyan terrorizmdə və girov götürməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.  Dövlət ittihmaçısı Aram Petrosyanın 13 il müddətinə həbs edilməsini istəmişdi.

WhatsApp-da daha bir yenilik

7 Sentyabr 2017 12:19

"WhatsApp" şirkət nümayəndələrinin messencerlə işini sadələşdirəcək biznes proqramı təqdim etməyi planlaşdırır. Yeni əlavəni kiçik və orta biznes üçün pulsuz təqdim edəcək "WhatsApp" iri şirkətlər üçün gəlir mənbəyi rolunu oynayacaq korporativ həll yaradacaq. "Bizim yanaşma sadədir: biz biliklərimizi insanlara bir-biri, iri və kiçik şirkətlərlə əlaqə qurmağa kömək etməklə tətbiq etmək istəyirik", - messencer nümayəndələri bildirib.

Yəhudilərdən müsəlmanlara dəstək

7 Sentyabr 2017 12:20

Fevral ayında Florida ştatının Tampa şəhərində yerləşən və yanğın nəticəsində istifadə olunmayan  məscidin təmiri üçün yardım kampaniyasına start verilib. “Olaylar” bildirir ki,  Adil Kerim adlı şəxs tərəfindən təşkil olunan kampaniya zamanı məscidin təmiri üçün 40 min dollar həcmində online aksiyaya başladılıb. Lakin, kompaniya müddətində  məscidin təmirinə 78 min dollardan çox vəsait toplanıb.

Nigeriya əhalisi üçün “ölüm marşı” çalınır

7 Sentyabr 2017 12:01

Nigeriya əhalisi daha bir bəlanın ağuşunda boğulur. BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Nigeriyada əhalinin sürətlə vəba xəstəliyinə yoluxduğunu bildirib. Onun sözlərinə görə, virus avqust ayından başlayaraq ölkədə sürətlə yayılmağa başlayıb.

Netanyahu sıx əlaqələrin qurulmasından danışdı

7 Sentyabr 2017 11:50

İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb. Bu məsələyə o, yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə XİN-də düzənlənən qəbulda çıxış edərkən toxunub. Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.

ByLock istifadəçilərinə qarşı əməliyyat

7 Sentyabr 2017 11:47

Türkiyə Kayseri Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə Şöbə Müdirliyi ilə birgə PKK terror təşkilatına qarşı növbəti əməliyyat təşkil ediblər. “Olaylar” bildirir ki, təhlükəsizlik qüvvələri 24 ünvanda axtarış əməliyyatları həyata keçiriblər. Əməliyyat göstərilən ünvanlarda eyni vaxtda təşkil edilib və  13 şübhəli ByLock istifadəçisi saxlanılıb.

Kanada meteorit yağışına tutuldu - VİDEO

7 Sentyabr 2017 11:41

Kanadanın Kalqari bölgəsi bazar ertəsi meteorit yağışına məruz qalıb. Alovlu göy cisimlərinin Yer səthinə yaxınlaşması sakinlər tərəfindən anbaan görüntülənib.

ABŞ-da Türkiyənin sabiq nazirinə qarşı cinayət işi açılıb

7 Sentyabr 2017 11:29

Nyu York Baş Prokurorluğu Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qarşı cinayət işi qaldırıb. Baş Prokurorluq Z.Çağlayanı İran iqtisadiyyatının inkişafına dəstək göstərilməsinə cəhddə, həmçinin çirkli pulların yuyulması üçün qeyri-qanuni fondların yaradılmasında ittiham edir.